Bizə yazın

Baku

-°C

USD

-

Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

Cəmiyyət 07 Sentyabr 2026, 21:10

172

Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Acarıstanın “Batumelebi” nəşri yazıb.

Qohumu nəşrə bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyindən “Batumelebi” nəşrinə bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bayılda binanın fasadı qopdu

Paytaxtda hökm sürən küləyin təsiri nəticəsində Bayıl qəsəbəsində yerləşən “Sabah Residence”in fasad örtüyünün bir hissəsi sıradan çıxaraq uçub.Citypost.az  xəbər verir ki, bu haqda “Operativ media” məlumat yayıb.Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

07 Sentyabr 2026, 21:28

Azərbaycan BAEA iclasında nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb

Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) daimi nümayəndəsi Kamil Xasiyev Rəhbərlər Şurasının sentyabr iclasında iştirak edib və nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb."Azərbaycanın təyin olunmuş Daimi Nümayəndəsi səfir Kamil Xasiyev BAEA Rəhbərlər Şurasındakı bəyanatında nüvə və radiasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb və bu sahədə milli potensialın gücləndirilməsində agentliyin dəstəyini təqdir edib", - məlumatda bildirilib.Qeyd edək ki, Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA / IAEA) rəsmi təmsilçiliyi Avstriyadakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilir və bu vəzifəni Azərbaycanın Avstriyadakı səfiri icra edir. Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri və Vyanadakı beynəlxalq...

07 Sentyabr 2026, 21:18

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin anası vəfat edib.Citypost.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid anası Gülçöhrə İbrahimova yaşadığı Ağdam rayonunun Xındırıstan kəndində dünyasını dəyişib.Qeyd edək ki, 1995-ci il təvəllüdlü Qəşəm 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və 9 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Ölümündən sonra bir neçə medalla təltif edilib.

07 Sentyabr 2026, 19:58

Cəlilabadda aşan ağaclar yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub

Cəlilabad rayonunda güclü külək nəticəsində ağacların yola aşması səbəbindən yaranan nəqliyyat məhdudiyyəti aradan qaldırılıb."Report"un Muğan bürosunun məlumatına görə, aidiyyəti qurumlar tərəfindən yola aşan ağacların götürülməsi ilə bağlı işlər həyata keçirilib.Hazırda həmin ərazidə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin edilib.

07 Sentyabr 2026, 19:38

“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.Citypost.az  xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin məlumatında bildirilib.“Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, – məlumatda qeyd olunub....

07 Sentyabr 2026, 19:23

Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb

Göyçay şəhərində gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub."Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, küləyin təsiri nəticəsində şəhərin müxtəlif ərazilərində iri və xırda gövdəli ağaclar aşıb.Xəsarət alan olmayıb.Ağacların aşması ilə bağlı daxil olan məlumatlardan sonra Göyçay Şəhər Təsərrüfat Birliyinin yaşıllaşdırma sahəsinin əməkdaşları ərazilərə cəlb olunublar.Aşmış ağacların doğranaraq ərazidən götürülməsi, eləcə də küçə və keçidlərdə yaranmış maneələrin aradan qaldırılması istiqamətində işlər görülüb.Güclü külək şəhərin elektrik təsərrüfatına da təsir edib. Belə ki, müxtəlif ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....

07 Sentyabr 2026, 19:07