Vilyam Hacıyevin hərracda satılan maşınlarını oğlu alıbmış
Cəmiyyət 10 Sentyabr 2026, 14:08
2071
İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobilləri bir müddət əvvəl hərracda satılıb.
Citypost.az Xitab24.az-a istinadla xəbər verir ki, “Rənc Rover” və “BMV 740İ” markalı avtomobilləri alan şəxs elə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevdir. O, iki avtomobil üçün 53500 manat ödəyib.
Qeyd edək ki, daha əvvəl 90 KH 900 dövlət qeydiyyat nişanlı “Rənc Rover” markalı avtomobili Məhəmməd Hacıyevin özü, digər maşını isə anası Cülyetta İbrahimova idarə edib.
Həmçinin oxuyun
Xatırladaq ki, Məhəmməd Hacıyev vaxtilə Qubadlı Rayon Prokurorluğunun müstəntiqi olub. O, atasının həbsindən sonra işdən çıxarılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq edib
Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı arasında "Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması" layihəsinin icrası üçün Töhfə Sazişi"ni təsdiq edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
10 Sentyabr 2026, 14:24
Sultan Qasımov Azər Qasımovun qardaşı imiş
Barəsində cinayət işi açılan sabiq baş konsul Sultan Qasımovla bağlı yeni fakt məlum olub. Citypost.az xəbər verir, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Qeyd edək ki, Azər Qasımov 2025-ci ilin fevralında tutduğu vəzifədən azad edilib. (Lent.az)
10 Sentyabr 2026, 13:46
Xəzər və Qara dəniz limanları əməkdaşlığı genişləndirir
ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA (“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”) Liman Rəhbərləri Konfransı çərçivəsində Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbər heyətlərinin iştirakı ilə görüş keçirilib.Bakı Limanından Citypost.az-a verilən məlumata görə, görüşün məqsədi Xəzər və Qara dəniz hövzələrini daha səmərəli, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat-logistika məkanına çevirmək istiqamətində əməkdaşlığın gücləndirilməsi olub.Müzakirələr zamanı Orta Dəhlizin artan strateji əhəmiyyəti, region limanları arasında koordinasiyanın gücləndirilməsi, yük axınlarının daha sürətli və proqnozlaşdırılan şəkildə təşkili, eləcə də birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib.Qeyd olunub ki, 2026-cı ilin ilk 8 ayının ilkin göstəricilərinə əsasən, Bakı Limanı ilə Türkmənistan limanları arasında yük...
10 Sentyabr 2026, 13:35
Dron hücumunda 2 azərbaycanlı həlak oldu - XİN məlumat YAYDI
Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi sentyabrın 9-da dron hücumlarına məruz qalıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər."Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi...
10 Sentyabr 2026, 13:24
Nazirlər Kabineti səfərbərlik ehtiyatları ilə bağlı qərar verdi
Nazirlər Kabineti "Səfərbərlik ehtiyatlarının nomenklaturası"nı təsdiq edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzayıb.Qərara əsasən, Maliyyə Nazirliyi səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflərini hökumətə təqdim etməli, Dövlət Ehtiyatları Agentliyi səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini təmin etməlidir.
10 Sentyabr 2026, 13:22
Əli Əsədov Dünya Bankı ilə yeni layihələri müzakirə edib
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib, ötən dövr ərzində birgə həyata keçirilmiş layihələrin Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsinə töhfə verdiyi qeyd edilib.Dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri və gələcək birgə layihələr müzakirə...
10 Sentyabr 2026, 13:20