Bizə yazın

Baku

-°C

USD

-

“Şəkərsiz” yazılan hər məhsul sağlam deyil – Endokrinoloq vacib xəbərdarlıq edib  

Tibb 17 İyul 2026, 08:22

384

Market rəflərində “şəkərsiz”, “diet”, “sugar free” və ya “şəkər əlavə olunmayıb” kimi yazılarla satılan məhsulların sayı hər il artır. Bir çox insan da bu etiketləri görən kimi həmin qidaların tamamilə zərərsiz olduğunu düşünərək rahat şəkildə istifadə edir. Halbuki mütəxəssislər xəbərdarlıq edirlər ki, məhsulun üzərində “şəkərsiz” yazılması onun mütləq sağlam və ya arıqlamağa uyğun olması demək deyil.

Citypost.az xəbər verir ki, endokrinoloqlar bildirirlər ki, gündəlik praktikada ən çox rast gəlinən yanlışlıqlardan biri məhz budur. Pasiyentlər “şəkərsiz” və ya “dietik” yazısını gördükləri üçün həmin məhsulları istədikləri qədər qəbul edir və hesab edirlər ki, bu, çəkiyə və qan şəkərinə təsir göstərməyəcək. Lakin metabolizm bu cür işləmir.

Mütəxəssislərin sözlərinə görə, əsas məsələ təkcə şəkərin olub-olmaması deyil. Burada ən vacib rol oynayan amil insulin reaksiyası və məhsulun orqanizmdə yaratdığı metabolik təsirdir.Bir çox “şəkərsiz” məhsulun tərkibində maltodekstrin, fruktoza siropu, müxtəlif şəkər spirtləri və ya süni şirinləşdiricilər istifadə olunur. Bu maddələrin bəziləri qan şəkərini gözləniləndən daha sürətli yüksəldə, digərləri isə insulin ifrazına və iştahın artmasına təsir göstərə bilər.Nəticədə insan düşünür ki, pəhriz saxlayır, lakin orqanizm həmin məhsulu adi yüksək karbohidratlı qida kimi qəbul edir. Bu isə həm arıqlama prosesini ləngidir, həm də metabolik problemlərin davam etməsinə səbəb ola bilər.

Endokrinoloqlar qeyd edirlər ki, xüsusilə diabet, insulin müqaviməti və artıq çəki problemi olan insanlar məhsul seçərkən yalnız ön hissədəki reklam xarakterli yazılara deyil, mütləq tərkib hissəsinə və qidalanma dəyərinə diqqət yetirməlidirlər.

Mütəxəssislər xatırladırlar ki, Amerika Diabet Assosiasiyası da bu məsələyə xüsusi diqqət çəkir. Qurum bildirir ki, “şəkərsiz” məhsullar avtomatik olaraq təhlükəsiz hesab edilməməlidir. Onlar da ümumi karbohidrat miqdarı, kalorisi və qlisemik təsiri nəzərə alınaraq gündəlik qidalanma planına daxil edilməlidir.Bəzi hallarda insanlar aylarla “şəkərsiz” məhsullardan istifadə etsələr də, çəkilərində heç bir azalma müşahidə olunmur. Mütəxəssislərin fikrincə, bunun səbəbi çox vaxt insanın özü deyil, seçdiyi məhsullardır. Marketinq məqsədilə istifadə olunan “diet”, “light” və “sugar free” ifadələri hər zaman sağlam seçim anlamına gəlmir.

Həkimlər sağlam qidalanmaq istəyən şəxslərə məhsul alarkən etiketin ön hissəsinə deyil, tərkib siyahısına baxmağı, gizli şəkər mənbələrini öyrənməyi və qidaları ümumi karbohidrat balansı çərçivəsində qiymətləndirməyi tövsiyə edirlər. Onların sözlərinə görə, düzgün seçim yalnız “şəkərsiz” yazısına deyil, məhsulun bütöv qida dəyərinə əsaslanmalıdır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Genetik xəstəlik anlayışı nə dərəcədə doğrudur?

Son illər insanlar arasında ən çox rast gəlinən yanlış fikirlərdən biri də budur ki, əgər valideyndə şəkərli diabet və ya digər xroniki xəstəlik varsa, övladın da mütləq həmin xəstəliyə tutulacağı düşünülür. Mütəxəssislər isə bildirirlər ki, genetik meyilliliklə xəstəliyin yaranması eyni anlayış deyil. Xəstəliyin formalaşmasında irsiyyətlə yanaşı, həyat tərzi, qidalanma və fiziki aktivlik də həlledici rol oynayır.Citypost.az xəbər verir ki, endokrinoloqun sözlərinə görə, qəbuluna gələn pasiyentlərin əksəriyyəti "Anam şəkər xəstəsidir, mən də mütləq şəkər olacağam" fikri ilə yaşayır. Halbuki bu, tibbi baxımdan tam doğru yanaşma deyil.Genetik meyillilik müəyyən risk yaratsa da, həmin riskin xəstəliyə çevrilib-çevrilməməsi əsasən insanın həyat tərzindən asılıdır."Pasiyentlərə həmişə...

16 İyul 2026, 10:50

Kondisioner burnu necə qurudur? – LOR mütəxəssisləri səbəbləri  izah edir  

Yay aylarında kondisioner həm evlərdə, həm də ofislərdə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət kondisionerli mühitdə qalmaq burun boşluğunun selikli qişasına mənfi təsir göstərə, quruluq, qıcıqlanma və yuxarı tənəffüs yolları ilə bağlı müxtəlif problemlərin yaranmasına səbəb ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kondisionerin əsas funksiyası havanı soyutmaq olsa da, bu proses zamanı otaqdakı rütubət də azalır. Halbuki burun selikli qişasının normal fəaliyyət göstərməsi üçün otaqdakı nisbi rütubətin təxminən 40–60 faiz arasında olması tövsiyə edilir. Kondisionerin intensiv işlədiyi qapalı məkanlarda isə bu göstərici bəzən 20–30 faizə qədər enə bilir.Nəticədə nəfəs aldıqca burun selikli...

16 İyul 2026, 09:30

Yuxudan duran kimi ilk olaraq su içmək niyə tövsiyə olunur?

Səhər yuxudan oyanan kimi ilk olaraq bir stəkan su içmək son illərdə həkimlərin ən çox tövsiyə etdiyi sağlam vərdişlərdən birinə çevrilib. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gecə boyunca orqanizm uzun müddət maye qəbul etmədiyi üçün müəyyən dərəcədə susuzlaşma baş verir. Bu səbəbdən günə su ilə başlamaq bədənin normal fəaliyyətini bərpa etməyə kömək edir.Həkimlər bildirirlər ki, insan orqanizmi yuxu zamanı orta hesabla 6-8 saat ərzində su qəbul etmir. Bu müddətdə nəfəsalma, tərləmə və digər fizioloji proseslər nəticəsində bədən müəyyən miqdarda maye itirir. Səhər oyandıqdan sonra içilən bir-iki stəkan su həmin maye çatışmazlığını aradan qaldırmağa kömək edir və hüceyrələrin normal...

16 İyul 2026, 08:20

Dermatoloqlar sızanaqların əsl səbəblərini açıqladı

Dəridə yaranan sızanaqlar, səpkilər və digər dəyişikliklər insanların ən çox narahat olduğu sağlamlıq problemlərindən biridir. Xüsusilə üz nahiyəsində yaranan akne həm estetik narahatlıq yaradır, həm də bir çox hallarda insanların müxtəlif yanlış məlumatlara inanmasına səbəb olur. Uzun illərdir cəmiyyətdə dolaşan fikirlərdən biri də sızanaqların "qurd xəstəliyi" ilə əlaqəli olmasıdır. Lakin mütəxəssislər bildirirlər ki, bu iddianın elmi əsası yoxdur.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, dərinin ən böyük üstünlüyü onun orqanizmdə baş verən dəyişiklikləri ilk göstərən orqanlardan biri olmasıdır. Digər daxili orqanlarda yaranan problemlər uzun müddət gizli qala bildiyi halda, dəridə baş verən ən kiçik dəyişiklik belə insanın diqqətini dərhal cəlb...

15 İyul 2026, 10:45

Çənə nahiyəsində yaranan sızanaqlarla bağlı həkimlərdən xəbərdarlıq  

Dərinin müxtəlif nahiyələrində yaranan sızanaqların səbəbi hər zaman yalnız dəri problemi olmur. Həkimlərin sözlərinə görə, xüsusilə qadınlarda çənə və çənəaltı nahiyədə təkrarlanan sızanaqlar əksər hallarda hormonal dəyişikliklərin göstəricisi ola bilər. Bu səbəbdən belə hallarda yalnız kosmetik vasitələrdən istifadə etmək kifayət etmir, problemin əsas səbəbi araşdırılmalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, dermatoloq qəbuluna müraciət edən qadınlara ilk növbədə menstrual sikllə bağlı suallar verilir. Xüsusilə aybaşıdan əvvəl və ya aybaşı günlərində çənə nahiyəsində sızanaqların sayının artıb-artmaması həkim üçün mühüm diaqnostik əhəmiyyət daşıyır. Əgər pasiyent bu dövrdə sızanaqların daha da çoxaldığını bildirirsə, bu, hormonal balansın pozulmasına dair ciddi ipucu hesab olunur.Həkimlərin sözlərinə...

15 İyul 2026, 09:48

Həkimlərdən sağlam çəki itirməklə bağlı vacib tövsiyələr  

Artıq çəki və piylənmə müasir dövrdə milyonlarla insanın qarşılaşdığı ən ciddi sağlamlıq problemlərindən biridir. Lakin mütəxəssislər bildirirlər ki, insanların arıqlamaq istəyinə baxmayaraq, bu yolda qarşılarına çıxan ən böyük maneə yanlış məlumatlar, sosial şəbəkələrdə yayılan reallığı əks etdirməyən vədlər və sağlam qidalanma ilə bağlı formalaşmış səhv təsəvvürlərdir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bir çox insan pəhrizə başlayarkən ilk növbədə ac qalacağını düşünür. Halbuki düzgün qidalanma heç də aclıq demək deyil. Əsas məqsəd orqanizmi lazımi vitamin, mineral, zülal, yağ və karbohidratlarla təmin etməklə sağlam şəkildə artıq çəkidən azad olmaqdır.Mütəxəssislər qeyd edirlər ki, sosial şəbəkələrdə tez-tez rast gəlinən "2 aya 15 kilo",...

15 İyul 2026, 08:21