Bizə yazın

Baku

-°C

USD

-

Gənclər təşkilatlarına qrant müsabiqəsi: MƏBLƏĞ AÇIQLANDI

Cəmiyyət 10 Sentyabr 2026, 12:08

244

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə qrant müsabiqəsi elan edib.

Citypost.az xəbər verir ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il sentyabrın 10-da başlanacaq.

Müraciət üçün son tarix 2026-cı il oktyabrın 1-dir.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq.

Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant müsabiqəsi üzrə 30 000 manatdır. Böyük qrant müsabiqəsi üzrə isə qrant məbləğinin aşağı həddi 30 000 manat, yuxarı həddi 100 000 manat müəyyən edilib.

Müsabiqələr aşağıdakı mövzuları əhatə edir:

1. Rəqəmsal transformasiya, innovasiya və süni intellekt əsaslı təşəbbüslər

Süni intellekt, innovasiya, startap, kibertəhlükəsizlik və yeni texnologiyalara dair təşəbbüslərə üstünlük verilir.

2. Regionlarda, kənd və ucqar ərazilərdə yaşayan gənclərin inkişaf imkanlarının genişləndirilməsi, onların sosial fəallığının artırılması

Həssas sosial qruplara aid, əlilliyi olan və digər xüsusi dəstəyə ehtiyacı olan gənclərin sosial inklüzivliyinin və ictimai fəallığının artırılmasına dair təşəbbüslərə üstünlük verilir.

3. Gənclər arasında sağlam həyat tərzinin, fiziki fəallığın və idmanın təşviqi, zərərli vərdişlərin, riskli davranışların qarşısının alınması, ictimai davranış mədəniyyətinin inkişaf etdirilməsi

Gənclərin vətənpərvərlik ruhunda mənəvi-əxlaqi tərbiyəsinə, sağlamlığının qorunmasına və fiziki inkişafına, narkotik, siqaret, ekran aludəçiliyi, erkən nikah, məişət zorakılığı, insan alveri ilə mübarizəyə, ictimai davranış mədəniyyətinin inkişafına dair təşəbbüslərə üstünlük verilir.

4. Gənclər arasında könüllülük fəaliyyətinin, məşğulluq, sahibkarlıq, karyera planlaşdırılması və peşə bacarıqlarının inkişafı, gənc peşəkarların tanıdılması

İşğaldan azad edilmiş ərazilərdə gənclərin təşəbbüslərinin dəstəklənməsinə üstünlük verilir.

5. Gənclərin davamlı inkişaf, ekoloji məsuliyyət və iqlim fəaliyyəti təşəbbüsləri

Gənclərin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində iştirakının təşviqinə, ətraf mühitin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına, təbii ehtiyatlardan səmərəli istifadəyə, yaşıl inkişafın təşviqinə, iqlim dəyişmələri və ekoloji məsuliyyət sahəsində maarifləndirməyə dair təşəbbüslərə üstünlük verilir.

6. Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş

Şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə, gənc nəslin milli ruhda tərbiyəsinə dair təşəbbüslərə üstünlük verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya müvafiq olaraq, müsabiqə üçün aşağıdakı sənədlər tələb olunur:

• layihə təklifi;

• layihənin icra planı;

• layihənin xərclər smetası;

• layihənin büdcəsinin maliyyə əsaslandırılması;

• QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

• kiçik qrant müsabiqəsi üzrə QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

• böyük qrant müsabiqəsi üzrə QHT-nin son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti olmayan QHT-lərin layihələri;

• 2026-cı il üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qrant müsabiqələrinin qalibləri olan QHT-lərin layihələri.

Texniki tələblərə əsasən, QHT-lər layihə təkliflərini QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Müvafiq bölmə 2026-cı il sentyabrın 10-dan oktyabrın 1-dək QHT Agentliyinin elektron xidmətlər portalında, “e-ərizə” bölməsində aktiv olacaq.

Şəxsən, poçtla və ya elektron poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

Əlaqə üçün: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.

Elektron poçt: [email protected]

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xocalıda minaya düşən ANAMA əməkdaşı ayağından amputasiya edilib

Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.Bu barədə Citypost.az-a TƏBİB-dən bildirilib.Qeyd olunub ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.Hazırda əməliyyat icra olunur.

10 Sentyabr 2026, 11:55

Ermənistana Azərbaycandan tranzitlə taxıl göndərildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan arpa və 21 vaqondan ibarət, çəkisi 1469 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tondan çox gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta göndərilib.Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub....

10 Sentyabr 2026, 11:33

AzInTelecom media nümayəndələri üçün təlim keçirib  

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC media nümayəndələri üçün “Qələmdən süni intellektə” mövzusunda təlim təşkil edib. Citypost.az xəbər verir ki, 40-a yaxın jurnalistin iştirak etdiyi təlimdə AzInTelecom-un rəqəmsal xidmətlər sahəsindəki fəaliyyəti və müasir texnoloji həlləri diqqətə çatdırılıb. Şirkətin Azərbaycanın rəqəmsal inkişafındakı strateji rolu, milli data mərkəzləri, superkompüter infrastrukturu və kibertəhlükəsizlik xidmətləri barədə məlumat verilib. Bundan başqa, SİMA ekosistemindəki ən son yeniliklər, funksionallıqlar və platformanın rəsmi maskotu “Simi” təqdim edilib. Daha sonra ənənəvi mətbuatdan rəqəmsal kommunikasiyaya keçid mövzusunda jurnalistlərə təlim keçirilib.İnteraktiv formatda baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda jurnalistlər üçün mini viktorina keçirilib...

10 Sentyabr 2026, 11:23

Büdcədənkənar vəsaitlər üzrə ödənişlərə limit qoyuldu

Prezident İlham Əliyev “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında”Fərman imzalayıb.Citypost.az-ın məlumatına görə, Fərmana əsasən, müəyyən edilib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, bu Fərmanın 1.3-cü bəndi nəzərə alınmaqla, yalnız həmin təşkilatların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.Dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,...

10 Sentyabr 2026, 11:14

Sabiq baş konsul qızıl qaçaqmalçılığında ittiham olunur

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur.Citypost.az APA-a istinadən xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub. 2016-cı ildə Baş konsul vəzifəsindən geri çağırılıb.3 may 2016-cı ildə Sankt-Peterburq şəhərində Azərbaycanın Baş konsulu vəzifəsinə təyin edilib.2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb....

10 Sentyabr 2026, 11:10

Xəzər dənizində zəlzələ olub 

əzər dənizində 3,1 maqnitudalı zəlzələ olub.Citypost.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.Zəlzələ yerli vaxtla saat 05:52-də qeydə alınıb. Zəlzələ ocağı 31 kilometr dərinlikdə yerləşib.Məlumata əsasən, zəlzələ Qala stansiyasından 20 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb.

10 Sentyabr 2026, 10:49