Sizin kənddə bir aşıq vardı, Gülamalı kişi, o durormu?
Cəmiyyət 10 Sentyabr 2026, 12:43
355
Belə bir statistika var: bir ingilis gənci universitet qapısını 92 000 söz ehtiyatı ilə döyür. Bir fransız gəncində bu ehtiyat 88 000, bir türk gəncində 11 000-dir.
Görəsən Azərbaycan gənci universitetə neçə min, yaxud neçə yüz sözlə yollanır?
Əgər Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamırsa, bu, o deməkdir ki, hər üç nəfərdən ikisinin söz ehtiyatı, ümumiyyətlə, yoxdur. Səbəb?
Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir. Əvvəlki nəsillərin tərbiyəsində də kitab rol oynamayıb, smartfonların yerini isə valideynlərin məişət söz-söhbətləri tutub.
Azərbaycanda çox az vətəndaş uşaqlıqdan kitab oxuma vərdişinə yiyələnir. Bu vərdiş olmadığı üçün milyonlarla vətəndaşımız yaşadığı həyatı 200-300 sözlə anlayıb bu dünyanı ibtidai insandan azacıq üstün fərqlə tərk edir.
Müəllimlərin son qurultayında müzakirə otaqlarının birində bədii, elmi-kütləvi, fəlsəfi ədəbiyyat oxumağın vacibliyindən danışdığım yerdə bir müəllim sual verdi: biz nə edək ki, sizin dediyiniz kitabları bizim şagirdlər də oxusun?
Həmçinin oxuyun
Cavab sadə idi: Əvvəlcə özünüz oxuyun və sinifdə oxuduğunuz kitablardan sitatlar gətirin. Uşağın şəxsinə yox, beyninə xitab edin!
Başqa ölkələri deyə bilmərəm, amma bizim ölkədə təhsil mühiti ilə ailə mühiti dost yox, düşmən olmalıdır. Bu düşmənçilik olmayanda ortaya belə bir mənzərə çıxır:
Bir dəfə AZtv-də jurnalist doxsan yaşlı ağsaqqala sual verdi: - Ağsaqqal, uzun ömür yaşamısınız, yəqin çoxlu xatirələriniz var, onlardan birini tamaşaçılarımız üçün danışmaq istəyərdinizmi?
Ağsaqqal bir az düşünüb dedi: - Bizim kənddə məktəb yox idi, qonşu kəndin məktəbinə gedirdik. O kənddə bir aşıq Gülamalı vardı. 2-ci sinifdə oxuyanda həmin kənddən olan sinif yoldaşımla aşıq Gülamalının saz çalmağını öz gözlərimlə görmüşdüm. İllər keçdi, günlərin birində həmin sinif yoldaşımla qarşılaşdım, oradan-buradan danışanda qəfildən soruşdum:
- Sizin kənddə bir aşıq vardı, Gülamalı kişi, o durormu?
Buyur, doxsan illik həyatın ən yaddaqalan xatirəsi! Kitabdan kənarda yaşanan ömrün bundan artıq nə xatirəsi olacaq ki, onu danışmaq və anlamaq üçün söz ehtiyatına ehtiyac olsun?
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Emil Binyətzadə 4 matçlıq cəzalandırıldı
II Liqada çıxış edən "Difai"nin futbolçusu Emil Binyətzadə 4 oyunluq cəza alıb.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Oyunçu II turda, "Marafon"la matçın 90+4-cü dəqiqəsində qeyri-etik ifadə və hərəkətə yol verdiyi üçün qırmzıı vərəqə alıb. O, daha sonra hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəza ilə üzləşib. "Difai"yə isə 1000 manat cərimə kəsilib.Bundan əlavə, onun komanda yoldaşı Fəzail Şirxanzadə 83-cü dəqiqədə ikinci sarı vərəqəni aldığı üçün meydandan qovulub və 1 matç cəza alıb. Klub isə 50 manat ödəməli olacaq....
10 Sentyabr 2026, 12:56
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Hörmətli cənab Baş katib,İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Təşkilata üzv olduğumuz 35 il ərzində Azərbaycan İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, təşkilatın beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir.Azərbaycan da öz növbəsində, daim İƏT-in ardıcıl dəstəyini hiss etmişdir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə...
10 Sentyabr 2026, 12:44
Sabahın hava proqnozu açıqlanıb
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 40-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda...
10 Sentyabr 2026, 12:32
İlham Əliyev Qaradağda “Fabriora Group”un açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.Bildirildi ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana,...
10 Sentyabr 2026, 12:30
Gənclər təşkilatlarına qrant müsabiqəsi: MƏBLƏĞ AÇIQLANDI
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə qrant müsabiqəsi elan edib.Citypost.az xəbər verir ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il sentyabrın 10-da başlanacaq.Müraciət üçün son tarix 2026-cı il oktyabrın 1-dir.Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq.Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant müsabiqəsi üzrə 30 000 manatdır. Böyük qrant müsabiqəsi üzrə isə qrant məbləğinin aşağı həddi 30 000 manat, yuxarı həddi 100 000 manat müəyyən edilib.Müsabiqələr aşağıdakı mövzuları əhatə edir:1. Rəqəmsal...
10 Sentyabr 2026, 12:08
Xocalıda minaya düşən ANAMA əməkdaşı ayağından amputasiya edilib
Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.Bu barədə Citypost.az-a TƏBİB-dən bildirilib.Qeyd olunub ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.Hazırda əməliyyat icra olunur.
10 Sentyabr 2026, 11:55