“Qarabağ” saxlayanlara 1000 manat veriləcək
Cəmiyyət 10 Sentyabr 2026, 15:59
343
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək.
Citypost.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.
Həmçinin oxuyun
2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Mirzəyev evə buraxıldı
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikadan məlumat verilib.Bildirilib ki, İham Mirzəyevin vəziyyəti qənaətbəxşdir və klinikadan evə göndərilib.Qeyd edək ki, o, bir neçə gün öncə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində klinikaya qəbul olunub.Angioplastika icra olunub və stent implantasiya edilib.\\milli.az
10 Sentyabr 2026, 16:03
Maliyyə Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdırılıb
Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, yığıncaqda çıxış edən qurumun Aparat rəhbəri Xalıq Rəhmanov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini yüksək qiymətləndiriblər.Qeyd olunub ki, Komitə əmək hüquqlarının və qanuni mənafelərinin qorunması, kollektivdə sağlam və əlverişli iş mühitinin yaradılması, əməkdaşların sosial rifahının və asudə vaxtının səmərəli təşkilinin dəstəklənməsi, həmçinin onların sanatoriya və istirahət mərkəzlərinə yollayışlarla təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.Daha sonra təşkilati məsələlərə baxılıb, nizamnamə qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının...
10 Sentyabr 2026, 15:31
Adil Kərimli ICESCO Baş Konfransının növbədənkənar sessiyasında
Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş Konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.Bildirilib ki, mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli sessiyada iştirak edib.Sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və inzibati tədbirlər müzakirə olunub. Baş Direktorluğun hesabatında bir sıra üzv dövlətlərin 2025–2026-cı illər üzrə üzvlük haqlarını ödəməməsi və əvvəlki dövrlərdən yığılmış borcların təşkilatın maliyyə imkanlarına təsiri barədə məlumat verilib.İclasda həmçinin üzvlük haqlarının ödənilməsi və borcların bağlanması yolu ilə ICESCO-nun fəaliyyətinin davamlılığının təmin edilməsinə dair fövqəladə...
10 Sentyabr 2026, 15:15
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Hörmətli həmvətənlər!Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır.Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni...
10 Sentyabr 2026, 14:57
Teymur Musayev UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə əməkdaşlığı müzakirə edib
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Avstriya Çoxölkəli Ofisinin (AUMCO) direktoru, Missiya rəhbəri Simonetta Siliqato ilə görüşüb.Bu barədə Citypost.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə Səhiyyə Nazirliyi ilə UNOPS arasında uzunmüddətli əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr, gələcək birgə layihələr və yeni əməkdaşlıq imkanları müzakirə olunub.Teymur Musayev Azərbaycanın səhiyyə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Nazir səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların və həllərin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində beynəlxalq təcrübədən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.Həmçinin, UNOPS-un Azərbaycanla əməkdaşlığının mövcud istiqamətlərinin daha da inkişaf etdirilməsi, səhiyyə...
10 Sentyabr 2026, 14:46
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib."Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.Sənədlə buradan tanış ola bilərsiniz.
10 Sentyabr 2026, 14:25