Avropada istilərə görə 10 min insan ölüb
Dünya 16 İyul 2026, 20:32
359
Anomal istilər Qərbi Avropada 10 mindən çox insanın ölümünə yol açıb.
Modern.az xəbər verir ki, bu barədə "France Info" Fransa Fermerlər Həmkarlar İttifaqları Federasiyasının (FNSEA) ilkin qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ölümlə yanaşı, istilər Fransada kənd təsərrüfatında böhrana səbəb olub, xüsusilə süd məhsulları istehsalı ciddi zərər görüb və sektorda itkilərin 20-30 faizə çata biləcəyi bildirilir.
FNSEA-nin prezidenti Arno Russo ölkə üzrə davam edən quraqlıq, isti hava və genişmiqyaslı meşə yanğınlarının fermerlərə ciddi zərbə vurduğunu bildirib.
“Fransadakı fermer təsərrüfatlarında mənəvi vəziyyət ən aşağı səviyyədədir. Bu, Fransa fermaları üçün fəlakətdir”, - deyə o qeyd edib.
Russo bildirib ki, kənd təsərrüfatının bütün sahələri böhranla üzləşib. Bəzi bölgələrdə məhsulun istilər səbəbindən tamamilə məhv olduğu qeyd olunur.
O, həmçinin sektorda iqtisadi problemlərin davam etdiyini vurğulayıb. FNSEA rəhbərinin sözlərinə görə, ilin əvvəlindən gübrələrin qiyməti təxminən 30 faiz artıb, kənd təsərrüfatı məhsullarının qiymətləri isə rekord dərəcədə aşağı səviyyədə qalır.
Həmçinin oxuyun
Mövcud vəziyyətlə əlaqədar Fransa hökuməti fermerlərə təxminən 150 milyon avro yardım ayrıldığını açıqlayıb. Yardım proqramının avqustun 1-dən qüvvəyə minməsi gözlənilir.
Fermerlərin nümayəndələri isə hökuməti kənd təsərrüfatı sektoruna dəstək tədbirləri ilə bağlı daha sıx dialoqa çağırıblar.
Avropa ölüm hallarının monitorinqi sisteminin iyulun 13-də açıqladığı məlumatlara görə, iyunun sonunda Qərbi Avropanı bürüyən ekstremal istilər nəticəsində qitədə azı 10 min nəfər həyatını itirib.
Məlumatlar iyunun 22-dən 28-dək, Fransada, İspaniyada, Böyük Britaniyada və digər ölkələrdə istilərin pik həddə çatdığı həftə ərzində Avropanın 27 ölkəsində ölüm halları ilə bağlı milli statistikalar əsasında toplanıb.
“Gas Infrastructure Europe”un iyulun 14-də açıqladığı məlumatlar isə anomal istilər fonunda Fransanın iyulun əvvəlində qaz ehtiyatlarından istifadəsini kəskin artırdığını göstərir.
Məlumata görə, istilərlə üzləşən digər Avropa ölkələri ilə müqayisədə Fransanın qaz ehtiyatlarından istifadə həcmi əhəmiyyətli dərəcədə yüksək olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İspaniya Baş nazirinin xanımı hakim qarşısına çıxacaq
İspaniya Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqonya Qomez nüfuzun istifadə etmə və mənimsəmə ittihamları ilə hakim qarşısında mühakimə olunacaq.Citypost.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, 16 iyulda məhkəmə qərarına əsasən, Birinci Xanımın korrupsiya ittihamları ləğv edilib.Madrid məhkəməsi Qomezə qarşı üçüncü biznes korrupsiyası ittihamını ləğv edib və onun ölkəni tərk etməsini qadağan edən, məhkəmədə müntəzəm iştirak etməsini tələb edən və pasportunu təhvil verən aşağı məhkəmənin qərarını ləğv edib. Lakin hesabata görə, məhkəmə ona qarşı işin əsas hissəsini təsdiqləyib və bu, İspaniya Baş nazirinin ailəsi və yaxın adamları tərəfindən indiyə qədər üzləşilən ən ciddi hüquqi iddiadır.Məhkəmənin qərarı Birinci Xanımın müdafiə heyəti...
16 İyul 2026, 21:32
Böyük Britaniya İsveçlə əməkdaşlıq çərçivəsində Ukraynaya 15 müasir təyyarə verəcək
Birləşmiş Krallıq, İsveçlə əməkdaşlıq çərçivəsində Ukraynaya səmasını qoruyacaq 15 müasir təyyarə vermək üçün 300 milyon funt sterlinq ayırır.Citypost.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevdə Prezident Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.Baş nazir bildirib ki, bu gün irəlilədiyimizi bildirməkdən məmnunam: "Çünki Böyük Britaniyanın Ukrayna səmasının qorunması üçün 15 yeni müasir təyyarə ilə təmin etmək məqsədilə İsveçlə işləmək üçün 300 milyon funt sterlinq dəstək verdiyini elan edə bilərəm".Starmer əmindir ki, Moskvada əhval-ruhiyyə dəyişir və Putin qanunsuz müdaxilənin onun üçün real problemlər yaratdığını etiraf etmək məcburiyyətində qalıb: "Ona görə də indi təzyiqi artırmağın vaxtıdır....
16 İyul 2026, 19:35
Rusiya Hindistandan daha çox yanacaq istəyir
Rusiyanın neft şirkətləri Ukraynanın PUA hücumları nəticəsində neft emalı güclərinin təxminən 40 faizini itirdikdən sonra Hindistan neft emalı zavodlarından Rusiyaya benzin tədarükünü artırmağı xahiş edib.Modern.az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.Məlumata görə, Hindistandan Rusiyaya ən azı bir partiya benzin artıq yola salınıb və bundan sonra da əlavə tədarüklər gözlənilir. Lakin Rusiya neft şirkətləri emal güclərinin əhəmiyyətli hissəsini itirdikləri üçün Hindistandan daha çox yanacaq istəyirlər.Mənbələrin sözlərinə görə, Hindistandakı həm özəl, həm də dövlətə məxsus neft emalı zavodlarına müraciət edən şirkətlər arasında “Rosneft” və “Qazprom Neft” də var.“Rosneft” iyul ayında PUA hücumlarından sonra fəaliyyətini dayandıran Sızran və...
16 İyul 2026, 18:38
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski müdafiə naziri Mixail Fedorovun istefasının səbəblərindən birinin onların arasında yaranmış münaqişə olması barədə məlumatların yayılmasından sonra ilk açıqlamasını verib.APA xəbər verir ki, Sırski özünün “Telegram” kanalında paylaşdığı yazıda Fedorovun bugünkü mətbuat konfransına eyham vuraraq fəxr etdiyi 2022-ci il Kiyevin müdafiəsi əməliyyatı sayəsində paytaxta ictimai tədbirlərin keçirilə bildiyini deyib."Mən 2022-ci ildə Kiyev müdafiə əməliyyatı ilə fəxr edirəm. Məhz onun sayəsində Ukraynanın paytaxtını müdafiə edə bildik. Bu gün həmin şəhərdə brifinqlər keçirilə, konsepsiyalar hazırlanıb qərarlar qəbul oluna bilir", – Sırski yazıb.Komandan paylaşımında diqqətin şəxsi qarşıdurmalara deyil, müharibəyə yönəldilməsinin vacibliyini vurğulayıb."İndi əsas diqqəti müharibəyə və artıq...
16 İyul 2026, 18:08
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Qaqik Tsarukyana məxsus "Multi Wellness" binası İrəvan bələdiyyəsinə verilib.Citypost.az xəbər verir ki, bu barədə Yerevan meri Tiqran Avinyan "Factor.am"a verdiyi müsahibədə məlumatı təsdiqləyib."Bina icma torpağında tikilib, qanun pozuntuları olub, tərəflərdən biri olan İrəvan Bələdiyyəsi müqaviləni ləğv edib və bina tamamilə bələdiyyəyə verilib", - deyə o bildirib.Avinyan qeyd edib ki, yaxın gələcəkdə bu barədə açıqlama verəcəklər."Orada təlim keçənlərin hüquqları qorunmalıdır. Düşünürəm ki, müəyyən sosial komponentlər nəzərə alınmaqla, o, təlim mərkəzi kimi fəaliyyətini davam etdirəcək", - deyə Avinyan bildirib. (Teleqraf)...
16 İyul 2026, 17:43
Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Ankarada görüşməyə hazırdır. Kiyevin müharibəyə son qoymaq üçün real təklifləri var.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.Sibiqa hesab edir ki, Ankara qlobal diplomatik paytaxtlardan biridir.Bundan əlavə, Türkiyə paytaxtı Kiyev ilə Moskva arasındakı mübahisələrin həllində dəfələrlə əsas rol oynayıb.“Biz Türkiyənin Zelenski ilə Putin arasında görüş üçün əsas məkanlardan biri olmasını müdafiə edirik. Biz bunu dəstəkləyirik və Türkiyə tərəfinə belə bir missiyanı – bu cür yüksəksəviyyəli görüşü təşkil etmək istəyinə görə minnətdarıq”, - deyə Sibiqa...
16 İyul 2026, 17:37