Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Cəmiyyət 16 İyul 2026, 18:41
313
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün təşəkkür edib.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rolu yüksək qiymətləndirib.
“Cənab Prezident, Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart”ın istinad etdiyi çıxışımı paylaşdığınıza görə Sizə təşəkkür edirəm. Həmin çıxışımda Sizi “Sülh adamı” adlandırmışdım”, – Prezident qeyd edib.
Həmçinin oxuyun
Prezident İlham Əliyev xatırladıb ki, Vaşinqtonda keçirilmiş tarixi sammitin birinci ildönümünə bir aydan az vaxt qalır və bu münasibətlə Donald Trampa bir daha minnətdarlığını ifadə edib.
“Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha daha da yaxınlaşmasına tarixi töhfə verib", – paylaşımda vurğulanıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl “Truth Social” sosial şəbəkəsində Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda onun ünvanına səsləndirdiyi fikirlərin yer aldığı “Breitbart” nəşrinin məqaləsini paylaşıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb
Bakı şəhəri, Xətai rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb.Citypost.az xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.
16 İyul 2026, 20:10
Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib
Belarusda rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Azərbaycan nümayəndə heyəti Belarusun Silahlı Qüvvələrinin aviabazasını, eləcə də əlahiddə desant-hücum briqadasını ziyarət edib.Burada Xüsusi Əməliyyat Qüvvələrinin, eləcə də radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanış olublar.Plana uyğun olaraq general-polkovnik K.Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin (PAK) Tətbiqi və Hazırlığı Mərkəzinə, eləcə də Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib.Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlara PAK operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri haqqında məlumat...
16 İyul 2026, 19:55
Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib
"Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim-müzakirə sessiyası keçirilib.Citypost.az xəbər verir ki, təlim Elm və Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.İctimai Birliyin sədri Ayaz Mirzayev layihənin məqsədi, jurnalistlərin elm və təhsil sahəsində peşəkar biliklərinin artırılmasının əhəmiyyətindən bəhs edib.Sessiya çərçivəsində Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təqdimatla çıxış edib.O, təhsil sistemində rəqəmsal transformasiya prosesi, həyata keçirilən layihələr, müasir texnologiyaların tətbiqi, qlobal tendensiyalar və gələcək inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti,...
16 İyul 2026, 19:48
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.Citypost.az xəbər verir ki, “Açıq qapı günü”ndə “ABC KİDS” uşaq bağçasının azyaşlıları və tərbiyəçiləri iştirak ediblər.Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.Həmçinin, uşaqlar...
16 İyul 2026, 19:25
İcra başçısı: Qusarda 28 məsciddən 7-si fəaliyyət göstərir
"Qusarda 28 məsciddən 7-i fəaliyyət göstərir".Citypost.az xəbər verir ki, bunu Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfransda deyib.O qeyd edib ki, bütün məscidlərin fəaliyyəti üçün təhsilli din xadimləri yoxdur.
16 İyul 2026, 19:13
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.Citypost.az-ın məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.Dəyişikliyə əsasən, "Sistaqon", "Sistadrops" , "Yondelis" , "Skayklaris" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib.Bununla da siyahıda yer alan dərmanların sayı 145-ə çatıb.
16 İyul 2026, 19:05