Bizə yazın

Baku

-°C

USD

-

Ən təhlükəli çimərliklər açıqlandı - Əhaliyə XƏBƏRDARLIQ 

Cəmiyyət 07 İyul 2026, 15:48

484

Yay mövsümü insanların istirahət, sərinlənmək və dəniz, çay, göl kənarında vaxt keçirmək istəyi ilə müşayiət olunsa da, təəssüf ki, hər il bu fəslin ən ağrılı xəbərləri də məhz su hövzələrindən gəlir. Elə bil Azərbaycanda faciələrin də öz mövsümü var: qış aylarında dəm qazı qurbanlar alırsa, yayda ölüm statistikalarında boğulma halları ön plana çıxır. Demək olar ki, hər həftə sosial şəbəkələrdə və xəbər lentlərində dənizdə, kanalda, çayda və ya süni göldə həyatını itirən insanların xəbərləri yayılır, bir anlıq ehtiyatsızlıq bütöv ailələri faciə ilə üz-üzə qoyur.

Əlbəttə, su hövzələrində bədbəxt hadisələr dünyanın bütün ölkələrində baş verir. Lakin mütəxəssislərin fikrincə, Azərbaycanda boğulma hallarının sayının yüksək olmasının səbəbləri arasında üzgüçülük bacarıqlarının kifayət qədər olmaması, təhlükəsizlik qaydalarına laqeyd yanaşılması, nəzarətsiz çimərliklərdən istifadə, alkoqollu vəziyyətdə suya girmək və riskli davranışlar xüsusi yer tutur.

Xüsusilə son günlərdə ard-arda baş verən hadisələr göstərir ki, insanlar hələ də suyun təhlükəsini lazımınca qiymətləndirmir və "mənə heç nə olmaz" düşüncəsi bəzən faciə ilə nəticələnir. Maraqlıdır ki, boğulan insanların heç də hamısı üzməyi bacarmayan şəxslər olmur. Bəzən təcrübəli üzgüçülər də güclü axın, qəfil qıcolma, yorğunluq, dalğalanma və ya digər gözlənilməz amillərin qurbanına çevrilirlər. Bu isə göstərir ki, suda təhlükəsizlik yalnız üzməyi bacarmaqla məhdudlaşmır.

Bəs insanlar ən çox hansı səhvlərə görə boğulurlar? Dənizə, çaya və ya gölə girərkən hansı təhlükələr nəzərə alınmalıdır? Uşaqların və yeniyetmələrin təhlükəsizliyi üçün valideynlər nələrə diqqət etməlidirlər? Çimərlikdə və ya açıq su hövzəsində həyatımızı xilas edə biləcək əsas qaydalar hansılardır?

Citypost.az xəbər verir ki, Mövzu ilə bağlı FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili Musavat.com-a danışıb:"Qurum tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq, Xidmətin nəzarət etdiyi çimərliklərdə və IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Həmin tədbirlər çərçivəsində ilkin olaraq, Xidmət tərəfindən sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsindən ibarətdir. Bundan başqa, çimərlik mövsümündən öncə xidmətin nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb. Üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb. Çimərlik istifadəçilərinin məlumatlandırılması məqsədilə, çimərlik ərazisində maarifləndirici lövhələr yerləşdirilmişdir. Bunlardan əlavə, xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə də müsabiqə elan olunub. Həmçinin, xidmətin balansında olan texnika və vasitələr, dalğıc əməliyyatlarında istifadə edilən avadanlıqlar işlək vəziyyətə gətirilmişdir. Xidmətin aidiyyəti şöbələri mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər".

Akşin Əlili: Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə  təşkil olunur, qeyri-rəsmi ərazilərdə isə... - "İki sahil"

Aqşin Əlili bildirib ki, monitorinqlər zamanı xüsusi təhlükəli hesab edilən bir sıra ərazilər müəyyən olunub: "Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Mil qaya və Şimal Qress adlanan ərazilər, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci dalan ərazisində yerləşən və "Daçnik" kimi tanınan sahə, Binəqədi rayonu Novxanı qəsəbəsindəki Sarı qaya ərazisi, eləcə də Qaradağ rayonunda yerləşən Mayak adlanan sahə təhlükəli ərazilər kimi qeydə alınıb. Qeyd olunan ərazilərin mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olması, bu ərazilərdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükə yaradır".

Qurum rəsmisinin sözlərinə görə, aparılan geniş maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar hələ də nəzarətsiz və çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən istifadə edirlər:"Təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşların nəzarətsiz qeyri çimərlik ərazilərindən, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır". Mütəxəssis bildirib ki, boğulma hallarına səbəb olan ən geniş yayılmış risk faktorları bunlardır: çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan ərazilərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul edib sərxoş vəziyyətdə suya daxil olmaq və uşaqların nəzarətsiz buraxılmasıdır.

Nəzarət olunan (xilasedicilər olan) çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, burada xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilkin yardım imkanları mövcud olur. Nəzarətsiz çimərliklərdə isə belə təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır. Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməkləri tövsiyə edilir".

Aqşin Əlili qeyd edib ki, cari il ərzində FHN əməkdaşları tərəfindən çoxsaylı insanın həyatı xilas olunub: "Cari ildə 13 nəfər çimərlik mövsümündə olmaqla ümumilikdə 19 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər Xidmət əməkdaşları tərəfindən xilas edilib və Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də onu deməyə əsas verir ki, sularda təhlükəsizliyimizin təmin olunması üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli xilasedicilərin cağırışlarına və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl edilməlidir. Təhlükə zamanı 112-yə zəng edin".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mirzə Əsgərovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Mətbuat Şurasında (MŞ) tanınmış jurnalist, publisist və ictimai xadim Mirzə Əsgərovun anadan olmasının 70 illiyinə həsr olunmuş "Həqiqətin keşiyində bir ömür" adlı dəyirmi masa keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri, yaxınları və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.MŞ-nın sədri Rəşad Məcid Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında özünəməxsus yeri olduğunu vurğulayaraq bildirib ki, o, uzun illər peşə fəaliyyətində obyektivlik, vicdanlı mövqe, peşəkarlıq və həqiqətə sədaqət prinsiplərinə sadiq qalıb:"Mirzə Əsgərovun həyat və fəaliyyət yolu gənc jurnalistlər üçün örnəkdir, onun irsinin yaşadılması isə milli mətbuatın mənəvi dəyərlərinin qorunmasına xidmət edir"."Tusi"...

07 İyul 2026, 17:13

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....

07 İyul 2026, 17:00

Ceyhun Bayramovla Sinqapur XİN rəhbəri arasında telefon danışığı olub 

İyulun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Sinqapur Respublikasının xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı aparılıb.XİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Sinqapur arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlər, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, innovasiya, nəqliyyat-logistika, təhsil və insan kapitalının inkişafı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.Çoxtərəfli platformalarda, o cümlədən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, beynəlxalq...

07 İyul 2026, 16:46

Bacısının nişanlısını bıçaqlan şəxsə hökm oxunub

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd etməkədə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, təqsirləndirilən Araz Səmədovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Araz Səmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Əmircan qəsəbəsində baş verib.Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əmliyyatla hadisəni...

07 İyul 2026, 16:18

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq 

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.Azərbaycan Respublikasının Nazirlər Kabineti 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməli, əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında...

07 İyul 2026, 16:07

Özbəkistan parlamenti latın əlifbasının yenilənmiş variantını təsdiqləyib 

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası qüvvədə olan əlifbanın və orfoqrafiya qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib."Report" parlamentin mətbuat xidmətinə istinadən xəbər verir ki, islahat texniki nöqsanların aradan qaldırılmasına və beynəlxalq səviyyədə, eləcə də rəqəmsal məkanda dövlət dilinin istifadəsinin sadələşdirilməsinə yönəlib.Qanun layihəsinə əsasən, 26 hərf və 3 hərf birləşməsindən ibarət mövcud sistemin əvəzinə, özbək əlifbası 28 hərf və bir apostrof işarəsindən ibarət olacaq. Həmçinin ayrı-ayrı hərflərin istifadə qaydalarının dəqiqləşdirilməsi nəzərdə tutulur.Deputatlar mərhələli keçidin zəruriliyini vurğulayıblar – daha əvvəl verilmiş şəxsiyyəti təsdiq edən sənədlər, milli valyuta və qiymətli kağızlar...

07 İyul 2026, 16:00