Bizə yazın

Baku

-°C

USD

-

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib 

Cəmiyyət 09 Sentyabr 2026, 16:30

206

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.

Bu barədə Citypost.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixlərinin “Sülh aylığı” elan edildiyi bildirilib. Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Xocavənd şəhərinə qayıdan ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi tədbirləri, o cümlədən vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslər üçün üç il müddətində qüvvədə olacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar nümayiş etdirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib 

Dünya Bankı Qrupuna (DB) Azərbaycanda vahid ölkə nümayəndəliyinə Saşa Bakes rəhbər təyin edilib.Citypost.az xəbər verir ki, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi çərçivəsində Saşa Bakes (Sacha Backes) yeni rəhbər təyin edilib.Əvvəlcə onun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin edildiyi bildirilsə də, qeyd olunub ki, Saşa Bakes ümumilikdə Dünya Bankı Qrupunun – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daxil olmaqla – Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək.Dünya Bankının Azərbaycan ofisindən bildirilib ki, Bakes sentyabrın 1-dən vəzifəsinin icrasına başlayıb. Qeyd olunub ki, Dünya Bankı Qrupu bütün ölkələr üzrə vahid ölkə nümayəndəliyi modelinə keçir.Bundan əvvəl...

09 Sentyabr 2026, 16:43

FHN-dən “Şəki Yaylası”dakı faciə ilə bağlı açıqlama YAYDI

Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Citypost.az xəbər verir ki, hadisə ilə bağlı qurğunun texniki təhlükəsizlik tələblərinə uyğunluğu, qeydiyyatı, texniki baxışdan keçirilib-keçirilməməsi və qəzanın səbəbləri barədə FHN-ə suallar ünvanlanıb.Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil.

09 Sentyabr 2026, 16:35

Gömrükçülər "bitum" yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlayıb 

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.Citypost.az komitəyə istinadən xəbər verir ki, "Culfa" gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "don halda bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd kərpic formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə...

09 Sentyabr 2026, 16:12

Xalq artisti Aleksandr Şarovski dəfn edilib 

Azərbaycanın Xalq artisti Aleksandr Şarovski dəfn edilib.Citypost.az xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

09 Sentyabr 2026, 15:49

Nəcəf Nəcəfovun məzarından barelyef oğurlandı

Nəcəf Nəcəfovun məzarından barelyef oğurlanıb. Citypost.az anews.az-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 9-u səhər tezdən məlum olub. Vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir. Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub.Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub.1999-cu ildə vəfat edib.2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.Yasamal Rayon Polis İdarəsi cinayətkarların axtarışı ilə məşğuldur....

09 Sentyabr 2026, 15:26

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağı nekroloq imzalayıb

Prezident İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağı nekroloq imzalayıb.Citypost.az xəbər verir ki, nekroloqda deyilir:"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il sentyabrın 9-da ömrünün 79-cu ilində vəfat etmişdir.Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili və ədəbiyyatı fakültəsində ali təhsil almışdır.Əmək fəaliyyətinə hələ tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Aleksandr Şarovski ömrünü teatr sənətinə...

09 Sentyabr 2026, 15:06