Bizə yazın

Baku

-°C

USD

-

Bakının 4 rayonunda işıq olmayacaq

Cəmiyyət 17 İyul 2026, 08:28

464

Bu gün iyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməclik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Oruc Əliyev küçəsində yerləşən 7 mərtəbəli yaşayış binalarında fasilələrlə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Citypost.az xəbər verir ki, həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, Abbas Mirzə Şərifzadə, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Tağı Şahbazi küçələri, İnşaatçılar prospektinin bir hissəsini əhatə edəcək. 

Həmçinin Nizami RETSİ-nə daxil olan TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsi Birinci köndələn küçəsi gərginliksiz qalacaq. 

Abşeron RETSİ ərazisindəki 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında təmir işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 17:00-dək Aşağı Güzdək və Atyalı yaşayış məntəqələrinin bəzi hissələrində enerjinin verilişində fasilə olacaq. 

Elektrik şəbəkəsində aparılacaq cari təmir işləri ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Bünyad Sərdərov küçəsində də saat 11:00-dan 12:00-dək enerjinin verilişi dayandırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Binəqədi və Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində qaz olmayacaq.Citypost.az-ın  xəbərinə görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Xutor qəsəbəsinin və "Vorovski" yaşayış massivinin, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq....

17 İyul 2026, 09:19

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Binəqədinin keçmiş icrası Xaləddin İsgəndərovun bacısı oğlu Araz Əliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına müdir müavini təyin olunub.Citypost.az  Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

17 İyul 2026, 08:00

Deputatın "Telegram" hesabı bərpa olunub

Milli Məclisin deputatı Şahin Seyidzadə ələ keçirilən "Telegram" hesabı bərpa olunub.Citypost.az xəbər verir ki, bu barədə millət vəkili özü açıqlama yayıb."Hörmətli dostlar və həmkarlar! Şəxsi "Telegram" hesabim artıq bərpa olunub. Aparılan ilkin diaqnostika nəticəsində bu günə qədər icazəsiz göndərilən mesajlara hər hansı şəxsin reaksiya verməsi və ya bunun nəticəsində zərər görməsi ilə bağlı heç bir fakt aşkar edilməyib. Əgər göndərilən həmin mesajlar sizə hər hansı narahatlıq və ya çətinlik yaradıbsa,xahiş edrəm bu barədə mənə məlumat verəsiniz. Anlayışınıza və dəstəyinizə görə hər birinizə təşəkkür edirəm!"...

16 İyul 2026, 21:06

Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb 

Bakı şəhəri, Xətai rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb.Citypost.az  xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

16 İyul 2026, 20:10

Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib

Belarusda rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Azərbaycan nümayəndə heyəti Belarusun Silahlı Qüvvələrinin aviabazasını, eləcə də əlahiddə desant-hücum briqadasını ziyarət edib.Burada Xüsusi Əməliyyat Qüvvələrinin, eləcə də radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanış olublar.Plana uyğun olaraq general-polkovnik K.Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin (PAK) Tətbiqi və Hazırlığı Mərkəzinə, eləcə də Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib.Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlara PAK operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri haqqında məlumat...

16 İyul 2026, 19:55

Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib

"Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim-müzakirə sessiyası keçirilib.Citypost.az xəbər verir ki, təlim Elm və Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.İctimai Birliyin sədri Ayaz Mirzayev layihənin məqsədi, jurnalistlərin elm və təhsil sahəsində peşəkar biliklərinin artırılmasının əhəmiyyətindən bəhs edib.Sessiya çərçivəsində Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təqdimatla çıxış edib.O, təhsil sistemində rəqəmsal transformasiya prosesi, həyata keçirilən layihələr, müasir texnologiyaların tətbiqi, qlobal tendensiyalar və gələcək inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti,...

16 İyul 2026, 19:48