FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Cəmiyyət 22 İyul 2026, 08:11
423
İki nəfər Bakının Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbələrində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib.
Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həmçinin oxuyun
Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pərvanə Vəliyeva: Azərbaycan mediası yeni mərhələyə qədəm qoyub
Milli Məclisin deputatı Pərvanə Vəliyeva 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, bütün media və mətbuat nümayəndələrinə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və peşə fəaliyyətlərində uğurlar arzulayır.Pərvanə Vəliyevanın sözlərinə görə, Azərbaycan mediası son illərdə sürətli inkişaf yolu keçib. O qeyd edib ki, yeni media platformalarının formalaşması, innovativ layihələrin həyata keçirilməsi, media sahəsində beynəlxalq qurumların yaradılması təşəbbüsləri, eləcə də xarici media qurumları ilə sıx və səmərəli əməkdaşlığın qurulması istiqamətində mühüm nailiyyətlər əldə olunub.Millət vəkili vurğulayıb ki, Azərbaycanın milli maraqlarının beynəlxalq informasiya məkanında daha dolğun təqdim olunması, ölkənin xarici siyasət prioritetlərinin işıqlandırılması,...
22 İyul 2026, 10:51
Eldəniz Əmirov: Azərbaycanda dünya səviyyəli jurnalistlər var
Milli Mətbuat Günü münasibətilə paylaşım edən iqtisadçı-ekspert Eldəniz Əmirov Azərbaycanda peşəkarlığı və qələminə məsuliyyətlə yanaşması ilə dünyanın ən nüfuzlu media qurumlarında da uğurla çalışa biləcək jurnalistlərin az olmadığını bildirib.Citypost.az xəbər verir ki, ekspert qeyd edib ki, indiyədək minə yaxın media nümayəndəsi onun yerli və beynəlxalq iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə fikirlərini, şərhlərini və müsahibələrini ictimaiyyətə çatdırıb. Onun sözlərinə görə, yüzlərlə jurnalistlə dəfələrlə əməkdaşlıq etməsi nəticəsində geniş media çevrəsi formalaşıb və bu, ona media mühitini daha yaxından tanımaq imkanı verib.Eldəniz Əmirov vurğulayıb ki, bu əməkdaşlıqlar sayəsində ölkədə peşəsinə vicdanla yanaşan, cəmiyyət qarşısındakı məsuliyyətini dərindən dərk edən və yüksək peşəkarlıq nümayiş etdirən çoxsaylı...
22 İyul 2026, 10:48
Tural İrfan: Xarici təsir altında olan qruplar cəmiyyətdə təxribat yaratmağa çalışırlar
Xarici təsir altında fəaliyyət göstərən qrupların cəmiyyət üçün ciddi təhlükə yaratdığını deyən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bu dairələr ifşa olunduqca onları müdafiə edən görünməyən təsir mexanizmləri də işə düşür.Citypost.az-a açıqlama verən Tural İrfanın sözlərinə görə, həmin qruplar məzhəb, tarixi şəxsiyyətlər və milli-mənəvi dəyərlərlə əlaqəsi olmayan xurafatların müdafiəsi adı altında cəmiyyətdə təxribat, ədavət və ayrı-seçkilik mühiti formalaşdırmağa çalışırlar.O qeyd edib ki, bu dairələr artıq yalnız dini və ya dindar görüntüsü altında fəaliyyət göstərmirlər. Onun sözlərinə görə, müxtəlif peşə və ixtisas sahibləri kimi təqdim olunan şəxslər vasitəsilə yeni təsir mexanizmləri qurulur.Tural İrfan əlavə...
22 İyul 2026, 10:38
Kibertəhlükəsizlik Mərkəzi indiyə qədər 420-dən artıq mütəxəssis hazırlayıb
İndiyə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) 420-dən artıq müdafiə və hücum istiqamətində mütəxəssis hazırlayıb."Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Mərkəzin 7-ci məzun günü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal inkişaf sürətləndikcə, kibertəhlükəsizlik aspekti aktuallaşır, ölkəmizin dövlət siyasətinin bir parçası olur: "Bu xüsusda bu il fevralın 27-də dövlət başçısının imzası ilə ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planında da məhz kibertəhlükəsizlik aspekti əsas icra etmə sütunlarından biridir. Plan çərçivəsində məhz ölkəmizdə milli kibertəhlükəsizlik ekosisteminin qurulması,...
22 İyul 2026, 10:33
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı 500-dən çox hərbçisi yaralanıb.Bu barədə “Associated Press“ mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, yaralıların sayı 500 nəfəri xeyli ötür ki, bu da Pentaqonun rəsmi 482 rəqəmindən çoxdur.Qeyd edək ki, bundan əvvəl "The Wall Street Journal" qəzeti ABŞ-ın Yaxın Şərqdə yerləşdirilən 50000 hərbçisini İranın zərbələrindən qorumaqda çətinliklərlə üzləşdiyini bildirmişdi. (APA)
22 İyul 2026, 10:25
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Qayğı” MTK-nın qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən...
22 İyul 2026, 10:10