Bizə yazın

Baku

-°C

USD

-

Qara fələyin ağ maskası 

Cəmiyyət 03 Sentyabr 2026, 17:06

311

Herman Melvillin “Mobi Dik, yaxud Ağ balina” romanı haqqında

Əgər xristian əxlaqına sadiq baş köməkçi Starbek matrosların sağ-salamat evlərinə, doğmalarının yanına qayıtmağının qeydinə qalırsa, ikinci köməkçi Stabbın belə bir dərdi-azarı yoxdur, o, taleyin əvəzinə qərar verməyə, özü, ya başqaları sarıdan qayğılanmağa həvəsli deyil. Starbek kimi kapitanı nəyəsə inandırmağa, ağlı azmış Axavı sağlam mühakiməyə çağırmağa da çalışmır. Starbek isə kapitanla mübahisəyə girişən, onu doğru yola qaytarmağa cəhd göstərən tək heyət üzvüdür, başqalarına nisbətdə buna onun vəzifəsi də imkan verir. Bununla belə həm xarakteri, həm də aldığı tərbiyə Starbeki böyüyün üzünə ağ olmağa, kapitanı aradan götürüb onun səlahiyyətlərini ələ keçirməyə, şərə mübtəla olmuş çılğın bir qocanın qanına əl bulamağa qoymur. Dini ehkama sədaqət, borc hissi Starbekin sağlam məntiqini üstələyir, bu da sonda hamının fəlakətinə aparıb çıxarır. Kapitanın göyə tuşlanmış intiqam toplarının gurultusu ayıq-sayıq ağlın, oyaq vicdanın səsini həmişəlik batırır.

Romanda Axavın daha bir antipodu Kokoko adasında məskunlaşmış qəbilə başçısının oğlu, vəhşi, bakirə təbiətin bağrından qopmuş, sivilizasiyanın yalanına, məkrinə, riyasına bulaşmamış usta nişançı, mərd, dürüst Kvikeqdir. Bədəni başdan-başa mifik-rəmzi rəsmlərlə örtülü bu qoçaq oğlan hələ bəşər təfəkkürünün əsatiri mərhələsində yaşayır. Dini tərbiyə almış insanların mövhumi düşüncəsi, xurafat vəsvəsəsi Kvikeqə hələ yaddır, onlara baxanda onun beyni ağ vərəqdir. Öz bütünə tapınsa da, Kvikeq başqalarının inancına sayğı duyur, xristian olmasa da, xristianlardan daha saf, daha cəsur, daha mömindir. Düzdür, Kvikeqin saflığı hələ ibtidai mərhələdədir, bu təmizlik, doğruluq sivilizasiya mühitində hələ çox sınaqdan keçəcək - unutmaq olmaz ki, bu “sivil” insanların əcdadları da haçansa Kvikeqin qəbiləsinin yaşadığı zamanda yaşayıblar. Hər nədirsə, adamyeyən tayfanın yetirməsi Kvikeq adam öldürməyin yasaq olduğuna inanan hər cür insanın toplaşdığı gəmidə hamıdan etibarlıdır, ona arxa çevirmək, çiyin söykəmək qorxulu deyil. Bu cəhətlərinə görə İzmail tez bir zamanda Kvikeqlə dostlaşır, yad mühitdə onun bələdçisinə çevrilir. İzmail cəmiyyətin, Kvikeq təbiətin yetirməsidir; İzmail Kvikeqin ruhu, Kvikeq İzmailin cismidir, ikisinin dostluğu ruhla bədənin izdivacıdır.

***

Günün birində Kvikeq bərk xəstələnir, ölümünün yaxınlaşdığını duyub xarrata özü üçün sukeçirməz tabut sifariş verir, elə bir tabut ki, onun cəsədini qayıq kimi dalğaların üstüylə uzaq üfüqlərə doğru aparıb öz ulduzuna qovuşdursun. Xarrat onun enini-boyunu ölçüb sifarişi yerinə yetirir. Bir müddət sonra heç gözlənmədən Kvikeqin vəziyyəti yaxşılaşmağa başlayır, onda dostlar qərara gəlirlər ki, tabutu yaxşıca qırlayıb bəd ayaqda ondan xilasedici üzgəc kimi istifadə eləsinlər.

Kapitan Axav əsl ovçu instinktiylə Mobi Dikin haradasa yaxınlarda üzdüyünü duymağa başlayır. Bu vaxt onlar “Rahil” adlı başqa bir balıqçı gəmisiylə qarşılaşırlar. Hər iki gəminin kapitanı arasında fikir, məlumat mübadiləsi aparılır. Bəlli olur ki, “Rahil” də ağ balinanın izinə düşübmüş, ancaq bir gün əvvəlki ov zamanı onların qayığı ovçular qarışıq itkin düşüb, itkinlərin arasında kapitanın on iki yaşlı oğlu da var. “Rahil”in kapitanı Axava yalvarıb itənlərin tapılması üçün ondan kömək diləyir, ancaq heç kimin gözləmədiyi halda “Pekod” rəhbərinin qəti etirazıyla qarşılaşır. Axav bütün yazılmış-yazılmamış qanunları pozub zavallı ataya yardım əli uzatmır, bununla da hər iki gəminin heyətini heyrətə gətirir. “Rahil”in kapitanı yalvara-yalvara qalır, axırda səbrini itirib “Pekod”u da, onun başçısını da lənətləyir. Di gəl, Axav heç cür insafa gəlmir, çünki ləngisə, Mobi Diki əldən qaçıra bilər. İndi artıq o, ağ balinanın hansı koordinatlarda üzdüyünü aydın təsəvvür eləyir.

Yaponiya sahillərində Mobi Diki ilk görən də elə Axav özü olur. “Pekod” üç gün üç gecə ağ balinanı izləyir. Mobi Dik özünü həm kinli, həm də hiyləgər aparır, hiss olunur ki, insanların əlindən artıq cana doyub. Axav başda olmaqla ovçular üç qayıqla okeana enib ağ balinaya sarı üzürlər. Mobi Dik qayıqlardan ikisini dərhal batırır, sonra tarana gedib özünü “Pekod”a çırpır. Gəminin altında dəlik açılır, “Pekod” batmağa başlayır. Nifrətin, çılğınlığın son həddinə çatmış Axav özü nizəylə ağ balinaya hücum çəkir. Bıçaq Mobi Dikin gövdəsinə sancılsa da, nizəyə calaqlı kəndir kapitanın boğazına dolanır, ağ balina Axavı qayıq qarışıq çəkib özüylə suyun dibinə aparır. Beləcə, ovçu ova, dəniz dibsiz bir məzara çevrilir. Hikkəsindən qan daman kapitan Axav fələyin elçisi, ana təbiətin maskası ağ balinaya meydan oxumaqla əcəl kəndirini boynuna dolayır, faktiki intihara, tarana gedir.

Bütöv bir gəmini heyəti qarışıq burulğana salıb kamına çəkən dəryadan tək İzmail salamat qurtulur, Kvikeqin ulduzlara səfər üçün sifariş verdiyi tabut dünyanı görməkdən ötrü okeana çıxmış gənci xilas eləyir.

***

O qədər peşəkar dənizçinin, mahir üzgüçünün, təcrübəli ovçunun arasından yalnız bu işlərdə səriştəsi olmayan, okeanın, balığın dilini bilməyən İzmaili dəryada qurulmuş qiyamət tamaşasından sağ çıxarmaqla yazıçı bizə nə demək istəyir? Məncə, əsərin oxucuya verdiyi mesaj elə də qəliz deyil; müəllif obrazların, süjetin, kompozisiyanın diliylə bizə deyir ki, fələklə boğuşmağın faydası yoxdur, gec-tez onsuz da uduzub həyat adlı bu dəryanın dibinə qərq olacaqsan. Hikkə, tamah, ehtiras, nifrət, qorxu, mövhumat - bunlar hamısı cana yükdür, əzələləri qırılma həddinəcən gərir, qanı palçıq kimi qatılaşdırır, sinirləri qara-qura enerjiylə yükləyib çirkləndirir. Bütün bunlar gövdəni ağırlaşdırıb adamı dənizin (yəni həyatın) dibinə doğru çəkir. Batmaq istəmirsənsə, İzmail kimi tabutun qoltuğunda yaşamalısan, canındakı dünyagirlik həvəsini cilovlayıb ölməmişdən ölməlisən, Şopenhauerin yaşamaq iradəsini, böyük filosofun məsləhət gördüyü kimi, insana, cəmi məxluqata mərhəmətlə, zöhdlə, askezayla, incəsənətin ağrıkəsici həbləriylə susdurub həyata, varlığa seyrçi mövqedən baxmalısan. Onda sinirlərin mənəvi enerjiylə yüklənəcək, gövdən saman kimi yüngülləşəcək, okeanın cazibəsi səni batıra bilməyəcək. Onda zamandan lövbər alıb ölənləri əbədi zamansızlığa uğurlayan “səssiz gəmi” (Yahya Kamal Bayatlı) səni xilas eləyəcək, torpağın ağzına yem aparan “taxta qaşıq”da (Salam Sarvan) sənə həyat iksiri içiriləcək, hamını ölümünə daşıyan tabut səni ölümdən qurtaracaq.

Axava elə gəlirdi şərlə savaşır. Nifrətdən ağlı qıc olmuş kapitan anlamırdı ki, hikkədən, kindən yoğrulu varlığı vur-tut şərin kiçicik bir alətidir, Tanrının əli sandığı qüdrətli əlləri ayrı bir şey yox, dəstəyi fələyin əlində olan “bir bıçağın tiyəsi”dir (Ramiz Rövşən); bilmirdi ki, ömrünü fələyin qumarına girov qoyub, düşməni saydığı ağ balina onu kor ehtirasının qırılmaz kəndiriylə özünə bənd eləyib; qanmırdı ki, Mobi Dik onun bütün vücudunu arzuları, istəkləri, xəyalları qarışıq mənimsəyib öz köləsinə çevirib, nifrət bəslədiyi şüursuz məxluq əslində onu idarə eləyir, okeanı çalxalayan quyruğunda qurbanını oyuncaq kimi oynadır.

Oynatdı-oynatdı, axırda da oyuncağını yedəyinə alıb dəryanın dibinə baş vurdu. Bundan sonra dəli kapitanın doymuş vücudu balıqların qiyamətinə qədər ən böyük düşmənindən, qaranlıq ölümün, zülmət həyatın, qara fələyin ağ maskasından ayrılmayacaq...

F.Uğurlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir də görərsiniz mən də getmişəm...  

Bir də görərsiniz mən də getmişəm...Bir də görərsiniz mən də getmişəm,Bir də görərsiniz,yoxam dünyada.Sizin gözünüzdən elə itmişəm,Çətin,Çətin yolunuza çıxam dünyada.Başını bulayıb, köks ötürən də,Əlini dizinə çırpan da olar,Tüstüsü başından çıxan da olar,Mənsizbir ömürdən-gündən usanan,Başdaşına dönüb, baxan da olar.Yığışın bir yerə, yığışın, dostlar,Sizin aranızdasizdən xəbərsizMənə də, mənə də bir yer tapılar.Dinib-danışmaram, susaram onda.Neyləyim, neyləyim, açılmaz dahaSözməömürlük bağlı ürəklər,Üzüməömürlük bağlı qapılar.Siz də danışmayın, bir anlıq susunSiqaret üstündən yaşarsın gözüTüstüsü başından çıxan Abbasın.Yalvarıram sizə,Mən gedəndən sonra «qeybət daşını»Bir qara daş kimi atın dənizə,Dalğıclar yığılsa –tapa bilməsin.İlişməsin ayağına bir kəsin.…Bir də görərsiniz, mən də getmişəm,Bir də görərsiniz,yoxam dünyada.Sizin gözünüzdən elə itmişəm –Çətin,Çətin yolunuza çıxam...

03 Sentyabr 2026, 17:09

Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar  

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.Citypost.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib.Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:"Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq"....

03 Sentyabr 2026, 17:00

Avqust ayında 19  aptekdə nöqsan aşkarlanıb 

2026-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 70 aptekdə yoxlama həyata keçirilib.AEM-dən Citypost.az-a verilən məlumata görə, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.Bildirilib ki, yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3 yoxlamadan kənar olmuşdur.Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib....

03 Sentyabr 2026, 16:30

Şagirdlərin yerdəyişməsi dayandırılır 

20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır.Bu barədə Oxu24.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.Qeyd olunub ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək....

03 Sentyabr 2026, 16:15

Vüqar Rəhimzadə: Tibb işçilərinə maaş artımı mühüm addımdır

Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial xidmətin səviyyəsinin yüksəldilməsi, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 23 ilə yaxın dövr ərzində uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi və hazırda reallıqda öz əksini tapan “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı özündə əsas məqamları ehtiva edir. Təbii ki, burada söhbət insan amilinə verilən dəyərdən, ölkə əhalisinə göstərilən yüksək diqqət və qayğıdan gedir. Dövlət başçısı İlham Əliyev, həmçinin bu çağırışı da edib ki,  iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəflər regionların malik olduğu potensialdan səmərəli...

03 Sentyabr 2026, 15:33

Məhkəmə qərarlarını dəyişdirmək adı ilə dələduzluq edənlərə hökm oxundu

Məhkəmə qərarlarını vətəndaşların xeyrinə dəyişdirmək və başqa vədlərlə dələduzluq etməkdə təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov və Bəhruz Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov 7 il, Bəhruz Hacıyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.İttihama görə, təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə çalışan qohumlarının və tanışlarının olduğunu bildirərək...

03 Sentyabr 2026, 15:31