Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib 

Cəmiyyət 10 Sentyabr 2026, 14:57

277

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.

Citypost.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır.

Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir.

Yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzi olan Roş ha-Şana münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Teymur Musayev UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə əməkdaşlığı müzakirə edib 

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Avstriya Çoxölkəli Ofisinin (AUMCO) direktoru, Missiya rəhbəri Simonetta Siliqato ilə görüşüb.Bu barədə Citypost.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə Səhiyyə Nazirliyi ilə UNOPS arasında uzunmüddətli əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr, gələcək birgə layihələr və yeni əməkdaşlıq imkanları müzakirə olunub.Teymur Musayev Azərbaycanın səhiyyə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Nazir səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların və həllərin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində beynəlxalq təcrübədən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.Həmçinin, UNOPS-un Azərbaycanla əməkdaşlığının mövcud istiqamətlərinin daha da inkişaf etdirilməsi, səhiyyə...

10 Sentyabr 2026, 14:46

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib."Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.Sənədlə buradan tanış ola bilərsiniz.

10 Sentyabr 2026, 14:25

Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı arasında "Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması" layihəsinin icrası üçün Töhfə Sazişi"ni təsdiq edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

10 Sentyabr 2026, 14:24

Vilyam Hacıyevin hərracda satılan maşınlarını oğlu alıbmış

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobilləri bir müddət əvvəl hərracda satılıb.Citypost.az Xitab24.az-a istinadla xəbər verir ki, “Rənc Rover” və “BMV 740İ” markalı avtomobilləri alan şəxs elə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevdir. O, iki avtomobil üçün 53500 manat ödəyib.Qeyd edək ki, daha əvvəl 90 KH 900 dövlət qeydiyyat nişanlı “Rənc Rover” markalı avtomobili Məhəmməd Hacıyevin özü, digər maşını isə anası Cülyetta İbrahimova idarə edib.Xatırladaq ki, Məhəmməd Hacıyev vaxtilə Qubadlı Rayon Prokurorluğunun müstəntiqi olub. O, atasının həbsindən sonra işdən çıxarılıb....

10 Sentyabr 2026, 14:08

Sultan Qasımov Azər Qasımovun qardaşı imiş

Barəsində cinayət işi açılan sabiq baş konsul Sultan Qasımovla bağlı yeni fakt məlum olub. Citypost.az xəbər verir, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Qeyd edək ki, Azər Qasımov 2025-ci ilin fevralında tutduğu vəzifədən azad edilib. (Lent.az)

10 Sentyabr 2026, 13:46

Xəzər və Qara dəniz limanları əməkdaşlığı genişləndirir 

ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA (“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”) Liman Rəhbərləri Konfransı çərçivəsində Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbər heyətlərinin iştirakı ilə görüş keçirilib.Bakı Limanından Citypost.az-a verilən məlumata görə, görüşün məqsədi Xəzər və Qara dəniz hövzələrini daha səmərəli, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat-logistika məkanına çevirmək istiqamətində əməkdaşlığın gücləndirilməsi olub.Müzakirələr zamanı Orta Dəhlizin artan strateji əhəmiyyəti, region limanları arasında koordinasiyanın gücləndirilməsi, yük axınlarının daha sürətli və proqnozlaşdırılan şəkildə təşkili, eləcə də birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib.Qeyd olunub ki, 2026-cı ilin ilk 8 ayının ilkin göstəricilərinə əsasən, Bakı Limanı ilə Türkmənistan limanları arasında yük...

10 Sentyabr 2026, 13:35