Bizə yazın

Baku

-°C

USD

-

Sığortasız sürücü qəza törədərsə, zərəri kim ödəyir?

Hüquq 29 İyul 2026, 08:55

392

Azərbaycanda sürücülərin ən çox üzləşdiyi problemlərdən biri də yol-nəqliyyat hadisəsi zamanı qarşı tərəfin avtomobilinin icbari sığortasının olmamasıdır. Belə hallarda zərərçəkən sürücülər haqlı olaraq sual edirlər: "Mən öz avtomobilimi sığortalatmışamsa, niyə sığorta şirkətim mənim zərərimi ödəmir?"

Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə ciddi yanlış anlaşılmalar mövcuddur. Çoxları düşünür ki, avtomobilini icbari sığortalatdığı üçün istənilən qəza zamanı onun avtomobilinə dəyən zərəri də sığorta şirkəti ödəməlidir. Halbuki qanunvericiliyə əsasən, icbari avtomobil sığortasının funksiyası tamamilə fərqlidir.

Mütəxəssislər izah edir ki, icbari avtomobil sığortası avtomobil sahibinin öz nəqliyyat vasitəsini deyil, onun üçüncü şəxslər qarşısındakı mülki məsuliyyətini sığortalayır. Başqa sözlə, əgər sürücü qəza törədərək başqa bir avtomobilə və ya şəxsə ziyan vurarsa, həmin zərərin ödənilməsini onun sığorta şirkəti həyata keçirir.Məsələn, əgər taksi sürücüsü başqa bir avtomobilə çırpılıbsa və onun icbari sığortası mövcuddursa, zərərçəkmiş avtomobilin təmir xərclərini və ya müəyyən edilmiş kompensasiyanı məhz həmin taksi sürücüsünün sığorta şirkəti ödəməlidir.Lakin problem qəzanı törədən sürücünün ümumiyyətlə icbari sığortasının olmadığı hallarda yaranır. Belə vəziyyətdə zərərçəkmiş şəxsin öz sığorta şirkətinə müraciət etməsi hüquqi baxımdan nəticə vermir. Çünki onun bağladığı icbari sığorta müqaviləsi belə riskləri əhatə etmir.

Hüquqşünaslar bildirir ki, bu halda sığorta şirkətinin ödənişdən imtina etməsi qanunvericiliyə uyğundur. Çünki müqavilənin predmeti zərərçəkmişin öz avtomobilinin təmiri deyil, onun gələcəkdə üçüncü şəxslərə vuracağı ziyanın qarşılanmasıdır.Belə hallarda zərərçəkmiş şəxs birbaşa qəzanı törədən sürücüyə müraciət etməlidir. İlk mərhələdə tərəflər arasında qarşılıqlı razılıq əldə olunarsa, zərərin könüllü şəkildə ödənilməsi mümkündür. Əgər sürücü ödəniş etməkdən imtina edərsə və ya tərəflər razılığa gələ bilməzlərsə, zərərçəkmiş şəxsin məhkəməyə müraciət etmək hüququ yaranır.Məhkəmə araşdırması zamanı yol-nəqliyyat hadisəsinin başvermə şəraiti, təqsirli tərəf, avtomobilə dəyən maddi ziyanın məbləği və digər sübutlar qiymətləndirilir. Məhkəmə qəzanı törədən şəxsin təqsirini müəyyən etdikdən sonra dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edə bilər.

Hüquqşünaslar qeyd edir ki, praktikada bu cür məhkəmə prosesləri müəyyən vaxt tələb etsə də, qanun zərərçəkmiş şəxsin hüquqlarını müdafiə etmək imkanı verir. Əsas məsələ qəza ilə bağlı bütün sənədlərin, polis materiallarının, ekspertiza rəylərinin və digər sübutların düzgün şəkildə toplanmasıdır.

Mütəxəssislər sürücülərə bir daha xatırladırlar ki, icbari avtomobil sığortası hər bir nəqliyyat vasitəsi sahibi üçün qanunla tələb olunan öhdəlikdir. Sığortasız avtomobillə hərəkət etmək həm inzibati məsuliyyət yaradır, həm də qəza zamanı sürücünü bütün maddi məsuliyyətlə təkbaşına üz-üzə qoyur.Nəticə etibarilə, əgər avtomobilinizə sığortası olmayan sürücü ziyan vurubsa, sizin icbari sığorta şirkətiniz bu zərəri ödəməyə borclu deyil. Belə hallarda zərərin ödənilməsi birbaşa qəzanı törədən şəxsdən tələb olunmalı, razılıq əldə edilmədikdə isə məsələ məhkəmə qaydasında həll edilməlidir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vəfatdan sonra ev avtomatik həyat yoldaşına keçir?

Vətəndaşlar tərəfindən ən çox ünvanlanan hüquqi suallardan biri də vəfat etmiş həyat yoldaşının adına olan evin sonrakı taleyi ilə bağlıdır. Xüsusilə "Üç övladım var, həyat yoldaşım vəfat edib. Ev onun adınadır. Evi birbaşa öz adıma keçirə bilərəmmi?" sualı tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda ev avtomatik olaraq sağ qalan həyat yoldaşının adına keçirilmir. İlk növbədə mirasın açılması və qanunla müəyyən edilmiş vərəsələrin dairəsinin müəyyənləşdirilməsi lazımdır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, birinci növbə üzrə qanuni vərəsələr mərhumun həyat yoldaşı, övladları və valideynləridir. Yəni vəfat etmiş şəxsin anası və atası sağdırsa, onlar da birinci dərəcəli vərəsə hesab olunur. Eyni...

29 İyul 2026, 09:58

Mənzilin kvadratmetri niyə fərqli hesablanır?

Vətəndaşların ən çox qarşılaşdığı suallardan biri də mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki ölçü arasında fərqin yaranmasıdır. Bəzən alıcılar mənzili, məsələn, 150 kvadratmetr sahə kimi alırlar, lakin sonradan mütəxəssis tərəfindən aparılan ölçmə zamanı sahənin 230 kvadratmetr olduğu müəyyən edilir. Bu isə haqlı olaraq alıcılarda sual yaradır: bu fərq necə yaranır və qanun buna necə yanaşır?Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, belə halların əsas səbəbi tikinti şirkətlərinin sahəni hesablama üsulu ilə bağlıdır. Bir sıra hallarda mənzil satılarkən ümumi sahəyə yalnız yaşayış otaqları deyil, həm də divarların, ara kəsmələrin və digər konstruktiv elementlərin altında qalan hissələr daxil edilir. Nəticədə alıcıya təqdim olunan...

28 İyul 2026, 11:00

Leyvi işıqdan istifadəyə görə hansı cərimələr tətbiq olunur? 

Elektrik enerjisindən qanunsuz istifadə, yəni ictimaiyyət arasında "leyvi işıq" kimi tanınan hallara görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Hüquqşünasların sözlərinə görə, məsuliyyətin növü vurulan ziyanın məbləğindən və əməlin nəticələrindən asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, elektrik enerjisinin sayğacdan kənar qoşulma yolu ilə mənimsənilməsi, sayğacın göstəricilərinə müdaxilə edilməsi, plombun qırılması və ya digər qanunsuz üsullarla elektrik enerjisindən istifadə edilməsi qanun pozuntusu hesab olunur.Onların sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə əsasən, elektrik enerjisinin qanunsuz istehlakı nəticəsində az miqdarda ziyan vurulduqda fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan...

28 İyul 2026, 09:58

Valideyn evdən qovan və ya əl qaldıran övladı nə gözləyir?

Valideynə qarşı zorakılıq, onu yaşadığı evdən zorla çıxarmaq, əşyalarını küçəyə atmaq və fiziki xəsarət yetirmək son dövrlər cəmiyyətdə narahatlıq doğuran hallardan biridir. Belə vəziyyətlərlə üzləşən vətəndaşlar isə çox vaxt hansı hüquqlara malik olduqlarını və hara müraciət etməli olduqlarını bilmirlər.Citypost.az xəbər verir kii, mütəxəssislərin sözlərinə görə, ilk növbədə hadisənin bütün təfərrüatları araşdırılmalıdır. Çünki hüquqi qiymətləndirmə evin kimə məxsus olmasından, həmin şəxsin evdə hansı hüquqi əsasla yaşamasından, qeydiyyat məsələsindən və zorakılığın hansı formada baş verməsindən asılıdır.Hüquqşünaslar bildirirlər ki, əgər övlad anasını və ya atasını döyərək evdən çıxarıbsa, əşyalarını küçəyə atıbsa və fiziki xəsarət yetiribsə, bu artıq sadəcə ailədaxili mübahisə hesab edilmir. Belə...

28 İyul 2026, 08:56

Zaminin ölümündən sonra hüquqi vəziyyət necə olur?

Kredit münasibətlərində ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də zaminin vəfat etməsindən sonra onun öhdəliklərinin taleyidir. Xüsusilə vətəndaşlar arasında "zamin ölərsə, onun borcu avtomatik silinirmi?" və ya "zaminin varisləri bu borca görə məsuliyyət daşıyırmı?" kimi suallar tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirib ki, bu məsələ ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar mövcuddur və hüquqi praktikada da müxtəlif mövqelər irəli sürülür.Bir qrup hüquqşünas hesab edir ki, zamin vəfat etdikdən sonra onun varisləri mirası qəbul etdikləri halda, miras əmlakının onlara çatan hissəsi həcmində zaminlik öhdəliyinə görə məsuliyyət daşıya bilərlər. Yəni varislər şəxsi əmlakları ilə deyil, yalnız miras olaraq qəbul etdikləri...

27 İyul 2026, 10:21

Qaynana və gəlin ev mübahisəsi: Qanun nə deyir?

Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr məhkəmələrdə ən çox rast gəlinən işlərdən biridir. Xüsusilə uzun illər eyni evdə yaşamış gəlin və qaynana arasında yaranan mülkiyyət mübahisələri bir çox suallar doğurur. Oxuculardan biri də məhz bu mövzu ilə bağlı müraciət edərək bildirib ki, 19 ildir qayınanası ilə birlikdə sənədsiz evdə yaşayırlar. Sonradan qayınanası evi öz adına rəsmiləşdirib və indi ailənin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, belə hallarda ilk növbədə evin hüquqi statusu və mülkiyyət hüququ araşdırılır. Əgər yaşayış evi artıq dövlət qeydiyyatına alınıb və çıxarış (kupça) qayınananın adına rəsmiləşdirilibsə, həmin şəxs qanun qarşısında həmin...

27 İyul 2026, 09:48