Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə regional təhlükəsizliyi müzakirə edib

Cəmiyyət 03 Sentyabr 2026, 14:58

305

3 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.

XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud təhlükəsizlik çağırışları, regionda vəziyyət, habelə Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT Parlament Assambleyası ilə əməkdaşlığa əhəmiyyət verdiyini, parlamentlərarası dialoqun ATƏT məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın təşviqində mühüm rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycan Milli Məclisinin ATƏT PA çərçivəsində fəaliyyəti, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə keçirilən görüşlərin əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər və sülh gündəliyinin irəli aparılması ilə bağlı Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.

Digər məsələlərlə yanaşı, postmünaqişə dövründə bölgədə mövcud olan humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov mina təhdidinin hələ də Azərbaycan üçün ciddi təhlükə olaraq qaldığını bildirib. Mina partlayışlarının insan həyatı üçün yaratdığı təhlükə ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və regional inkişaf prosesinə mane olduğu qeyd edilib.

Nazir, həmçinin itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsinin mühüm humanitar məsələ olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın regional və daha geniş beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr, habelə yaşıl enerji sahəsində təşəbbüslər barədə məlumat verilib.

Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə kimi regional bağlantıların inkişafına verdiyi töhfə qeyd olunub. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də regional kommunikasiyaların açılmasının sülh, sabitlik və iqtisadi inkişaf baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycanın Orta Asiya ölkələri ilə strateji tərəfdaşlığının inkişaf edən dinamikasına da toxunulub. C5 formatının C6 formatına transformasiyasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Görüşdə, həmçinin ATƏT məkanında mövcud çağırışlar və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Formula 1-ə görə bəzi məktəblərdə dərslər dəyişdirilir

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.

03 Sentyabr 2026, 14:53

Afaq Yusiflinin təhsil haqqı məsələsinə AÇIQLAMA

"Afaq Yusiflinin təhsil haqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir".Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.Bildirilib ki, problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq."Onu da qeyd edək ki, AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə də sosial mediada Afaq Yusifliyə AKİ nin dəstək olmayacağı məsələsi ilə bağlı yayılmış fikirlər əsassızdır", - məlumatda qeyd olunub.Qeyd edək ki, rejissor Afaq Yusifli 2025-ci ildə Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində Avstraliyanın Melburn Universitetinin Bədii və...

03 Sentyabr 2026, 14:32

Qobustanda 3 kiloqram narkotik götürən şəxslər saxlanıldı

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb.Citypost.az DİN-ə istinadən xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib....

03 Sentyabr 2026, 14:27

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb. Təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.Hökmə əsasən, Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi - 13 il həbs cəzası verilib.Qeyd edək ki, hazırda təqsirli bilinən şirkət rəhbəri bu yaxınlarda məşhur iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi. Buna səbəb isə Şərurlu İsfəndiyarın bir verilişdə...

03 Sentyabr 2026, 14:10

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib edib 

Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur.Citypost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda bildirib.Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.“Bu, düşünülmüş informasiya əməliyyatıdır”, - Putin vurğulayıb.Rusiya Prezidenti ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib.

03 Sentyabr 2026, 14:08

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb 

ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib.Citypost.az  xəbər verir ki, bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında panel sessiyasında çıxışı zamanı deyib.O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib.Eliz Beckerin sözlərinə görə, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb.“Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlamışıq. Onlar hazırda sahələrdə fəaliyyət göstərirlər”.O əlavə edib ki, proqramın ilkin mərhələsində yaradılmış milli potensial minaaxtaran itlər...

03 Sentyabr 2026, 14:04