Bizə yazın

Baku

-°C

USD

-

Xəzərin sahəsi 7% kiçilib - dayazlaşma sürətlənir 

Cəmiyyət 16 İyul 2026, 17:50

420

Xəzər dənizinin səviyyəsinin azalması sürətlənir.

Modern.az xəbər verir ki, bu nəticə Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimlərinin apardığı araşdırmada əks olunub.

Tədqiqatın nəticələrinə görə, 1996–2025-ci illər ərzində Xəzər dənizinin su səthinin sahəsi 7,4 faiz azalıb. Bu, təxminən 28,6 min kvadrat kilometr ərazi deməkdir ki, həmin göstərici ərazi baxımından Albaniya ilə müqayisə olunur.

Alimlər bildiriblər ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən etibarən davamlı şəkildə enir.

Araşdırmaya əsasən, son 30 ildə dənizin orta dərinliyi təxminən 3 metr azalıb.

Mütəxəssislərin sözlərinə görə, dayazlaşma artıq ciddi problemlər yaradır. Suyun çəkilməsi nəticəsində gəmiçilik çətinləşir, limanların fəaliyyəti məhdudlaşır və sahil xətti yaşayış məntəqələrindən getdikcə uzaqlaşır.

Tədqiqatın aparıcı müəllifi Andrey Kostyanoy bildirib ki, proses nəinki dayanmayıb, hətta sürətlənib. Onun sözlərinə görə, 2005–2019-cu illərdə Xəzər dənizinin səviyyəsi ildə orta hesabla 8,2 santimetr azalırdısa, 2020–2024-cü illərdə bu göstərici təxminən üç dəfə artaraq 22,7 santimetrə çatıb.

Alimlərin proqnozlarına görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi əlavə olaraq 2 metrdən 21 metrədək enə bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda ilk qadın kənd təsərrüfatı kooperativi yaradılıb

Naxçıvan Muxtar Respublikasında "Aqrosahibkar qadınlarla iş" layihəsi çərçivəsində yaradılan "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirilib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, layihənin koordinatoru Gülbəniz Qənbərova bildirib ki, kooperativ kənd qadınlarının iqtisadi imkanlarının genişləndirilməsi, istehsal potensialının birləşdirilməsi və bazar əlaqələrinin gücləndirilməsi məqsədilə yaradılıb.Hazırda kooperativ Sədərək, Culfa, Ordubad, Babək və Şərur rayonlarını təmsil edən 32 qadın aqrosahibkarı birləşdirir. Üzvlər heyvandarlıq, taxılçılıq, bağçılıq, meyvəqurutma, quşçuluq, çörək və şirniyyat istehsalı kimi sahələrdə fəaliyyət göstərirlər.Hazırda kooperativ üzvlərinin istehsal etdiyi 100-dən artıq çeşiddə məhsul yerli bazarlarda, eləcə də Türkiyənin İğdır vilayətində satışa çıxarılır. Bununla belə, kooperativin hələlik vahid ticarət brendi olmadığından məhsullar istehlakçılara digər şirkətlərin...

16 İyul 2026, 19:00

İlin ilk altı ayında Bakıda 2338 cinayət iş məhkəməyə göndərilib

Bu ilin yanvar-iyun aylarında paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən hesabat dövründə 3148 cinayət işinin istintaqı tamamlanıb, 2338 iş məhkəmələrə göndərilib.Citypost.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının birinci yarımilə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 70 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib....

16 İyul 2026, 18:45

Ağdamda minaların təhlükələrinə dair mühüm tədbir keçilib 

Ağdam rayonunun Baharlı qəsəbəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə sessiyası təşkil olunub.Citypost.az xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam rayon bölməsinin könüllüləri tərəfindən məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında həyata keçirilən sessiyaların məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığı artırmaq, təhlükəsiz davranış vərdişlərini təşviq etmək və mümkün risklərin qarşısının alınmasına töhfə vermək olub.Könüllülər yaşayış evlərini ziyarət edərək mina və partlamamış hərbi sursatlarla bağlı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mənası, eləcə də təhlükəli hallarla qarşılaşdıqda əməl edilməli...

16 İyul 2026, 18:25

Mahir Süleymanlı Şabranda vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunda vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, qəbul zamanı rayon sakinlərinin müraciət və təklifləri dinlənilib.Deputat qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri addımların atılacağını bildirib.

16 İyul 2026, 18:15

Bu vəzifəli şəxslər Ceyhun Cəlilova etiraz edərək işdən çıxdılar

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəlilər tutduqları vəzifələrdən ayrılıblar.Citypost.az  Manset.az-a istinadən xəbər verir ki, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq, buna etiraz edərək vəzifələrindən ayrılıblar.Qeyd edək ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib....

16 İyul 2026, 18:00

Ağdaşın kəndlərində yeni su şəbəkələri qurulacaq

Ağdaş rayonunun Binələr, Davudlu, Cardam və Kotanarx kəndlərində yeni su təchizatı sistemlərinin yaradılması üzrə layihə-smeta sənədləri hazırlanıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.Bu gün isə rayonun Pirəyir kəndində yeni içməli su təchizatı sistemi istifadəyə verilib. Kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsi və Nehrəxəlil kəndini içməli su ilə təmin edən 280 mm diametrli magistral su kəmərindən birləşmə verilərək yeni paylayıcı su şəbəkəsi inşa edilib.Layihə çərçivəsində kənddə ümumilikdə 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib, 194 fərdi yaşayış evi şəbəkəyə qoşulub. Bundan əlavə, sudan səmərəli istifadə və dəqiq uçotun aparılması üçün bütün...

16 İyul 2026, 17:13