Qaraciyəri səssizcə zədələyən 4 gündəlik vərdiş
Tibb 22 İyul 2026, 10:38
452
Qaraciyər insan orqanizmində yüzlərlə vacib funksiyanı yerinə yetirən ən mühüm orqanlardan biridir. O, orqanizmi zərərli maddələrdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir, vitamin və mineralları ehtiyat şəklində saxlayır, hormonların balansında iştirak edir. Lakin mütəxəssislər bildirirlər ki, gündəlik həyatda yol verdiyimiz bəzi vərdişlər qaraciyərin sağlamlığını hiss olunmadan pozur və zamanla piylənmə, iltihab, hətta sirroz kimi ciddi problemlərə səbəb ola bilir.
Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qaraciyərə ən çox zərər verən vərdişlərdən biri hər gün şəkərli içkilərin qəbul edilməsidir. Enerji içkiləri, qazlı şirin sular və paketlənmiş meyvə şirələrinin tərkibində yüksək miqdarda şəkər və fruktoza olur. Bu maddələr artıq qəbul edildikdə qaraciyərdə yağa çevrilir və zamanla piylənməyə səbəb olur. Xüsusilə alkoqoldan istifadə etməyən insanlarda rast gəlinən qeyri-alkoqollu qaraciyər piylənməsinin əsas səbəblərindən biri də məhz bu cür içkilərin həddindən artıq istifadəsidir.
Mütəxəssislər bildirirlər ki, ikinci təhlükəli vərdiş ağ undan hazırlanan çörək, şirniyyat və digər un məmulatlarının həddindən artıq qəbul edilməsidir. Bir çox insanlar yalnız yağlı qidaların qaraciyərə zərər verdiyini düşünsələr də, əslində yüksək miqdarda rafinə olunmuş karbohidratlar da qaraciyərdə yağ toplanmasını sürətləndirir. Bu məhsullar qanda şəkərin sürətlə yüksəlməsinə, insulin müqavimətinin yaranmasına və metabolik pozğunluqlara səbəb ola bilər.Həkimlərin diqqət çəkdiyi digər vacib məqam hərəkətsiz həyat tərzidir. Gün ərzində az hərəkət etmək, uzun müddət oturaq vəziyyətdə işləmək və fiziki aktivliyin olmaması orqanizmdə yağ mübadiləsini zəiflədir. Nəticədə artıq enerji qaraciyərdə piy şəklində toplanmağa başlayır. Mütəxəssislər qeyd edirlər ki, gündəlik ən azı 30–60 dəqiqə piyada gəzmək belə qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.
Dördüncü və ən təhlükəli vərdiş isə qaraciyərlə bağlı yaranan ilkin əlamətləri görməzlikdən gəlməkdir. Daimi yorğunluq, halsızlıq, sağ qabırğaaltı nahiyədə ağırlıq və ya ağrı hissi, həzmsizlik, qarında köp və şişkinlik kimi əlamətlər bir çox hallarda insanlar tərəfindən adi vəziyyət kimi qəbul edilir. Halbuki qaraciyər piylənməsi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər və xəstəlik gec mərhələdə aşkarlanarsa, müalicəsi daha çətin olur.Həkimlər bildirirlər ki, qaraciyərin sağlamlığını qorumaq üçün ilk növbədə gündəlik qidalanma vərdişlərini dəyişmək lazımdır. Şəkərli içkilərdən, şirniyyatlardan və rafinə olunmuş un məhsullarından mümkün qədər uzaq durmaq, bol tərəvəz, meyvə və lifli qidalar qəbul etmək tövsiyə edilir. Bundan əlavə, hər gün açıq havada ən azı bir saat piyada gəzmək, artıq çəkidən qurtulmaq və kifayət qədər su içmək qaraciyərin normal fəaliyyətinə mühüm dəstək verir.
Həmçinin oxuyun
Mütəxəssislərin sözlərinə görə, həyat tərzi dəyişiklikləri ilə yanaşı, bəzi hallarda bitki və antioksidant tərkibli qida əlavələrindən də istifadə edilə bilər. Bu məqsədlə Alfa-Xrom məhsulu tövsiyə olunur. Həkimlər vurğulayırlar ki, Alfa-Xrom dərman deyil, bioloji aktiv qida əlavəsidir.Məhsulun tərkibində alfa-lipoik turşu və xrom mövcuddur. Bu komponentlər insulinə həssaslığın yaxşılaşmasına, qaraciyərdə yağ mübadiləsinin dəstəklənməsinə, iştahanın və xüsusilə şirniyyata meylin azalmasına kömək edə bilər. Alfa-lipoik turşu güclü antioksidant xüsusiyyətə malik olduğundan qaraciyər hüceyrələrini oksidləşdirici stressdən qorumağa da dəstək verir.
Həkimlər qeyd edirlər ki, Alfa-Xrom İtaliya istehsalıdır və ölkənin bir çox apteklərində mövcuddur. Bununla yanaşı, onlar xatırladırlar ki, heç bir qida əlavəsi sağlam qidalanma və fiziki aktivliyi əvəz etmir. Qaraciyərin sağlam qalması üçün əsas şərt düzgün həyat tərzi və vaxtında həkim müayinəsindən keçmə
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gecə yatmazdan əvvəl əsəbiləşmək sağlamlığınıza necə təsir edir?
Gün ərzində yaşanan gərginlik, mübahisələr və ya yatmazdan əvvəl alınan pis xəbərlər təkcə əhval-ruhiyyəyə deyil, həm də orqanizmin ümumi sağlamlığına ciddi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, gecə saatlarında əsəbiləşmək və stress keçirmək yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır, ürək-damar sisteminə əlavə yük yaradır və uzunmüddətli dövrdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, insan yatmazdan əvvəl əsəbiləşdikdə orqanizmdə stress hormonları – adrenalin və kortizolun səviyyəsi artır. Bunun nəticəsində ürək döyüntüsü sürətlənir, arterial təzyiq yüksəlir və orqanizm sanki təhlükə vəziyyətində qalır. Bu hal beynin rahatlaşmasına mane olur və insanın yuxuya getməsini çətinləşdirir.Mütəxəssislər qeyd edirlər ki,...
22 İyul 2026, 09:36
Səpkisiz bədən qaşınması allergiya əlamətidirmi?
Heç bir səpki və ya dəri dəyişiklikləri olmadığı halda bütün bədəndə yaranan qaşınma bir çox insanın rastlaşdığı narahatedici problemlərdən biridir. Əksər hallarda insanlar bu əlaməti allergiya ilə əlaqələndirərək özbaşına antihistamin preparatlardan istifadə etməyə başlayırlar. Halbuki mütəxəssislər bildirirlər ki, səpkisiz qaşınmanın səbəbi təkcə allergiya olmur və bu simptom bəzən daha ciddi xəstəliklərin ilk əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi allergik xəstəliklər zamanı həqiqətən də dəridə səpki olmadan güclü qaşınma müşahidə edilə bilər. Belə hallarda qaşınma gün ərzində davam edə, xüsusilə gecə saatlarında daha da şiddətlənə və insanın yuxusunu, gündəlik fəaliyyətini, eləcə də həyat keyfiyyətini ciddi şəkildə poza...
22 İyul 2026, 08:34
Sıx süd vəzi toxuması nə deməkdir? – Mütəxəssis açıqladı
Son illər süd vəzi xərçənginin erkən aşkarlanması məqsədilə aparılan müayinələrə maraq əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, mammoqrafiya, süd vəzi ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), süd vəzisində aşkarlanan kistlər və sıx süd vəzi toxuması ilə bağlı cəmiyyətdə müxtəlif suallar və yanlış fikirlər də formalaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş müayinə proqramı xəstəliyin erkən mərhələdə aşkarlanması və uğurlu müalicəsi üçün ən vacib amillərdən biridir.Citypost.az xəbər verir ki, həkimlər bildirib ki, son 10-15 il ərzində süd vəzi müayinələrinə başlama yaşı əvvəlki illərlə müqayisədə daha aşağı salınıb. Bunun əsas səbəbi gənc yaşlarda süd vəzi xəstəliklərinin və bəzi hallarda süd vəzi xərçənginin daha erkən...
21 İyul 2026, 10:39
Yaddaşı gücləndirən dərman var ?
Yaddaş zəifliyi və diqqət pozğunluğu son illərdə ən çox şikayət olunan problemlərdən biridir. Bir çox insan yaddaşını gücləndirmək üçün müxtəlif dərman və ya qida əlavələrinə üz tutur. Lakin mütəxəssislər bildirirlər ki, hazırda yaddaşı möcüzəvi şəkildə yaxşılaşdıran hər hansı dərman mövcud deyil. Beynin sağlam və məhsuldar işləməsinin əsas yolu onun davamlı məşq etdirilməsidir.Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, insan orqanizmində olduğu kimi, beyin də işlədikcə inkişaf edir. Necə ki, əzələlər fiziki məşqlər nəticəsində güclənir, beyin də intellektual fəaliyyət hesabına daha çevik və məhsuldar olur. Buna görə də yaddaşı qorumağın və inkişaf etdirməyin ən təsirli üsulu zehni fəaliyyəti daim aktiv saxlamaqdır.Mütəxəssislər...
21 İyul 2026, 09:33
Səhər acqarına zeytun yağı içmək faydalıdırmı?
Son illər sağlam qidalanma ilə maraqlanan insanların gündəlik vərdişlərindən biri də səhər acqarına zeytun yağı qəbul etməkdir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan məlumatlarda iddia olunur ki, zeytun yağı bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır, qaraciyərin fəaliyyətini dəstəkləyir, xolesterini azaldır və hətta arıqlamağa kömək edir. Bəs bu fikirlər nə dərəcədə doğrudur?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zeytun yağı dünyanın ən faydalı bitki yağlarından biri hesab olunur. Onun tərkibində orqanizm üçün vacib olan mono doymamış yağ turşuları, xüsusilə olein turşusu, E vitamini, polifenollar və güclü antioksidant maddələr mövcuddur. Bu komponentlər ürək-damar sisteminin sağlamlığının qorunmasına, iltihabi proseslərin azalmasına və hüceyrələrin sərbəst radikalların zərərli...
21 İyul 2026, 08:32
Uşaqlarda nitq ləngiməsi niyə artır? – Loqopeddən açıqlama
Son illərdə uşaqlarda nitq ləngiməsi halları nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər hesab edirlər ki, bunun səbəbi yalnız tibbi problemlərlə bağlı deyil. Bir çox hallarda valideynlərin uşaqla kifayət qədər ünsiyyət qurmaması, texnologiyadan həddindən artıq istifadə və pedaqoji baxımsızlıq da nitqin gec inkişaf etməsinə səbəb olur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, uşağın nitqinin formalaşmasında ən vacib amillərdən biri valideynlə canlı ünsiyyətdir. Körpə ilk sözlərini eşitdiyi insanlardan öyrənir. Ana və atanın onunla danışması, nağıl oxuması, suallar verməsi, oyun zamanı ünsiyyət qurması nitq inkişafını sürətləndirən əsas amillərdəndir. Əgər bu ünsiyyət telefon, planşet və ya televiziya ilə əvəz olunursa, uşaq eşitsə də, danışmağa və ünsiyyət...
20 İyul 2026, 10:44