Bizə yazın

Baku

-°C

USD

-

Ermənistan güləşçiləri Azərbaycana gəlir 

Cəmiyyət 22 İyul 2026, 08:41

409

Ermənistan güləşçiləri Azərbaycana gələcək.

Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, güləşçilər 17 yaşadak güləşçilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.

Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı 27 iyul-2 avqustda Bakıda keçiriləcək. (UNİKAL)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı "Dünyanın ən yaxşı tələbə şəhərləri" reytinqində ilk 100-lüyə daxil olub

Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə "Best Student Cities" (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb.Bu barədə Citypost.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür. Reytinq nəticələrinə əsasən, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek...

22 İyul 2026, 09:49

Bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.Citypost.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb."Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

22 İyul 2026, 09:00

Bu küçələrdə işıq olmayacaq

Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün  Bakı şəhərinin Yasamal rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Mehman Bunyadzadə, İzmir, Eldar Ağayev, Məhəmməd Xiyabani və Məhəmməd Xiyabani döngə 1, Əjdər Ağayev, Çuxursəd küçələrində, həmçinin 1-ci Alatava adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.Görülən işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq....

22 İyul 2026, 08:20

FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib 

İki nəfər Bakının Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbələrində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib.Bu barədə Citypost.az-a  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar....

22 İyul 2026, 08:11

22 iyul – Milli Mətbuat Günüdür

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.Citypost.az-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən, maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar...

22 İyul 2026, 08:00

Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb 

Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb.Fövqəladə Hallar Nazirliyindən Citypost.az verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.Əlavə məlumat veriləcək.

21 İyul 2026, 19:17