Binəqədidə yarımtikilidə yanğın olub
Hadisə 07 Sentyabr 2026, 20:24
142
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Həmçinin oxuyun
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının tikilməkdə olan binanın ikinci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Binəqədi rayonunda velosiped oğrusu saxlanılıb
Bakının Binəqədi rayonunda dörd nəfərə məxsus dəyəri 2000 manatdan çox olan velosipedlər oğurlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı Hikmət Burcəliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla o, binaların blokunda, eyni zamanda digər ərazilərdə sahibsiz olan velosipedləri günün müxtəlif vaxtlarında talayıb.Faktla bağlı araşdırma aparılır.
07 Sentyabr 2026, 18:56
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.Citypost.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb.Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
07 Sentyabr 2026, 17:14
Ədliyyə və DİN-dən birgə əməliyyat: “Kalaşnikov” və güllələr tapıldı
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov AKMS" markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....
07 Sentyabr 2026, 13:04
Sürücü sükan arxasında yuxuladı, avtomobil aşdı
Bu gün səhər saat 7 radələrində Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində “Toyota” markalı nəqliyyat vasitəsi aşıb. İlkin məlumata əsasən, hadisə sürücü A.Cabbarovun sükan arxasında yuxulaması səbəbindən baş verib.Citypost.az xəbər verir ki, bununla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sürücülərə müraciət edib.O bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqlar edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur: “Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil, bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.Uzaq məsafəyə səfərə çıxan...
07 Sentyabr 2026, 12:59
Şair Hafiz Baxışın anım günüdür
Unudulan unudulmaz...Sentyabrın 7-si şair Hafiz Baxışın anım günüdür...Sumqayıtda böyüyüb boya-başa çatdığım məhlə heç vaxt yadımdan çıxmır. Çox mehriban qonşularımız olub. Onlardan biri də əslən Zəngəzurun Qafan rayonunun Giratağ kəndindən olan Fazil dayı idi. Hansısa zavodda sex rəisi işləyirdi. Hər dəfə hyətimizdə ağ rəngdə "Niva" avtomobilini görəndə bilirdik ki, şair Hafiz Baxış yenə də Fazil dayının qonağıdır. Deyəsən, yaxın qohum idilər. Hər dəfə gələndə də xeyli onlarda oturar, hərdən birlikdə mənzilin eyvanına çıxıb həyətimizi seyr edərdilər. İndi nə Fazil dayı həyatdadır, nə də ki şair Hafiz Baxış......Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində...
07 Sentyabr 2026, 11:31
Şabranda həyətində 10 kiloqram narkotik bitki yetişdirən şəxs saxlanıldı
Şabranda həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.Citypost.az DİN-ə istinadən xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 60 yaşlı Sahib İbrahimov saxlanılıb.Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli bitkilər aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırma davam etdirilir....
07 Sentyabr 2026, 11:30