Bizə yazın

Baku

-°C

USD

-

Azər Qismət: Hikmət Hacıyevin bu sözləri təsadüfi deyildi

Cəmiyyət 29 İyul 2026, 10:25

346

Hikmət Hacıyev və Tural Sadıqlının dialoqunda bir cümlə xüsusilə diqqətimi çıkdi və bunun açmasını tapmağa çalışdım. Hikmət Hacıyev bildirdi ki, "Həyatda ən pis şey Vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mən tam səmimi deyirəm, o statusda yaşayanlara yazığım gəlir". Çox qəribədir. Adətən belə halda "yazığım gəlir" ifadəsinin yerinə "nifrət edirəm", yaxud "qəzəblənirəm" deyilməli idi. Niyə məhz yazığım gəlir? Dərindən düşünəndə görürsən ki, Hikmət Hacıyev bu ifadənin məğzini başa düşərək işlədib. Və bu ifadəni işlətməyə dərin qatda baş verənləri bilməyindən, xəbərdar olmağından irəli gəlir. Doğrudan da xaricə qaçan "dissidentlər" yazıq duruma düşürlər. Nəinki yazıq duruma, onları tələyə salırlar. Və o elə tələdir ki, çırpınsalar da, çıxa bilmirlər, çıxmağa ixtiyarları da yoxdur. Heç dərdlərini digərlərinə söyləyə də bilmirlər ki, tələdəyik.

Citypost.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, aparıcı, yazıçı Azər Qismət sosial şəbəkə hesabında yazarkən bildirib.

Azər Qismətin sözlərinə görə, Ölkələrindən qaçan "dissidentlər həm də  xaricdəki azadlıqlarını və imkanlarını məhdudlaşdıran mürəkkəb hüquqi, maliyyə, psixoloji və təhlükəsizlik amilləri ilə tələyə salıblar. Ən birinci sıxılma hüquqi və bürokratik maneə, sənədləşmə problemlərində üzə çıxır.Birinci, xaricdən Azərbaycanı söyənlərin əksəriyyətinin Avropaya lazım olan ixtisasları yoxdur: tibb sahəsi, elektronika və s. Budur əsas onlara lazım olanlar. İncəsənət sahəsində də dünya şöhrətli şəxs olmalısan ki, sığınacaq versinlər. Lakin azərbaycanlı dissidentlərin aldıqları təhsil xaricə lazım deyil və onlardan kifayət qədərdir, saylarından minlər yaranıb. İkincisi, xarici pasportun müddətinin bitməsi insanı hüquqi statusdan məhrum edir. Başqa problem də ortaya çıxır: sığınacaq asılılığı. Qaçqın statusunun nəzərdən keçirilməsi illərlə çəkə bilər. Bir çox sahədə - hüquq, media, dövlət qulluğu - diplomlar və iş təcrübəsi xaricdə dəyərsizdir.Diplom keçmir, üstəlik yeni ixtisasa yiyələnməyə də icazə verilmir. Söyüş söyməyi, anti propaqandanı dayandırıb sığındığın ölkəyə lazım olan ixtisası öyrənməyə konkret icazə veriımir: "sən bizə antipropaqanda üçün lazımsan ki, Azərbaycandan istədiyimizi alaq". Bu, təkcə Azərbaycana tətbiq edilmir. İstənilən ölkənin şantajı üçün o ölkələrin dissidentlərini də tələyə salırlar.

Azər Qismət əlavə edib kiI, niyə yazığın gəlinməsi? İxtisas öyrənə bilməzsən. Kənara çəkilib sakitlik əldə etmək  qadağandır: "İstənilən vaxt səni ölkənə təhvil verə bilərik". Və yəqin ki, dördüncüsü, təhlükəsizlik xidməti ilə imzalanan sənəd. Bir var ölkənə təhvil vermək, bir də var təhlükəsizlik orqanı ilə əməkdaşlıq. Bunun maddəsi çox ağırdır.O ki qaldı Tural Sadlqlını qınamağa ki, sakit dayandı, yaxşı danışa bilmədi. Gəlin qarşı tərəfi də nəzərə alaq. Hikmət Hacıyev həm də mətbuat xidmətinin rəhbəri postunda çalışıb, hər gün onlarla açıqlama verib, təmas qurub. Lap Tural Sadıqlı qəzəbli, ucadan, qışqırıb danışsaydl belə, Hikmət Hacıyev özünə arxayın idi və belə olmasaydı, yaxınlaşmazdı. Dialoq zamanı bir ifadəni də xatırlayaq. Tural Sadıqlı bildirir ki, dəvət etmək olar.Bəlkə də bir anlıq deyilə bilərdi ki, dəvət edirik. Lakin Hacıyevin hazırcavablığı özünü göstərdi: Bu, sizin seçiminizdir.Və ən sonuncusu: Vətəndən uzaq qalmaq, sosial əlaqələrin pozulması depressiyaya və dərin təcridə səbəb olur. Necə deyərlər, o statusda yaşayanlara yazığın gəlinməsi və mövcud durumlarına halın acıması baş verir. 

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DMX: Azərbaycanda 220 minə yaxın əcnəbi yaşayır

“Bir sıra ölkələrdə qanunsuz miqrasiya ciddi sosial və təhlükəsizlik problemləri yaratsa da, Azərbaycanda vəziyyət nəzarət altındadır".Citypost.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib."Hazırda ölkədə yaşayan əcnəbilərin sayı təxminən 210–220 min nəfər civarındadır. Mövsümdən asılı olaraq bu rəqəm dəyişə bilir. Məsələn, yay aylarında turist axınının artması səbəbindən ölkədə olan əcnəbilərin sayı daha yüksək olur. Bu ümumi göstərici fonunda qanunsuz yaşayan şəxslərin sayı nisbətən azdır və idarəolunan səviyyədə qiymətləndirilir”, - o bildirib....

29 İyul 2026, 12:30

İyulun 30-na hava proqnozu açıqlandı

İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz...

29 İyul 2026, 12:12

Abşeronda 3 aylıq uşaq həyatını itirib

Abşeron rayonunda 3 aylıq uşaq boğulmadan ölüb.APA xəbər verir ki, hadisə ötən gün rayonun Hökməli qəsəbəsində baş verib.Məlumata görə, 3 aylıq S.A. yaşadığı evdən asfiksiyadan (boğulmadan) ölüb.Faktla bağlı araşdırma aparılır.

29 İyul 2026, 12:00

399 nəfər Azərbaycana geri qaytarılıb

"Cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib".Citypost.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.O bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları olub:“Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya tədbirinin çarter reysi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.Ümumilikdə isə bu proses davamlı xarakter daşıyır və mütəmadi olaraq həyata keçirilir”....

29 İyul 2026, 11:58

"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib 

"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib.Bu barədə Citypost.az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.Son olaraq MOİK klubunda forma geyinən müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

29 İyul 2026, 11:52

Tahir Əmiraslanovdan izləyicilərinə xəbərdarlıq

Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) sabiq baş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov sosial şəbəkələrdə davranış qaydaları ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, tanınmış aşbaz  bildirib ki, şəxsi səhifəsi onun evi kimidir və bu sosial "evinə" hər kəs xoş gəlib.Tahir Əmiraslanov qeyd edib: "Mənim süfrəm, evim, yeməklərim xoşunuza gələ, yaxud gəlməyə bilər. Bunun üçün postun altında bəyəndim ya bəyənmədim işarəsini qoya bilərsiniz. Amma bu mənim evimdir, kimsə bu evdə, süfrədə tüpürə, ya başqa qonağı təhqir edə bilməz. Əgər mənim süfrəmdə oturan qonağı bəyənmirsinizsə, gedə bilərsiniz. Kimsəyə kobudluq etmədən."O, həmçinin vurğulayıb: "Bu süfrədə mən qarpız, pendir qoymuşamsa, lütfən mövzunu dəyişib...

29 İyul 2026, 11:25