Maklerə verilən beh geri qaytarılmırsa, vətəndaş nə etməlidir?
Hüquq 22 İyul 2026, 09:04
421
Daşınmaz əmlak bazarında vətəndaşların ən çox üzləşdiyi problemlərdən biri maklerə və ya vasitəçiyə verilən beh məbləğinin sonradan geri qaytarılmamasıdır. Xüsusilə mənzil alqı-satqısı baş tutmadıqda, bir çox insanlar ödədikləri vəsaiti necə geri ala biləcəklərini bilmirlər. Hüquq mütəxəssislərinin fikrincə, bu kimi hallarda ilk növbədə behin kimə və hansı əsasla verildiyi araşdırılmalıdır.
Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, beh öhdəliyin təminat vasitələrindən biri hesab olunur. Beh müqavilə tərəflərinin üzərinə götürdükləri öhdəliklərin icrasını təmin etmək məqsədi daşıyır. Qanunvericiliyə görə, əgər satıcı müqavilənin icrasından imtina edərsə, aldığı behi ikiqat məbləğdə geri qaytarmalıdır. Əgər alıcı alqı-satqıdan imtina edərsə, verdiyi behi geri tələb edə bilmir.Lakin bu qaydalar yalnız beh birbaşa alıcı ilə satıcı arasında verildiyi hallarda tətbiq edilir. Praktikada isə bir çox hallarda vətəndaşlar behi satıcıya deyil, daşınmaz əmlak vasitəçilərinə – maklerlərə təqdim edirlər. Hüquqşünasların fikrincə, məhz bu məqam gələcəkdə ciddi hüquqi problemlərə səbəb olur.
Ekspertlər bildirirlər ki, makler daşınmaz əmlakın sahibi və ya alqı-satqı müqaviləsinin tərəfi olmadığı üçün onun beh qəbul etmək hüququ qanunvericilikdə nəzərdə tutulmayıb. Vasitəçinin əsas funksiyası alıcı ilə satıcını bir araya gətirmək və alqı-satqının təşkilinə yardım göstərməkdir. Buna görə də, maklerə verilən pulun hüquqi statusu bir çox hallarda beh kimi deyil, başqa ödəniş kimi qiymətləndirilə bilər.Əgər vasitəçi aldığı vəsaiti geri qaytarmaqdan imtina edir və alqı-satqının həyata keçirilməsi istiqamətində heç bir real addım atmırsa, vətəndaş həmin vəsaitin geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə hallarda ilk növbədə yazılı qaydada pulun qaytarılması tələb edilməli, nəticə əldə olunmadıqda isə məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Konkret vəziyyətdən asılı olaraq, vasitəçinin hərəkətlərində hüquqpozma, hətta dələduzluq əlamətləri də araşdırıla bilər.
Hüquq mütəxəssisləri xatırladırlar ki, daşınmaz əmlakla bağlı beh razılaşmaları qanunvericiliyin müəyyən etdiyi formada bağlanmalıdır. Daşınmaz əmlakın alqı-satqısı üzrə müqavilələr yazılı şəkildə tərtib edilməli və qanunun tələb etdiyi hallarda notariat qaydasında təsdiqlənməlidir. Forma tələblərinə əməl edilmədikdə həmin əqd etibarsız hesab oluna bilər.Etibarsız hesab edilən əqd zamanı isə tərəflər bir-birlərinə aldıqları əmlakı və ya pul vəsaitini geri qaytarmalıdırlar. Bu baxımdan, notarial qaydada rəsmiləşdirilməyən və ya qanunvericiliyin tələblərinə uyğun bağlanmayan beh razılaşmaları gələcəkdə məhkəmə mübahisələrinə səbəb ola bilər.
Həmçinin oxuyun
Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, daşınmaz əmlak alarkən böyük məbləğdə vəsaiti yalnız şifahi razılaşmaya əsasən və ya vasitəçiyə təqdim etməsinlər. Bütün ödənişlər rəsmi sənədlərlə təsdiqlənməli, mümkün olduqda birbaşa əmlak sahibi ilə müqavilə bağlanmalı və hüquqi prosedurlara tam əməl edilməlidir.
Ekspertlərin fikrincə, alqı-satqı prosesinin düzgün sənədləşdirilməsi, notarial təsdiqin təmin edilməsi və ödənişlərin hüquqi əsaslarla həyata keçirilməsi həm alıcının, həm də satıcının hüquqlarının qorunmasının ən etibarlı yoludur.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sərxoş sürücünün törətdiyi ölümlə nəticələnən qəza: Qanun hansı cəzanı nəzərdə tutur?
Yol-nəqliyyat hadisələri ilə bağlı ən ağır hüquqi məsuliyyətlərdən biri sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücülərin törətdiyi qəzalara görə tətbiq olunur. Xüsusilə belə hadisə nəticəsində insan ölümü baş verdikdə qanunvericilikdə nəzərdə tutulan cəzalar daha da sərtləşir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, əgər sürücü alkoqollu içkinin, narkotik vasitələrin, psixotrop maddələrin və ya digər sərxoşedici vasitələrin təsiri altında avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub və ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olubsa, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə qiymətləndirilir.Qanunvericiliyə əsasən, belə şəxs 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bundan əlavə, məhkəmənin hökmü ilə onun 5 il...
21 İyul 2026, 10:58
Valideynə baxmayan övladı hansı məsuliyyət gözləyir?
Cəmiyyətdə tez-tez rast gəlinən problemlərdən biri də əmək qabiliyyəti olduğu halda yaşlı və əmək qabiliyyətini itirmiş valideynlərinə maddi və mənəvi dəstək göstərməyən övladlarla bağlıdır. Bir çox hallarda insanlar düşünür ki, valideynə baxmaq yalnız mənəvi borcdur. Halbuki bu məsələ qanunvericiliklə də tənzimlənir və övladların valideynlərini saxlamaq öhdəliyi hüquqi məsuliyyət daşıyır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq və onlara qayğı göstərmək vəzifəsi açıq şəkildə nəzərdə tutulub. Valideynə qəsdən baxılmaması və onun saxlanılmasından boyun qaçırılması inzibati məsuliyyət yaradır.Mütəxəssislər bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar...
21 İyul 2026, 09:56
Rəhbərlik sizi gündə 9 saat işlədə bilərmi? – Əmək qanunvericiliyi nə deyir?
İşçilərin ən çox ünvanladıqları suallardan biri də gündəlik iş saatları ilə bağlıdır. Bəzi hallarda işçilər bildirirlər ki, rəhbərlik onları hər gün 9 saat, bəzən isə bundan da artıq işləməyə məcbur edir. Bəs bu, qanunidirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin normal iş vaxtını dəqiq şəkildə müəyyən edib və işəgötürən bu normaları özbaşına artıra bilməz.Mütəxəssislər bildirib ki, Əmək Məcəlləsinin 89 və 90-cı maddələrinə əsasən, normal iş vaxtının müddəti gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan artıq müəyyən edilə bilməz. Bu norma əmək münasibətlərində işçinin istirahət hüququnun qorunmasına xidmət edir.Hüquqşünaslar qeyd edib ki, altıgünlük iş həftəsi...
21 İyul 2026, 08:54
Gəlinə qayınatanın əmlakından pay düşürmü? – Hüquqi izah
Vətəndaşlar arasında tez-tez müzakirə olunan miras məsələlərindən biri də gəlinin qayınatasının əmlakı üzərində hüququnun olub-olmaması ilə bağlıdır. Xüsusilə kənd və rayon yerlərində həyatyanı torpaq sahələri və pay torpaqları ilə əlaqədar bu cür suallar daha çox səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünasın sözlərinə görə, qayınatanın vəfatından sonra onun əmlakı ilk növbədə qanun üzrə birinci dərəcəli vərəsələr arasında bölüşdürülür. Bunlara mərhumun həyat yoldaşı, övladları və valideynləri daxildir. Gəlin isə qayınatanın birbaşa qanuni vərəsəsi hesab olunmur.Mütəxəssis bildirir ki, bu səbəbdən gəlin yalnız qayınatasının vəfat etməsi faktına görə onun torpaq sahəsində və ya digər əmlakında birbaşa miras hüququ qazanmır.Lakin qanunvericilikdə istisna hallar da mövcuddur. Əgər...
20 İyul 2026, 11:03
Notariusda təsdiqlənməyən vəsiyyətnamə etibarlıdırmı?
Vətəndaşların tez-tez ünvanladıqları suallardan biri də vəsiyyətnamənin hüquqi qüvvəsi ilə bağlıdır. Xüsusilə ailə üzvləri arasında belə bir sual yaranır: "Atam sağlığında vəsiyyətnamə yazıb, lakin sənəd notarius tərəfindən təsdiqlənməyib. Atam artıq vəfat edib. Bu sənəd etibarlı sayılırmı?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələdə əsas meyar vəsiyyətnamənin qanunvericiliyin müəyyən etdiyi qaydada tərtib olunmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vəsiyyətnamə xüsusi formalı hüquqi sənəd hesab olunur və onun hüquqi qüvvəyə malik olması üçün müəyyən edilmiş prosedurlara mütləq riayət edilməlidir.Mütəxəssislər bildirirlər ki, adi kağız üzərində yazılmış, lakin notarius tərəfindən təsdiqlənməmiş vəsiyyətnamə, bir qayda olaraq, hüquqi qüvvəyə malik hesab edilmir. Çünki qanun vəsiyyətnamənin...
20 İyul 2026, 09:58
Üç uşaq üçün alimentin məbləği necə müəyyən edilir?
Boşanma prosesində ən çox müzakirə olunan məsələlərdən biri də alimentin məbləğinin necə hesablanmasıdır. Xüsusilə bir neçə uşağın olduğu ailələrdə valideynləri düşündürən əsas suallardan biri budur: "Üç uşaq üçün nə qədər aliment təyin olunur?" Digər mühüm sual isə uşağın yanında qalan valideynin yüksək gəlir əldə etməsinin alimentin məbləğinə təsir edib-etməməsidir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, uşağın saxlanılması yalnız bir valideynin deyil, hər iki valideynin qanunla müəyyən edilmiş borcudur. Boşanma valideynlik hüquq və vəzifələrini aradan qaldırmır. Uşağın gündəlik qayğısını bir valideyn öz üzərinə götürsə də, digər valideyn də maddi təminatın həyata keçirilməsində iştirak etməlidir.Mütəxəssislər bildirirlər ki, aliment əslində...
20 İyul 2026, 08:53