Bizə yazın

Baku

-°C

USD

-

Rusiya Hindistandan daha çox yanacaq istəyir

Dünya 16 İyul 2026, 18:38

320

Rusiyanın neft şirkətləri Ukraynanın PUA hücumları nəticəsində neft emalı güclərinin təxminən 40 faizini itirdikdən sonra Hindistan neft emalı zavodlarından Rusiyaya benzin tədarükünü artırmağı xahiş edib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Hindistandan Rusiyaya ən azı bir partiya benzin artıq yola salınıb və bundan sonra da əlavə tədarüklər gözlənilir. Lakin Rusiya neft şirkətləri emal güclərinin əhəmiyyətli hissəsini itirdikləri üçün Hindistandan daha çox yanacaq istəyirlər.

Mənbələrin sözlərinə görə, Hindistandakı həm özəl, həm də dövlətə məxsus neft emalı zavodlarına müraciət edən şirkətlər arasında “Rosneft” və “Qazprom Neft” də var.

“Rosneft” iyul ayında PUA hücumlarından sonra fəaliyyətini dayandıran Sızran və Saratov neft emalı zavodlarını itirib. “Qazprom Neft” isə iyunda Moskva neft emalı zavodunun fəaliyyətini dayandırıb. Bundan başqa, şirkət Rusiyanın ən böyük neft emalı müəssisəsi olan və uzun müddət Ukrayna PUA-larının hücumlarından kənarda qalan Omsk neft emalı zavodunun fəaliyyətini də dayandırmağa məcbur olub.

Mənbələr bildiriblər ki, Hindistanın neft emalı zavodları ixrac üçün əlavə həcmə malik olmadıqlarını deyiblər. Buna baxmayaraq, Reuters əlavə benzin tədarükünün vasitəçilər üzərindən mümkün olduğunu yazır. Bu zaman yanacağın dənizdə bir tankerdən digərinə boşaldılması nəzərdə tutulur.

Mənbələrin sözlərinə görə, Rusiya Hindistandan dizel yanacağı da istəyə bilər.

Məlumata görə, Rusiyada dizel istehsalı məhsul yığımı kampaniyasının qızğın vaxtında 40 faiz azalıb. Bu səbəbdən hakimiyyət mövcud yanacaq həcmlərini mağazaların məhsullarla təminatını qorumaq üçün əl ilə bölüşdürməyə məcbur olub.

Mənbələr hazırda Rusiyada daxili dizel istehsalının tələbatı ödədiyini bildirirlər. Lakin Ukraynanın yeni hücumları neft emalı güclərinin daha böyük hissəsini sıradan çıxara bilər.

Reutersin mənbələrinin sözlərinə görə, neft emalı müəssisələrinin fəaliyyətini qısa müddətdə bərpa etmək mümkün deyil. İstehsalın yenidən bərpa olunması üçün ən azı iki ay vaxt tələb olunur və bu, yalnız yeni hücumların baş verməyəcəyi halda mümkündür.

EA Analytics-in hesablamalarına görə, Rusiyada neft emalının həcmi iyul ayında 2005-ci ildən bəri ən aşağı səviyyəyə düşərək sutkada 3,91 milyon barrel təşkil edib.

Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 27 faiz, müharibədən əvvəlki 2021-ci ilin eyni ayı ilə müqayisədə isə 30 faiz azdır.

“Energy Intelligence” analitikləri isə Rusiyada hazırkı neft emalı həcmini daha aşağı – sutkada 3,58 milyon barrel səviyyəsində qiymətləndirirlər. Bu, ən azı 2002-ci ildən bəri ən aşağı göstərici ola bilər.

Hazırda Rusiyada sutkada 3,1 milyon barrel neft emalı gücünün fəaliyyətsiz olduğu bildirilir.

“Energy Intelligence”in qiymətləndirməsinə görə, Rusiyada neft məhsulları çatışmazlığı ayda 400-600 min tona çatır. Analitiklər əlavə edirlər ki, Belarus və Qazaxıstandan tədarüklər bu kəsirin yalnız yarısını qarşılaya bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Böyük Britaniya İsveçlə əməkdaşlıq çərçivəsində Ukraynaya 15 müasir təyyarə verəcək

Birləşmiş Krallıq, İsveçlə əməkdaşlıq çərçivəsində Ukraynaya səmasını qoruyacaq 15 müasir təyyarə vermək üçün 300 milyon funt sterlinq ayırır.Citypost.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevdə Prezident Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.Baş nazir bildirib ki, bu gün irəlilədiyimizi bildirməkdən məmnunam: "Çünki Böyük Britaniyanın Ukrayna səmasının qorunması üçün 15 yeni müasir təyyarə ilə təmin etmək məqsədilə İsveçlə işləmək üçün 300 milyon funt sterlinq dəstək verdiyini elan edə bilərəm".Starmer əmindir ki, Moskvada əhval-ruhiyyə dəyişir və Putin qanunsuz müdaxilənin onun üçün real problemlər yaratdığını etiraf etmək məcburiyyətində qalıb: "Ona görə də indi təzyiqi artırmağın vaxtıdır....

16 İyul 2026, 19:35

Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski müdafiə naziri Mixail Fedorovun istefasının səbəblərindən birinin onların arasında yaranmış münaqişə olması barədə məlumatların yayılmasından sonra ilk açıqlamasını verib.APA xəbər verir ki, Sırski özünün “Telegram” kanalında paylaşdığı yazıda Fedorovun bugünkü mətbuat konfransına eyham vuraraq fəxr etdiyi 2022-ci il Kiyevin müdafiəsi əməliyyatı sayəsində paytaxta ictimai tədbirlərin keçirilə bildiyini deyib."Mən 2022-ci ildə Kiyev müdafiə əməliyyatı ilə fəxr edirəm. Məhz onun sayəsində Ukraynanın paytaxtını müdafiə edə bildik. Bu gün həmin şəhərdə brifinqlər keçirilə, konsepsiyalar hazırlanıb qərarlar qəbul oluna bilir", – Sırski yazıb.Komandan paylaşımında diqqətin şəxsi qarşıdurmalara deyil, müharibəyə yönəldilməsinin vacibliyini vurğulayıb."İndi əsas diqqəti müharibəyə və artıq...

16 İyul 2026, 18:08

Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib 

Qaqik Tsarukyana məxsus "Multi Wellness" binası İrəvan bələdiyyəsinə verilib.Citypost.az xəbər verir ki, bu barədə Yerevan meri Tiqran Avinyan "Factor.am"a verdiyi müsahibədə məlumatı təsdiqləyib."Bina icma torpağında tikilib, qanun pozuntuları olub, tərəflərdən biri olan İrəvan Bələdiyyəsi müqaviləni ləğv edib və bina tamamilə bələdiyyəyə verilib", - deyə o bildirib.Avinyan qeyd edib ki, yaxın gələcəkdə bu barədə açıqlama verəcəklər."Orada təlim keçənlərin hüquqları qorunmalıdır. Düşünürəm ki, müəyyən sosial komponentlər nəzərə alınmaqla, o, təlim mərkəzi kimi fəaliyyətini davam etdirəcək", - deyə Avinyan bildirib. (Teleqraf)...

16 İyul 2026, 17:43

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Ankarada görüşməyə hazırdır. Kiyevin müharibəyə son qoymaq üçün real təklifləri var.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.Sibiqa hesab edir ki, Ankara qlobal diplomatik paytaxtlardan biridir.Bundan əlavə, Türkiyə paytaxtı Kiyev ilə Moskva arasındakı mübahisələrin həllində dəfələrlə əsas rol oynayıb.“Biz Türkiyənin Zelenski ilə Putin arasında görüş üçün əsas məkanlardan biri olmasını müdafiə edirik. Biz bunu dəstəkləyirik və Türkiyə tərəfinə belə bir missiyanı – bu cür yüksəksəviyyəli görüşü təşkil etmək istəyinə görə minnətdarıq”, - deyə Sibiqa...

16 İyul 2026, 17:37

Fransa təxminən 400 ildən sonra Niderlandla sərhəd haqqında sazişi ratifikasiya edib 

Fransa parlamenti Karib dənizindəki Sen-Marten (Sint-Marten) adasının iki ölkə arasında bölünməsindən təxminən 400 il sonra ilk dəfə olaraq sərhədi hüquqi cəhətdən təsbit edən sazişi Niderlandla ratifikasiya edib."Report"un Avropa bürosu xəbər verir ki, sənəd Fransa və Niderland arasında adanın bölünməsinə dair 1648-ci ildə bağlanmış sazişə baxmayaraq, XVII əsrdən yalnız faktiki olaraq mövcud olan sərhəd xəttini təsbit edir.Saziş, həmçinin Niderland tərəfindən də ratifikasiya edilməlidir, bundan sonra isə o qüvvəyə minəcək.Müqavilə bir neçə il davam edən danışıqlardan sonra, 2023-cü ilin may ayında tərəflər arasında imzalanıb. O, ilk dəfə olaraq Fransanın dənizaşırı icması olan Sen-Martenlə Niderlandın tərkibindəki muxtar ölkə olan Sint-Marten arasında quru sərhədinin...

16 İyul 2026, 17:25

Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir 

Ukrayna Prezidenti Volodimir Zelenski İqor Klimenkonu ölkənin müdafiə naziri postuna namizədlərdən biri adlandırıb."Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi Ukrayna dövlət başçısının bəyanatına istinadən məlumat yayıb."İqor Klimenkoya gəldikdə, o, namizədlərdən biri kimi nəzərdən keçirilir. Amma mən hələ müvafiq sənədləri parlamentə təqdim etməmişəm. Çünki müdafiə naziri və xarici işlər naziri, bilirsiniz ki, bu, ayrıca müvafiq səsvermədir", - V.Zelenski deyib.

16 İyul 2026, 16:13