Bizə yazın

Baku

-°C

USD

-

 Yelizaveta Ruban "Turan"a transfer olunub 

İdman 09 Sentyabr 2026, 17:22

176

Voleybol üzrə Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "Turan" kollektivinə transfer olunub.

Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli hücumçu yeni mövsümdə Tovuz təmsilçisinin heyətində həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında mübarizə aparacaq.

Karyerası ərzində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və Rumıniya klublarında çıxış edən Yelizaveta Ruban bir sıra mühüm uğurlara imza atıb.

Qeyd edək ki, 31 yaşlı voleybolçu son olaraq Rusiyanın "Leninqradka" kollektivində çıxış edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanın güləş hakimləri Samil Fəttayev və Nihad Muradov kateqoriyalarını yüksəldiblər

Azərbaycanın güləş hakimləri Samil Fəttayev və Nihad Muradov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında imtahandan uğurla keçərək kateqoriyalarını yüksəldiblər.Bu barədə  Citypost.az-a  Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.Mayın 20-24-də təşkil olunan yarışda ədaləti qoruyan və buna qədər milli kateqoriyada daxili görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusuna yüksəlib. Samil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəyə çatıb.Bununla da Azərbaycanın beynəlxalq güləş hakimlərinin sayı 24-ə çatıb....

09 Sentyabr 2026, 14:47

Messi İspaniyanın "Eldense" klubunu almaq barədə razılığa gəlib

Argentinalı futbolçu Lionel Messi İspaniyanın "Eldense" klubunu almaq barədə prinsipial razılığa gəlib."Report" xəbər verir ki, bu barədə "Marca" qəzeti mənbəyə istinadən məlumat yayıb.Nəşrin məlumatına görə, "İnter Mayami"nin hücumçusu və kapitanı klubun hazırkı sahibləri ilə razılığa gəlib və üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək.Bildirilib ki, bu qərar argentinalının futboldakı irsini investisiya etməklə davam etdirmək istəyi ilə bağlıdır.İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən klub Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.Qeyd edək ki, aprel ayında 39 yaşlı Messinin Kataloniyada yerləşən "Kornelya" klubunun sahibi olduğu məlum olub....

09 Sentyabr 2026, 09:20

Rafael Fiziyev UFC reytinqində yenidən “Top-10”da

UFC ötən həftə sonu Parisdə baş tutan turnirin ardınca çəki dərəcələri üzrə ən son reytinq cədvəlini yeniləyib.Citypost.az xəbər verir ki, yüngül çəki dərəcəsində Səlahəddin Parnas Dan Hoker üzərindəki qələbədən sonra reytinq cədvəlinə birbaşa 9-cu pillədən giriş edib.Azərbaycanı təmsil edən döyüşçü Rafael Fiziyev yenidən reytinqin ən yaxşı onluğundda öz yerini alıb.Qeyd edək ki, orta çəki dərəcəsində də yerdəyişmələr baş verib. Şarabutdin Maqomedov "top-15" siyahısındakı mövqeyini bərpa etdiyi halda, Abusupyan Maqomedov irəliyə doğru iki addım ataraq 12-ci sıraya yerləşib....

09 Sentyabr 2026, 08:14

"Neftçi" kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb

Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi" kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən məlumat verilib.Boyu 188 sm olan müdafiəçi ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.Qeyd edək ki, Şakeyl Prays son olaraq Niderlandın "Luvarden" komandasının formasını geyinib.

08 Sentyabr 2026, 18:17

"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq 

Misli Premyer Liqasının V turunun "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq.Citypost.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.Bununla bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.Xatırladaq ki, matç sentyabrın 12-də keçiriləcək....

08 Sentyabr 2026, 14:58

"Sabah" basketbolçusu Castin Tillmanla vidalaşıb 

"Sabah" klubu basketbolçusu Castin Tillman ilə vidalaşıb.Citypost.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.Oyunçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.Xatırladaq ki, C.Tillman 2025/2026 mövsümünün əvvəlində "Sabah"ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb. O, "Sabah"la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.

08 Sentyabr 2026, 11:15