Yaddaşı gücləndirən dərman var ?
Tibb 21 İyul 2026, 09:33
674
Yaddaş zəifliyi və diqqət pozğunluğu son illərdə ən çox şikayət olunan problemlərdən biridir. Bir çox insan yaddaşını gücləndirmək üçün müxtəlif dərman və ya qida əlavələrinə üz tutur. Lakin mütəxəssislər bildirirlər ki, hazırda yaddaşı möcüzəvi şəkildə yaxşılaşdıran hər hansı dərman mövcud deyil. Beynin sağlam və məhsuldar işləməsinin əsas yolu onun davamlı məşq etdirilməsidir.
Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, insan orqanizmində olduğu kimi, beyin də işlədikcə inkişaf edir. Necə ki, əzələlər fiziki məşqlər nəticəsində güclənir, beyin də intellektual fəaliyyət hesabına daha çevik və məhsuldar olur. Buna görə də yaddaşı qorumağın və inkişaf etdirməyin ən təsirli üsulu zehni fəaliyyəti daim aktiv saxlamaqdır.
Mütəxəssislər qeyd edir ki, kitab oxumaq, yeni biliklər öyrənmək, krossvord həll etmək, şahmat oynamaq, stolüstü oyunlarla məşğul olmaq və məntiq tələb edən digər fəaliyyətlər beynin müxtəlif hissələrini aktivləşdirir. Bu cür məşğələlər sinir hüceyrələri arasında əlaqələri gücləndirir, yaddaşın və diqqətin yaxşılaşmasına kömək edir.Beyin nə qədər çox işləyirsə, insan xarici mühitdən gələn məlumatları bir o qədər düzgün analiz edir, hadisələrə daha çevik reaksiya verir və problemlərin həllində daha uğurlu olur. Bu isə həm gündəlik həyatda, həm də peşə fəaliyyətində insanın üstünlüyünü artırır.
Nevroloqlar vurğulayır ki, inkişaf prinsipi yalnız insanlara deyil, bütün canlılara aiddir. O, bunu heyvanlar üzərində sadə bir misalla izah edir. Əhliləşdirilmiş heyvanların yeməyi, suyu və bütün ehtiyacları insanlar tərəfindən qarşılanır. Buna görə də onlar yaşamaq uğrunda ciddi mübarizə aparmırlar və mühitə uyğunlaşmaq üçün beyinlərini əvvəlki qədər istifadə etmirlər. Əgər belə heyvanlar uzun müddət təbiətə buraxılsa, onların əksəriyyəti vəhşi şəraitdə yaşamaqda çətinlik çəkər və sağ qalmaq ehtimalları xeyli azalardı.İnsanın qarşılaşdığı çətinliklər də əslində beynin inkişafına təkan verir. Həyatda rast gəlinən uğursuzluqlar, problemlər və mürəkkəb vəziyyətlər insanı yeni həll yolları axtarmağa vadar edir. Bu proses zamanı beyin yeni təcrübə qazanır, öyrənir və daha çevik düşünmə qabiliyyəti formalaşdırır.Məhz bu səbəbdən həyatında müxtəlif sınaqlardan keçmiş insanlar daha zəngin təcrübəyə, daha güclü analiz qabiliyyətinə və daha yetkin düşüncə tərzinə sahib olurlar. Çətinliklər insanı zəiflətməkdən daha çox, onu öyrədir və inkişaf etdirir.
Həmçinin oxuyun
Mütəxəssislər sonda bir daha vurğulayır ki, yaddaşı gücləndirmək üçün ilk növbədə sağlam həyat tərzi, kifayət qədər yuxu, balanslı qidalanma, fiziki aktivlik və gündəlik zehni məşqlər vacibdir. Onun sözlərinə görə, beyin daim işlədikcə inkişaf edir və məhz bu, yaddaşı qorumağın ən etibarlı yoludur.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sıx süd vəzi toxuması nə deməkdir? – Mütəxəssis açıqladı
Son illər süd vəzi xərçənginin erkən aşkarlanması məqsədilə aparılan müayinələrə maraq əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, mammoqrafiya, süd vəzi ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), süd vəzisində aşkarlanan kistlər və sıx süd vəzi toxuması ilə bağlı cəmiyyətdə müxtəlif suallar və yanlış fikirlər də formalaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş müayinə proqramı xəstəliyin erkən mərhələdə aşkarlanması və uğurlu müalicəsi üçün ən vacib amillərdən biridir.Citypost.az xəbər verir ki, həkimlər bildirib ki, son 10-15 il ərzində süd vəzi müayinələrinə başlama yaşı əvvəlki illərlə müqayisədə daha aşağı salınıb. Bunun əsas səbəbi gənc yaşlarda süd vəzi xəstəliklərinin və bəzi hallarda süd vəzi xərçənginin daha erkən...
21 İyul 2026, 10:39
Səhər acqarına zeytun yağı içmək faydalıdırmı?
Son illər sağlam qidalanma ilə maraqlanan insanların gündəlik vərdişlərindən biri də səhər acqarına zeytun yağı qəbul etməkdir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan məlumatlarda iddia olunur ki, zeytun yağı bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır, qaraciyərin fəaliyyətini dəstəkləyir, xolesterini azaldır və hətta arıqlamağa kömək edir. Bəs bu fikirlər nə dərəcədə doğrudur?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zeytun yağı dünyanın ən faydalı bitki yağlarından biri hesab olunur. Onun tərkibində orqanizm üçün vacib olan mono doymamış yağ turşuları, xüsusilə olein turşusu, E vitamini, polifenollar və güclü antioksidant maddələr mövcuddur. Bu komponentlər ürək-damar sisteminin sağlamlığının qorunmasına, iltihabi proseslərin azalmasına və hüceyrələrin sərbəst radikalların zərərli...
21 İyul 2026, 08:32
Uşaqlarda nitq ləngiməsi niyə artır? – Loqopeddən açıqlama
Son illərdə uşaqlarda nitq ləngiməsi halları nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər hesab edirlər ki, bunun səbəbi yalnız tibbi problemlərlə bağlı deyil. Bir çox hallarda valideynlərin uşaqla kifayət qədər ünsiyyət qurmaması, texnologiyadan həddindən artıq istifadə və pedaqoji baxımsızlıq da nitqin gec inkişaf etməsinə səbəb olur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, uşağın nitqinin formalaşmasında ən vacib amillərdən biri valideynlə canlı ünsiyyətdir. Körpə ilk sözlərini eşitdiyi insanlardan öyrənir. Ana və atanın onunla danışması, nağıl oxuması, suallar verməsi, oyun zamanı ünsiyyət qurması nitq inkişafını sürətləndirən əsas amillərdəndir. Əgər bu ünsiyyət telefon, planşet və ya televiziya ilə əvəz olunursa, uşaq eşitsə də, danışmağa və ünsiyyət...
20 İyul 2026, 10:44
Diz protezi əməliyyatı necə aparılır? – Ağrısız hərəkətə aparan mərhələlər
Diz oynağının protezləşdirilməsi müasir ortopediyanın ən uğurlu və geniş tətbiq olunan cərrahi əməliyyatlarından biridir. Dünyada hər il 4 milyondan çox insana diz protezi implantasiya olunur. Bu əməliyyat əsasən ağır diz artrozu, qığırdaqın tam aşınması, travmalar və digər degenerativ oynaq xəstəlikləri nəticəsində gündəlik hərəkətləri məhdudlaşan xəstələrə tətbiq edilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sağlam diz oynağında bud (femur) və baldır (tibia) sümüklərinin ucları xüsusi qığırdaq toxuması ilə örtülür. Bu qığırdaq sümüklərin bir-birinə sürtünməsinin qarşısını alır, hərəkəti asanlaşdırır və oynağa düşən yükü bərabər paylayır. Lakin yaşlanma, artıq çəki, travmalar və ya osteoartrit kimi xəstəliklər nəticəsində qığırdaq tədricən aşınır. Bunun nəticəsində sümüklər...
20 İyul 2026, 09:42
Kondisionerin gecə istifadəsi sağlamlıq üçün təhlükəlidirmi?
Yay aylarında havaların həddindən artıq isti keçməsi səbəbindən bir çox insan gecəni kondisioner işləyən otaqda keçirir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, kondisionerdən düzgün istifadə edilmədikdə bu, tənəffüs yolları, əzələlər və ümumi sağlamlıq üçün bir sıra problemlər yarada bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, kondisionerin gecə boyu fasiləsiz işləməsi ilk növbədə otaqdakı havanın rütubətini azaldır. Havanın həddindən artıq quruması burun selikli qişasının və boğazın qurumasına səbəb olur. Nəticədə səhər yuxudan oyandıqda boğaz ağrısı, burunda quruluq, qıcıqlanma, asqırma və hətta səs tutulması kimi narahatlıqlar yarana bilər.Mütəxəssislər bildirirlər ki, xüsusilə allergiyası, sinusit, rinit və ya astması olan insanlarda bu problemlər daha qabarıq...
20 İyul 2026, 08:39
Tərləmə həmişə xəstəlik əlaməti deyil – endokrinoloqdan vacib açıqlama
Bir çox insan gündəlik həyatda həddindən artıq tərlədiyi üçün narahat olur, bunu xəstəlik əlaməti hesab edir və müxtəlif vasitələrdən istifadə edərək tərləmənin qarşısını almağa çalışır. Halbuki mütəxəssislər bildirirlər ki, tərləmə insan orqanizminin tamamilə təbii və həyati əhəmiyyət daşıyan fizioloji proseslərindən biridir.Citypost.az endokrinoloqların sözlərinə görə, tərləmə ilk növbədə bədənin temperatur balansını qorumağa xidmət edir. İsti hava şəraiti, fiziki aktivlik, emosional gərginlik və hormonal dəyişikliklər zamanı bədən istiliyi yüksəldikdə tərləmə mexanizmi işə düşür və orqanizm soyumağa başlayır. Məhz bu mexanizm sayəsində daxili orqanların normal fəaliyyəti qorunur.Mütəxəssislər qeyd edirlər ki, tərləmə cəmiyyətdə düşünüldüyü kimi utanılacaq və ya gizlədiləcək bir hal deyil. Əksinə, bu,...
17 İyul 2026, 10:20