Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Tibb işçilərinə maaş artımı mühüm addımdır

Cəmiyyət 03 Sentyabr 2026, 15:33

387

Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial xidmətin səviyyəsinin yüksəldilməsi, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 23 ilə yaxın dövr ərzində uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi və hazırda reallıqda öz əksini tapan “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı özündə əsas məqamları ehtiva edir. Təbii ki, burada söhbət insan amilinə verilən dəyərdən, ölkə əhalisinə göstərilən yüksək diqqət və qayğıdan gedir. Dövlət başçısı İlham Əliyev, həmçinin bu çağırışı da edib ki,  iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəflər regionların malik olduğu potensialdan səmərəli istifadəni bir tələb kimi qarşıya qoydu. Bunun üçün Prezident İlham Əliyevin sərəncamları ilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edildi. Həmin sənədlərdə hər bir bölgənin  sosial-iqtisadi inkişafı üçün görüləcək işlər və onların icra mexanizmləri öz əksini tapdı ki, bunlardan biri də bölgələrdə müasir səhiyyə mərkəzlərinin yaradılması idi. Məqsəd  əhalinin paytaxta gəlmədən öz yaşadıqları bölgələrdə yüksəkkeyfiyyətli, müasir və operativ tibbi xidmət almasını təmin etməkdir. Ümumiyyətlə,  tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, regionlarda əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi, səhiyyənin rəqəmsallaşması, sosial və maliyyə ağırlığı olan bir sıra xəstəliklərin müalicəsinin dövlət proqramları təminatına alınması, eləcə də müasir infrastrukturun qurulması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koordinasiyalı fəaliyyəti nəticəsində ölkənin müxtəlif şəhər və rayonlarında yeni xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı şəkildə yenilənib. Yeni xəstəxanaların istifadəyə verilməsi və mövcud olanların bərpası əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirir, müasir tibbi avadanlıqlarla təminat gücləndirilir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Bərpa işlərində də əsas diqqət göstərilən məsələlərdən biri  sosial obyektlərin, o cümlədən səhiyyə müəssisələrinin tikintisidir. İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun qurulması sosial siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində də strateji rol oynayır.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə səhiyyənin inkişafının yüksək səviyyədə olması özünü koronovirus infeksiyası ilə mübarizə tədbirlərində nümayiş etdirdi. Ölkəmizdə səhiyyə xidməti beynəlxalq səviyyədə təqdir edildi. Təbii ki, bu inam ölkəmizdə səhiyyənin inkişafı istiqamətində görülən işlərə, səhiyə müəssisələrinin güclü  maddi-texniki bazaya malik olmasına, yüksəkixtisaslı kadrlarla təminata əsaslandı. Həmin dövrdə yeni səhiyyə müəssisələrinin yaradılmasını, modul tipli səhiyyə müəssisələrinin quraşdırılmasını xüsusi qeyd etməliyik. Təbii ki, bu müəssisələrin  müasir tələblərə cavab verən  avadanlıqlarla təmin edilməsi ilə bərabər, onların kadr potensialı da xüsusi diqqətdə oldu. Bu baxımdan onu da qeyd etməliyik ki, təcrübə mübadiləsinin aparılması  yüksək ixtisaslı kadrların yetişdirilməsində əhəmiyyətli rol oynayır. Bu isə öz növbəsində əhalinin sağlamlığının təmin edilməsində, xəstələrin xarici ölkələrə üz tutmayaraq ölkə daxilində yüksək səviyyədə müayinə olunub, müalicə almalarında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev hələ dünyanın koronovirus infeksiyası ilə mübarizə apardığı dövrdə  ölkədə iqtisadi islahatların davam etdiriləcəyinə, heç bir sosaal layihənin təxirə salınmayacağına çağırışlar etdi. Təbii ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişliyi hər bir sosial layihəni uğurla başa çatdırmağa əsas verir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Bu günədək beş sosial paketin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu paketlər minimum əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını təmin edərək milyonlarla vətəndaşın rifahının yüksəldilməsinə xidmət etmişdir.

Millət vəkili bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü  ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilməsi və icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Belə ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu məqsədlə TƏBİB sistemi üzrə əməkhaqqı fonduna 189 milyon manat vəsait ayrılıb. Əməkhaqlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla differensial qaydada artırılması isə qərarın digər mühüm xüsusiyyətidir. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur. Xüsusilə regionlarda çatışmayan ixtisaslar üzrə vəzifə maaşına 1,3 əmsalın tətbiq edilməsi mühüm addımdır. Bu mexanizm yüksəkixtisaslı həkimlərin və digər tibb mütəxəssislərinin regionlarda işləməyə marağının artırılmasına ciddi stimul verəcək. Çünki bölgələrdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk növbədə həmin ərazilərdə zəruri ixtisaslara malik kadrların olması vacibdir.

Vüqar Rəhimzadə qeyd edib ki, son illərdə səhiyyə sahəsində ardıcıl tədbirlər həyata keçirilib. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə maaşlar artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artımı ilə əlaqədar növbəti yüksəlişlər olub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evləri işçilərinin tarif maaşlarına isə 1,5-3 dəfə artım əmsalları tətbiq edilib. Yeni islahat bu prosesin davamıdır. İslahatın əsas məqsədləri tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və pasiyent məmnunluğunun yüksəldilməsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, səhiyyə işçilərinin əməyinin qiymətləndirilməsi onların peşələrinə daha böyük məsuliyyətlə yanaşmalarına və daim inkişaf etməsinə,  tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və müasir yanaşmaların tətbiqinə geniş imkanlar yaradır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məhkəmə qərarlarını dəyişdirmək adı ilə dələduzluq edənlərə hökm oxundu

Məhkəmə qərarlarını vətəndaşların xeyrinə dəyişdirmək və başqa vədlərlə dələduzluq etməkdə təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov və Bəhruz Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov 7 il, Bəhruz Hacıyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.İttihama görə, təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə çalışan qohumlarının və tanışlarının olduğunu bildirərək...

03 Sentyabr 2026, 15:31

FAZİL MUSTAFA VƏ AQŞİN YENİSEYİN CƏMİL HƏSƏNLİYLƏ DİSKUSSİYADA SƏHVLƏRİ HAQDA 1-2 SÖZ   

Tanınmış deputat Fazil Mustafa əvvəlcə Facebook şəbəkəsindəki paylaşımında, sonra “Gününsəsi” saytında gedən “Cəhalət dəllallığı” adlı 29.08.26 tarixli köşə yazısında ad çəkmədən belə bir fikir səsləndirib:“Cəmiyyətə arxivşünasları möhtəşəm tarixçi kimi sırıyanlar indi onların yalanlarının qurbanına çevrilməyə başlayırlar”.Böyük ehtimalla Fazil müəllimin atmacası Şah İsmayıl Səfəvi mövzusunda diskussiya apardığı opponenti, görkəmli tarixçi, kitabları dünya çaplı xarici universitetlərin kitabxanalarında saxlanılan, o universitetlərin bəzilərində dərs deyən Cəmil Həsənliyə ünvanlanıb.Amma yazı Cəmil Həsənliyə aid olsa da, olmasa da, qeyd etməliyəm ki, Fazil Mustafanın bu cür polemika fəndinə “minimalizasiya” deyilir.Minimalizasiya opponentin statusunu kiçiltmə, aşağılama cəhdidir və diskreditasiyanın – gözdən salmanın üsullarından biri, tərkib hissəsidir. Bu üsula ictimai-siyasi,...

03 Sentyabr 2026, 15:17

“BU BAŞ Kİ, DÜŞMƏNƏ XİDMƏT EDİR, MƏN ONA QULLUQ ETMƏRƏM"  

“Azərnəşr”də çalışdığı zaman Bəhlul Əfəndi bədbin həyat tərzi sürmüş, həmişə Sovet işğalına qarşı barışmaz mövqe tutmuşdur. Bir gün alimə özünə fikir verməməsi, saçının uzunluğunu irad tutanda bu cavabı vermişdir. O, “Qurani-Kərim”i, “Şahnamə”ni orijinaldan dilimizə çevirmiş, “Məhəmməd peyğəmbərin və ailəsinin tarixi” kitabını yazmışdır. Elmi əsərləri, tərcümələri ilə yanaşı, Bəhlul Əfəndi “Behcət” (ərəbcə “gözəllik”, “nəciblik”) təxəllüsü ilə gözəl şeirlər müəllifi kimi də tanınmış, müasirləri onu hörmətlə “Bəhlul Əfəndi” çağırmışlar. Bundan əlavə, o, xalq yaradıcılığı ilə bağlı fundamental tədqiqatlar aparmış, Sarı Aşığın həyat və yaradıcılığının öyrənilməsində, onun bədii irsinin toplanmasında  xüsusi səy göstərmişdir. Ədəbiyyatşünas alim kimi onun “Nizami və Qafqaz folkloru” əsəri, Nəbati irsinin...

03 Sentyabr 2026, 15:15

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə regional təhlükəsizliyi müzakirə edib

3 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud təhlükəsizlik çağırışları, regionda vəziyyət, habelə Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub.Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT Parlament Assambleyası ilə əməkdaşlığa əhəmiyyət verdiyini, parlamentlərarası dialoqun ATƏT məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın təşviqində mühüm rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycan Milli Məclisinin ATƏT PA çərçivəsində fəaliyyəti, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə keçirilən görüşlərin əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.Nazir Ceyhun Bayramov Azərbaycanın...

03 Sentyabr 2026, 14:58

Formula 1-ə görə bəzi məktəblərdə dərslər dəyişdirilir

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.

03 Sentyabr 2026, 14:53

Afaq Yusiflinin təhsil haqqı məsələsinə AÇIQLAMA

"Afaq Yusiflinin təhsil haqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir".Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.Bildirilib ki, problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq."Onu da qeyd edək ki, AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə də sosial mediada Afaq Yusifliyə AKİ nin dəstək olmayacağı məsələsi ilə bağlı yayılmış fikirlər əsassızdır", - məlumatda qeyd olunub.Qeyd edək ki, rejissor Afaq Yusifli 2025-ci ildə Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində Avstraliyanın Melburn Universitetinin Bədii və...

03 Sentyabr 2026, 14:32