Bizə yazın

Baku

-°C

USD

-

Bakı "Dünyanın ən yaxşı tələbə şəhərləri" reytinqində ilk 100-lüyə daxil olub

Cəmiyyət 22 İyul 2026, 09:49

463

Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə "Best Student Cities" (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb.

Bu barədə Citypost.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.

Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür. Reytinq nəticələrinə əsasən, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı mövqedə yer alır. QS-in "Best Student Cities" reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından kompleks şəkildə qiymətləndirir.

Qiymətləndirmə zamanı şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və yaşayış mühiti, təhsil və yaşayış xərclərinin əlverişliliyi, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də həmin şəhərdə təhsil almış tələbələrin rəyləri nəzərə alınır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Asif Əsgərov: Peşəkar jurnalistika hər zaman dəyərlidir

Milli Məclisin deputatı Asif Əsgərov 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan mətbuatının inkişafına töhfə verən bütün jurnalistləri və media nümayəndələrini təbrik edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, milli mətbuatımız 151 il ərzində böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu gün jurnalistlər cəmiyyətin məlumatlandırılmasında, ölkədə baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırlar.Asif Əsgərov vurğulayıb ki, peşəsinə məsuliyyətlə yanaşan, həqiqətə və obyektivliyə sadiq qalan media nümayəndələrinin fəaliyyəti hər zaman böyük dəyərə malikdir.Millət vəkili əlamətdar gün münasibətilə Zaqatala rayonunda fəaliyyət göstərən jurnalistləri, yerli media qurumlarının əməkdaşlarını və rayonun ictimai həyatını işıqlandıran bütün mətbuat nümayəndələrini də təbrik edib.Sonda Asif...

22 İyul 2026, 11:04

Pərvanə Vəliyeva: Azərbaycan mediası yeni mərhələyə qədəm qoyub

Milli Məclisin deputatı Pərvanə Vəliyeva 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, bütün media və mətbuat nümayəndələrinə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və peşə fəaliyyətlərində uğurlar arzulayır.Pərvanə Vəliyevanın sözlərinə görə, Azərbaycan mediası son illərdə sürətli inkişaf yolu keçib. O qeyd edib ki, yeni media platformalarının formalaşması, innovativ layihələrin həyata keçirilməsi, media sahəsində beynəlxalq qurumların yaradılması təşəbbüsləri, eləcə də xarici media qurumları ilə sıx və səmərəli əməkdaşlığın qurulması istiqamətində mühüm nailiyyətlər əldə olunub.Millət vəkili vurğulayıb ki, Azərbaycanın milli maraqlarının beynəlxalq informasiya məkanında daha dolğun təqdim olunması, ölkənin xarici siyasət prioritetlərinin işıqlandırılması,...

22 İyul 2026, 10:51

Eldəniz Əmirov: Azərbaycanda dünya səviyyəli jurnalistlər var

Milli Mətbuat Günü münasibətilə paylaşım edən iqtisadçı-ekspert Eldəniz Əmirov Azərbaycanda peşəkarlığı və qələminə məsuliyyətlə yanaşması ilə dünyanın ən nüfuzlu media qurumlarında da uğurla çalışa biləcək jurnalistlərin az olmadığını bildirib.Citypost.az xəbər verir ki, ekspert qeyd edib ki, indiyədək minə yaxın media nümayəndəsi onun yerli və beynəlxalq iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə fikirlərini, şərhlərini və müsahibələrini ictimaiyyətə çatdırıb. Onun sözlərinə görə, yüzlərlə jurnalistlə dəfələrlə əməkdaşlıq etməsi nəticəsində geniş media çevrəsi formalaşıb və bu, ona media mühitini daha yaxından tanımaq imkanı verib.Eldəniz Əmirov vurğulayıb ki, bu əməkdaşlıqlar sayəsində ölkədə peşəsinə vicdanla yanaşan, cəmiyyət qarşısındakı məsuliyyətini dərindən dərk edən və yüksək peşəkarlıq nümayiş etdirən çoxsaylı...

22 İyul 2026, 10:48

Tural İrfan: Xarici təsir altında olan qruplar cəmiyyətdə təxribat yaratmağa çalışırlar

Xarici təsir altında fəaliyyət göstərən qrupların cəmiyyət üçün ciddi təhlükə yaratdığını deyən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bu dairələr ifşa olunduqca onları müdafiə edən görünməyən təsir mexanizmləri də işə düşür.Citypost.az-a açıqlama verən Tural İrfanın sözlərinə görə, həmin qruplar məzhəb, tarixi şəxsiyyətlər və milli-mənəvi dəyərlərlə əlaqəsi olmayan xurafatların müdafiəsi adı altında cəmiyyətdə təxribat, ədavət və ayrı-seçkilik mühiti formalaşdırmağa çalışırlar.O qeyd edib ki, bu dairələr artıq yalnız dini və ya dindar görüntüsü altında fəaliyyət göstərmirlər. Onun sözlərinə görə, müxtəlif peşə və ixtisas sahibləri kimi təqdim olunan şəxslər vasitəsilə yeni təsir mexanizmləri qurulur.Tural İrfan əlavə...

22 İyul 2026, 10:38

Kibertəhlükəsizlik Mərkəzi indiyə qədər 420-dən artıq mütəxəssis hazırlayıb 

İndiyə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) 420-dən artıq müdafiə və hücum istiqamətində mütəxəssis hazırlayıb."Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Mərkəzin 7-ci məzun günü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal inkişaf sürətləndikcə, kibertəhlükəsizlik aspekti aktuallaşır, ölkəmizin dövlət siyasətinin bir parçası olur: "Bu xüsusda bu il fevralın 27-də dövlət başçısının imzası ilə ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planında da məhz kibertəhlükəsizlik aspekti əsas icra etmə sütunlarından biridir. Plan çərçivəsində məhz ölkəmizdə milli kibertəhlükəsizlik ekosisteminin qurulması,...

22 İyul 2026, 10:33

KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb 

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı 500-dən çox hərbçisi yaralanıb.Bu barədə “Associated Press“ mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, yaralıların sayı 500 nəfəri xeyli ötür ki, bu da Pentaqonun rəsmi 482 rəqəmindən çoxdur.Qeyd edək ki, bundan əvvəl "The Wall Street Journal" qəzeti ABŞ-ın Yaxın Şərqdə yerləşdirilən 50000 hərbçisini İranın zərbələrindən qorumaqda çətinliklərlə üzləşdiyini bildirmişdi. (APA)

22 İyul 2026, 10:25