Bizə yazın

Baku

-°C

USD

-

Qulu Məhərrəmli: "Adil İsmayılov cəmiyyət üçün qənimət insan idi"

Söz adamı 06 İyul 2026, 10:16

508

Dostlarımızdan birinin görüş-müzakirəyə çağırdığı Pirşağıdakı bağdan biz Adil İsmayılovla eyni vaxtda  çıxdıq. Məlum oldu ki, ikimiz də eyni istiqamətə gedirik. Mən Nardarana-bağa, o isə Mərdəkana tərəf. Mən deyəndə ki,  yolüstü İlyas İsmayılova dəyəcəm, günortadan danışmışam, Adil müəllimin gözləri güldü, "nə gözəl iş oldu, gedərik, elə mən də İlyas müəllimi görərəm" dedi. 

    Uzun illər idi bağda yaşayan İlyas müəllimlə ayaqüstü  görüş çox uzandı. Çay süfrəsi arxasında söz-sözü  çəkirdi. Əvvəl mediadan, TV-dən danışdıq, sonra cəmiyyətdəki ümumi mənəvi ovqatdan, problemlərdən söz düşdü.  Daha sonra iki nüfuzlu hüquq adamının öz sahələri barədə  bir qədər açıq söhbətləri başladı. Bu iki dürüst və dərin adamın həmin gecəki söhbəti mənə ölkəmizdəki son 15-20 ilin hüquq sisteminin dəqiq və acı mənzərəsini şəkil kimi göstərdi...

 Əslində mən Adil İsmayılova heç vaxt adi vəkil kimi baxmırdım. Elə də deyildi. Yazıları, çıxışları, fəaliyyət miqyası fərqli idi. Şəxsi münasibətimiz yaranandan (mənim məşhur məhkəmə əhvalatımda dostumuz İbrahim Nəbioğlunun vasitəsi ilə mənim məsləhətçilərimdən biri olmuşdu) sonra isə onun düşüncə və təfəkkür tərzini, hadisələrə, problemlərə və insanlara yanaşma tərzini çox bəyənirdim. Adil müəllim, ağıllı, bilikli, müdrik və kreativ adam idi. Onu peşəkar fəaliyyəti ilə cəmiyyətimizi irəli aparacaq qənimət adamlardan biri sayırdım.. Heyf ki, böyük mübarizə adamı olan Adil müəllim Covid zolağından keçə bilmədi..

  Amma təsəllimiz odur ki, Adil müəllimin vaxtilə yazdıqları, qələmindən çıxan fikir və düşüncələri vəfatından sonra 4 cildlik kitaba hopdurulub. Və nə gözəl ki kitab kimi vacib, savab və məsul bir işə professor Solmaz xanım Tohidi rəhbərlik edib...

  Bu gün Adil İsmayılovun doğum günüdür… Dəyərli insanı və unudulmaz dostumuzu sevgi ilə yad edirik.. Ruhu şad olsun!

Qulu Məhərrəmli

Əməkdar jurnalist, Telejurnalist, filologiya elmləri doktoru, professor

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

 Beş qoşanın adamına

(Bu gün AYB-də 60 illik yubileyi qeyd olunacaq ünlü ədəbiyyatşünas, tənqidçi ƏSƏD CAHANGİRƏ)Təbin, məntiqin titan;Bu coşquya nə sədd var?!.Beşləri qoşa atanTaledə tüm məqsəd var...Agah söz ilki sənə;Verilmiş bilgi sənə...Ey xocam, bil ki, sənəÇoxusunda həsəd var...İyirmi birinci əsrinSən-Mücirəddin qəsri...Poeziyanı, nəsriHər yozumunda hədd var.Rəyin bölünməz, təkdir,Ruhunda nə var- həqdir.Saf duyduğunda təqdir,Duyğusuzluğa rədd var!..Sənət meydanı daşlı...Gah zəhərli, gah aşlı...Ölüm-itim savaşlı --Bu yolda çox "cəsəd" var...Bir şair ömrü sürdüm...Xəyallarımla kürdüm...Qələm götürüb, gördümQarşımda tək ƏSƏD var!..             Yusif Nəğməkar                     06.07.2026....

06 İyul 2026, 10:24

Həsən bəy Zərdabi – Milli Oyanışın Böyük Carçısı

Həsən bəy Zərdabi Azərbaycan xalqının milli oyanış tarixində, maarifçilik salnaməsində və mətbuat salnaməsində silinməz iz qoymuş dahi şəxsiyyətlərdən biridir. O, təkcə ilk milli qəzetimizin banisi deyil, həm də xalqın tərəqqisini elmdə, təhsildə və milli şüurun yüksəlişində görən böyük mütəfəkkir idi. Onun bütün həyatı cəhalətə qarşı mübarizə, xalqın maariflənməsi və milli kimliyin formalaşması uğrunda yorulmaz fəaliyyət nümunəsi olmuşdur.XIX əsrin ikinci yarısı Azərbaycan xalqının ictimai, siyasi və mədəni həyatında mürəkkəb, eyni zamanda taleyüklü bir dövr idi. Cəmiyyət savadsızlığın, dini fanatizmin, sosial ədalətsizliyin və milli hüquqsuzluğun ağır yükü altında yaşayırdı. Belə bir zamanda xalqın taleyini düşünən, onun gələcəyini elmdə və maarifdə görən ziyalıların...

30 İyun 2026, 12:33

Kəndinə gəl, Qəzənfər! Geosiyasi "Şəbih" və qaza gələn qəzənfərlər

Tehranın deputatlıq kürsüsündə əyləşən, amma təfəkkürü orta əsrlərin qaranlıq hücrələrindən o yana keçməyən Kamran Qəzənfəri növbəti dəfə elə bir "quş" buraxıb ki, adam baxanda heyrət edir: görəsən, bu qədər məntiqsizliyi və sərsəmləməni bir çıxışa sığışdırmaq üçün hansı xüsusi istedada sahib olmaq lazımdır? Son aylarda İranda Prezident Məsud Pezeşkiana qarşı radikal-mühafizəkar dairələrin hücumları onsuz da aqressiv xarakter alırdı, amma bu Qəzənfəri bu dəfə tamam "çaşıb" — həm öz prezidentini, həm də Azərbaycanı hədəf seçərək diplomatik etikanı və siyasi məsuliyyəti tamamilə ayaqlar altına atıb.İranın mühafizəkar dairələrinin daxili siyasəti uzun illərdir ki, real idarəçilikdən çox, kütləni emosiyalarla manipulyasiya edən birtərəfli bir teatra —...

28 İyun 2026, 11:02

Ziyalılıq – cəmiyyətin əsas istinadı - Əli Rza Xələfli yazır...

Mən Ceyhunun özündən əvvəl atasını yaxşı tanıyırdım. O, təbiət etibarı ilə gülərüz, ünsiyyətcil, mehriban adam idi. Uzun müddət Cəbrayılda rəhbər vəzifələrdə çalışmışdı. Əgər onun daxili və zahiri harmoniyasını əsas götürsək və haqqında nə danışsaq, bu harmoniyaya istinad etməli olsaq, kimsə etiraz etməzdi. Düşünürəm ki, bir oğul üçün atadan əxz etdiyi ən üstün keyfiyyət mənəvi sağlamlıq olmalıdır. Mən Ceyhunda ata yolunun çox sədaqətli davamçısı obrazını görürəm. Kifayət qədər təvazökardır. Tanrı ona axıracan təmkin gücü bəxş edib. Ən sərt dönüş məqamlarında belə fikrini və sakit təmkinlə izah etmək gücündədir. Ümumiyyətlə, Ceyhun Məmmədov özünü ifadə imkanlarına görə xüsusilə fərqlənən ziyalıdır. Millət vəkili kimi məramı aydın, düşüncələri...

25 İyun 2026, 10:20

Gənc jurnalistlər Nəcəf Nəcəfovu tanıyırmı? – Qulu Məhərrəmli yazır

1988-ci ildə Qarabağ hadisələri başlayanda "Molodyoj Azerbaydjana" qəzeti ölkə həyatını ən dürüst işıqlandıran və milli maraqlar platformasından çıxışedən ən populyar mətbu orqana çevrildi. Çünki qəzetə rəhbərlik edən şəxs, erməni separatçılarının qarşısına ideoloji sipər çəkən, süstlüyünə görə respublikanın ovaxtkı rəhbərliyini cəsarətlə tənqid edən Nəcəf Nəcəfov idi.Sonra o, "Azadlıq" qəzetinə keçdi, müstəqil "Turan" agentliyinin yaradılmasında iştirak etdi, o illərdə kükrəyən Xalq hərəkatına qoşuldu,  1990-cı ilin qanlı 20 Yanvarında  ışğalçı sovet qoşunlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində dayandı. Milli Məclisə seçildi, parlamentdə "Demblok"un fəallarlndan oldu.   Neçə illər əvvəl rejissor dostum Rüfət Əsədovla birlikdə "Nəcəf Nəcəfov. Məyusluq" adlı film üzərində çalışanda bu insanın...

25 İyun 2026, 10:15

Şəmsi Qoca: Təhsil islahata möhtacdır

2025-2026-cı tədris ilinin görünməyən tərəfi: Rəsmi nikbinliyin arxasındakı sistem böhranı, insan istismarı və hüquqi iflasHər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyini gizlətmək artıq mümkün deyil. Dövlətin ən strateji sahəsi olan təhsil bu gün elmi-metodiki yeniliklər, köklü islahatlar və dərslik problemlərinin fundamental həllini gözlədiyi bir vaxtda, Elm və Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin sanki yalnız "Son Zəng" günü məzunlarla rəqs etmək kimi şou xarakterli tədbirlərlə yadda qalması sistemin hara sürükləndiyinin ən acınacaqlı...

24 İyun 2026, 11:54