Bizə yazın

Baku

-°C

USD

-

Saatlı rayon şöbəsinin sabiq rəisinin istintaqı tamamlandı

Cəmiyyət 07 İyul 2026, 14:55

408

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş Əhmədov Murad Məmmədhəsən oğlunun qanunsuz əməllərinə dair daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.

İbtidai istintaqla Murad Əhmədovun 2024-2025-ci illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Murad Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrarən rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bacısının nişanlısını bıçaqlan şəxsə hökm oxunub

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd etməkədə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, təqsirləndirilən Araz Səmədovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Araz Səmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Əmircan qəsəbəsində baş verib.Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əmliyyatla hadisəni...

07 İyul 2026, 16:18

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq 

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.Azərbaycan Respublikasının Nazirlər Kabineti 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməli, əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında...

07 İyul 2026, 16:07

Özbəkistan parlamenti latın əlifbasının yenilənmiş variantını təsdiqləyib 

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası qüvvədə olan əlifbanın və orfoqrafiya qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib."Report" parlamentin mətbuat xidmətinə istinadən xəbər verir ki, islahat texniki nöqsanların aradan qaldırılmasına və beynəlxalq səviyyədə, eləcə də rəqəmsal məkanda dövlət dilinin istifadəsinin sadələşdirilməsinə yönəlib.Qanun layihəsinə əsasən, 26 hərf və 3 hərf birləşməsindən ibarət mövcud sistemin əvəzinə, özbək əlifbası 28 hərf və bir apostrof işarəsindən ibarət olacaq. Həmçinin ayrı-ayrı hərflərin istifadə qaydalarının dəqiqləşdirilməsi nəzərdə tutulur.Deputatlar mərhələli keçidin zəruriliyini vurğulayıblar – daha əvvəl verilmiş şəxsiyyəti təsdiq edən sənədlər, milli valyuta və qiymətli kağızlar...

07 İyul 2026, 16:00

Prezident 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 184 560,9 min manat, xərclər 38 604 559,6 min manat məbləğində olmaqla təsdiq edilib.Citypost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanunda əksini tapıb.

07 İyul 2026, 15:57

Ən təhlükəli çimərliklər açıqlandı - Əhaliyə XƏBƏRDARLIQ 

Yay mövsümü insanların istirahət, sərinlənmək və dəniz, çay, göl kənarında vaxt keçirmək istəyi ilə müşayiət olunsa da, təəssüf ki, hər il bu fəslin ən ağrılı xəbərləri də məhz su hövzələrindən gəlir. Elə bil Azərbaycanda faciələrin də öz mövsümü var: qış aylarında dəm qazı qurbanlar alırsa, yayda ölüm statistikalarında boğulma halları ön plana çıxır. Demək olar ki, hər həftə sosial şəbəkələrdə və xəbər lentlərində dənizdə, kanalda, çayda və ya süni göldə həyatını itirən insanların xəbərləri yayılır, bir anlıq ehtiyatsızlıq bütöv ailələri faciə ilə üz-üzə qoyur.Əlbəttə, su hövzələrində bədbəxt hadisələr dünyanın bütün ölkələrində baş verir. Lakin mütəxəssislərin fikrincə, Azərbaycanda boğulma hallarının sayının...

07 İyul 2026, 15:48

Generala yüksək vəzifə verildi 

Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.Citypost.az xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.(bakupost)

07 İyul 2026, 15:28