Tacikistan Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirdi
Siyasət 10 İyul 2026, 08:36
470
Tacikistan Azərbaycanla münasibətlərin müsbət dinamikasını qeyd edib.
Citypost.az Tacikistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu məsələ XİN rəhbəri Sirojiddin Muhriddinin ölkədəki diplomatik missiyasını başa vuran Azərbaycan səfiri Əlimirzamin Əsgərovla görüşü zamanı müzakirə olunub.
Görüş zamanı diplomatlar ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər.
Həmçinin oxuyun
"Nazir səfirə Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb", - XİN-in məlumatında bildirilib. (Report)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədalət Verdiyev: Türkiyə silah idxalçısından ixracatçıya çevrildi
Qardaş Türkiyəmiz vaxtilə patronu belə başqa ölkələrdən, əsasən də Qərbdən satın alırdı. Həm də silah və sursatı türklərə "qısır silah-sursat" kimi satırdılar. Yəni dəyəri Türkiyə tərəfindən ödənilən silah və sursatın kimə qarşı istifadəsinə idxal edən olkə məhdudiyyət qoyurdu. Bəzi ölkələr Türkiyəyə satdığı silahın yunanlara, hətta terrorçulara qarşı istifadə üçün şərtlərini irəli sürürdülər.İndi isə Türkiyə yerli və milli imkanları ilə müharibə taleyini qısa müddətdə həll edən silahlar, o cümlədən MALE, HALE tipli pilotsuz aparatlar, müxtəlif dəniz dronları, gəzən sursatlar, tanklar və digər zirehli vasitələr, reaktiv və qoşquda daşınan artilleriya sistemləri, hipersəs raketlər, HHM kompleksləri, müxtəlif təyinatlı döyüş gəmiləri, helikopterlər, pilotsuz qırıcılar,...
10 İyul 2026, 09:56
Qulu Məhərrəmli: Ərdoğanın hədiyyəsi liderləri çətin vəziyyətə saldı
Media eksperti, əməkdar jurnalist, professor Qulu Məhərrəmli NATO-nun Ankarada keçirilən sammiti ilə bağlı diqqətçəkən məqamlardan birinə toxunub.Citypost.az xəbər verir ki, professor bildirib ki, NATO-nun Ankara sammiti təkcə Avropa-ABŞ və Türkiyə-ABŞ münasibətlərindəki anlaşılmazlıqların aradan qaldırılması, Ukraynaya 140 milyardlıq silah yardımı ayrılması və ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamaları ilə deyil, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qonaqlara təqdim etdiyi qeyri-adi hədiyyə ilə yadda qalıb.Qulu Məhərrəmlinin sözlərinə görə, Ərdoğanın NATO sammitində iştirak edən dövlət başçılarına Türkiyə istehsalı olan, üzərinə liderlərin adları həkk edilmiş "Gümüşay" markalı tapança hədiyyə etməsi rəmzi xarakter daşıyır və təbii addımdır. Lakin bəzi hökumət başçıları üçün bu...
10 İyul 2026, 09:50
Heydər Oğuz: Hədəf İranın tranzit gücüdür
ABŞ-ın İrana son hücumlarının əsl hədəfiABŞ-İsrail cütlüyünün İrana hücumları başlayanda qələmə aldığım bütün analizlərimdə bu savaşın yeganə hədəfinin İranın enerji resurslarına nəzarət etmək deyil, bundan daha əhəmiyyətli bir məqsədin qlobal ticarət marşrutlarını dəyişmək olduğunu söyləmişdim. Centcom-un İrana dünənki hücumları da bu ehtimalı gücləndirir.Dünənki hücumlarda bəlkə də bir çoxumuzun gözündən yayınan iki hədəf vardı - biri Çabahar limanı, digəri isə Gülüstan əyalətində yerləşən Ağqala dəmir yolu xətti. Məlumdur ki, Çabahar neft və qaz resursları ilə fərqlənməyən ərazidir. Bu liman şəhəri Pakistanın Gvadar limanı ilə qonşudur və İranın birbaşa Hind okeanına açılan qapısıdır. Dolayısıyla Çabaharın enerji mənbəyi kimi deyil, logistik əhəmiyyəti var....
10 İyul 2026, 08:20
Fazil Mustafa: Dövlətə qarşı ideoloji təhdidlər artır
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən və dövlətin varlığını uca tutan hər kəs üçün bu mesajlar aydındır. Onun sözlərinə görə, dövlət kənardan idarə olunan informasiya hücumlarına məruz qalır və belə bir şəraitdə dövləti və onun dəyərlərini müdafiə etməmək doğru yanaşma deyil.Deputat qeyd edib ki, başqa ölkələrin dini ideologiyasının təbliğatçıları cəmiyyətin bir hissəsinə təsir göstərə, bəzi insanlar isə öz rahat həyat tərzini pozmamaq üçün dövlət vəzifəsində olsalar belə, dövlət maraqlarını qorumaqdan yayına bilərlər. O bildirib ki, bəzi şəxslər qaragüruhçu zehniyyət qarşısında milli diplomlarının, ziyalı adlarının və mandatlarının arxasında gizlənə bilər. Fazil Mustafanın sözlərinə...
10 İyul 2026, 07:07
Tənzilə Rüstəmxanlı: Diplomatik xidmət milli maraqlara xidmət edir
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə diplomatik xidmət orqanlarının əməkdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, diplomatik xidmət Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsində, dövlətimizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında və ölkələr arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafında mühüm rol oynayır.Tənzilə Rüstəmxanlı qeyd edib ki, peşəkarlığı, yüksək məsuliyyəti və fədakar fəaliyyəti ilə Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsinə töhfə verən diplomatik xidmət orqanlarının əməkdaşları ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm xidmətlər göstərirlər.Deputat 9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə bütün diplomatlara möhkəm cansağlığı, şərəfli fəaliyyətlərində yeni...
09 İyul 2026, 11:37
Heydər Oğuz: NATO parçalanma mərhələsinə qədəm qoyur
NATO-nun Ankara sammitinin nəticələri: Alyans ikiyə bölünmə mərhələsinə qədəm qoyduNATO-nun Ankara sammiti başa çatdı. Sammitdə qəbul edilən qərarları belə özətləmək olar: ABŞ bir çox məsələlərdə Alyansın yükünü Avropa və Kanada müttəfiqlərinin çiyninə yükləyib, öz üzərinə Çinlə uğraşmaq vəzifəsini götürdü. Bunu NATO-nun baş katibi Mark Ruttenin mətbuata verdiyi açıqlamalardan və NATO-nun Ankara sammitinin yayımlanan Bəyannaməsindəki bəzi müddəalardan da aydın görə bilərik.Rutte mətbuata açıqlamasında Avro-Atlantik və Hind-Sakit okean məkanları arasında artan “qarşılıqlı əlaqələrdən” danışsa da bir xüsusu da gizlətməyib. O bildirib ki, NATO üzvləri kollektiv müdafiəyə dair 5-ci maddəni “Hind-Sakit okean regionuna şamil etmək niyyətində deyil”. Bununla sanki demək istəyib ki, istər...
09 İyul 2026, 11:30