Bizə yazın

Baku

-°C

USD

-

Vəfatdan sonra ev avtomatik həyat yoldaşına keçir?

Hüquq 29 İyul 2026, 09:58

440

Vətəndaşlar tərəfindən ən çox ünvanlanan hüquqi suallardan biri də vəfat etmiş həyat yoldaşının adına olan evin sonrakı taleyi ilə bağlıdır. Xüsusilə "Üç övladım var, həyat yoldaşım vəfat edib. Ev onun adınadır. Evi birbaşa öz adıma keçirə bilərəmmi?" sualı tez-tez səsləndirilir.

Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda ev avtomatik olaraq sağ qalan həyat yoldaşının adına keçirilmir. İlk növbədə mirasın açılması və qanunla müəyyən edilmiş vərəsələrin dairəsinin müəyyənləşdirilməsi lazımdır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, birinci növbə üzrə qanuni vərəsələr mərhumun həyat yoldaşı, övladları və valideynləridir. Yəni vəfat etmiş şəxsin anası və atası sağdırsa, onlar da birinci dərəcəli vərəsə hesab olunur. Eyni zamanda mərhumun bütün övladları, eləcə də sağ qalan həyat yoldaşı miras hüququna malikdir.Mirasın rəsmiləşdirilməsi üçün vəfat etmiş şəxsin son qeydiyyatda olduğu yaşayış yeri üzrə fəaliyyət göstərən notariat orqanına müraciət edilməlidir. Notarius təqdim olunan sənədlər əsasında bütün qanuni vərəsələri müəyyən edir və miras işi açılır.Bundan sonra miras əmlakı qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsələr arasında bölüşdürülür. Əgər ev yalnız mərhumun adına olubsa və həmin əmlak onun şəxsi mülkiyyəti hesab edilirsə, miras payları qanunla müəyyən edilmiş qaydada bütün birinci növbə vərəsələri arasında bölünür.Əgər sağ qalan həyat yoldaşı həmin evi tam şəkildə öz adına keçirmək istəyirsə, bunun üçün digər vərəsələrin mövqeyi də nəzərə alınmalıdır. Digər vərəsələr öz miras paylarından onun xeyrinə könüllü şəkildə imtina edə və ya paylarını ona bağışlaya bilərlər. Bu halda ev tam şəkildə bir nəfərin adına rəsmiləşdirilə bilər.Lakin digər vərəsələr miras hüququndan imtina etmədikdə, ev yalnız bir nəfərin adına keçirilə bilməz. Bu halda hər bir vərəsənin qanuni miras payı yaranır və həmin paylar hüquqi qaydada rəsmiləşdirilir.

Hüquqşünaslar onu da vurğulayırlar ki, əgər ev ailə nikah dövründə əldə olunmuş birgə əmlakdırsa, əvvəlcə sağ qalan həyat yoldaşının birgə əmlakdakı payı müəyyən edilir. Yalnız bundan sonra mərhuma məxsus qalan hissə miras kimi vərəsələr arasında bölüşdürülür. Bu səbəbdən hər bir iş üzrə sənədlər ayrıca araşdırılmalı və hüquqi qiymətləndirilməlidir.Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, belə hallarda notariat orqanına vaxtında müraciət etsinlər və miras hüquqlarını qanunvericiliyin müəyyən etdiyi müddətlərdə rəsmiləşdirsinlər. Əgər vərəsələr arasında fikir ayrılığı yaranarsa və ya mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olarsa, məsələ məhkəmə qaydasında həll edilə bilər.

Nəticə etibarilə, həyat yoldaşının vəfat etməsindən sonra ev avtomatik olaraq sağ qalan həyat yoldaşının adına keçmir. Bunun üçün əvvəlcə vərəsələrin dairəsi müəyyənləşdirilməli, miras hüquqları rəsmiləşdirilməli və yalnız qanunun tələblərinə uyğun şəkildə əmlakın bölüşdürülməsi həyata keçirilməlidir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Onlayn kredit borcu miras qalırmı?

Son illər vətəndaşları ən çox maraqlandıran hüquqi məsələlərdən biri də vəfat etmiş şəxsin bank borclarının taleyidir. Xüsusilə onlayn qaydada götürülmüş, zaminsiz və sığortasız kreditlərlə bağlı ailə üzvləri tez-tez sual edirlər: "Yoldaşım vəfat edib,götürdüyü onlayn kredit hələ də bağlanmayıb. Bu borcu mən və ya övladlarım ödəməlidirmi?"Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, bu məsələdə əsas meyar mirasın qəbul olunub-olunmamasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vəfat etmiş şəxsin varisləri mirası qəbul etdikləri halda, mərhumun borclarına da yalnız qəbul etdikləri mirasın dəyəri həcmində cavabdeh olurlar. Başqa sözlə, varis öz şəxsi əmlakı və ya gəlirləri hesabına borcu ödəməyə məcbur deyil. Onun məsuliyyəti yalnız miras...

29 İyul 2026, 10:58

Sığortasız sürücü qəza törədərsə, zərəri kim ödəyir?

Azərbaycanda sürücülərin ən çox üzləşdiyi problemlərdən biri də yol-nəqliyyat hadisəsi zamanı qarşı tərəfin avtomobilinin icbari sığortasının olmamasıdır. Belə hallarda zərərçəkən sürücülər haqlı olaraq sual edirlər: "Mən öz avtomobilimi sığortalatmışamsa, niyə sığorta şirkətim mənim zərərimi ödəmir?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə ciddi yanlış anlaşılmalar mövcuddur. Çoxları düşünür ki, avtomobilini icbari sığortalatdığı üçün istənilən qəza zamanı onun avtomobilinə dəyən zərəri də sığorta şirkəti ödəməlidir. Halbuki qanunvericiliyə əsasən, icbari avtomobil sığortasının funksiyası tamamilə fərqlidir.Mütəxəssislər izah edir ki, icbari avtomobil sığortası avtomobil sahibinin öz nəqliyyat vasitəsini deyil, onun üçüncü şəxslər qarşısındakı mülki məsuliyyətini sığortalayır. Başqa sözlə, əgər sürücü...

29 İyul 2026, 08:55

Mənzilin kvadratmetri niyə fərqli hesablanır?

Vətəndaşların ən çox qarşılaşdığı suallardan biri də mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki ölçü arasında fərqin yaranmasıdır. Bəzən alıcılar mənzili, məsələn, 150 kvadratmetr sahə kimi alırlar, lakin sonradan mütəxəssis tərəfindən aparılan ölçmə zamanı sahənin 230 kvadratmetr olduğu müəyyən edilir. Bu isə haqlı olaraq alıcılarda sual yaradır: bu fərq necə yaranır və qanun buna necə yanaşır?Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, belə halların əsas səbəbi tikinti şirkətlərinin sahəni hesablama üsulu ilə bağlıdır. Bir sıra hallarda mənzil satılarkən ümumi sahəyə yalnız yaşayış otaqları deyil, həm də divarların, ara kəsmələrin və digər konstruktiv elementlərin altında qalan hissələr daxil edilir. Nəticədə alıcıya təqdim olunan...

28 İyul 2026, 11:00

Leyvi işıqdan istifadəyə görə hansı cərimələr tətbiq olunur? 

Elektrik enerjisindən qanunsuz istifadə, yəni ictimaiyyət arasında "leyvi işıq" kimi tanınan hallara görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Hüquqşünasların sözlərinə görə, məsuliyyətin növü vurulan ziyanın məbləğindən və əməlin nəticələrindən asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, elektrik enerjisinin sayğacdan kənar qoşulma yolu ilə mənimsənilməsi, sayğacın göstəricilərinə müdaxilə edilməsi, plombun qırılması və ya digər qanunsuz üsullarla elektrik enerjisindən istifadə edilməsi qanun pozuntusu hesab olunur.Onların sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə əsasən, elektrik enerjisinin qanunsuz istehlakı nəticəsində az miqdarda ziyan vurulduqda fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan...

28 İyul 2026, 09:58

Valideyn evdən qovan və ya əl qaldıran övladı nə gözləyir?

Valideynə qarşı zorakılıq, onu yaşadığı evdən zorla çıxarmaq, əşyalarını küçəyə atmaq və fiziki xəsarət yetirmək son dövrlər cəmiyyətdə narahatlıq doğuran hallardan biridir. Belə vəziyyətlərlə üzləşən vətəndaşlar isə çox vaxt hansı hüquqlara malik olduqlarını və hara müraciət etməli olduqlarını bilmirlər.Citypost.az xəbər verir kii, mütəxəssislərin sözlərinə görə, ilk növbədə hadisənin bütün təfərrüatları araşdırılmalıdır. Çünki hüquqi qiymətləndirmə evin kimə məxsus olmasından, həmin şəxsin evdə hansı hüquqi əsasla yaşamasından, qeydiyyat məsələsindən və zorakılığın hansı formada baş verməsindən asılıdır.Hüquqşünaslar bildirirlər ki, əgər övlad anasını və ya atasını döyərək evdən çıxarıbsa, əşyalarını küçəyə atıbsa və fiziki xəsarət yetiribsə, bu artıq sadəcə ailədaxili mübahisə hesab edilmir. Belə...

28 İyul 2026, 08:56

Zaminin ölümündən sonra hüquqi vəziyyət necə olur?

Kredit münasibətlərində ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də zaminin vəfat etməsindən sonra onun öhdəliklərinin taleyidir. Xüsusilə vətəndaşlar arasında "zamin ölərsə, onun borcu avtomatik silinirmi?" və ya "zaminin varisləri bu borca görə məsuliyyət daşıyırmı?" kimi suallar tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirib ki, bu məsələ ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar mövcuddur və hüquqi praktikada da müxtəlif mövqelər irəli sürülür.Bir qrup hüquqşünas hesab edir ki, zamin vəfat etdikdən sonra onun varisləri mirası qəbul etdikləri halda, miras əmlakının onlara çatan hissəsi həcmində zaminlik öhdəliyinə görə məsuliyyət daşıya bilərlər. Yəni varislər şəxsi əmlakları ilə deyil, yalnız miras olaraq qəbul etdikləri...

27 İyul 2026, 10:21