Bizə yazın

Baku

-°C

USD

-

Nazir özünə yeni müşavir təyin etdi 

Cəmiyyət 10 Sentyabr 2026, 16:20

218

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib.

Citypost.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazir bununla bağlı müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Əzməmmədov eyni zamanda bu ilin may ayından Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının sədridir. Həmçinin Azərbaycan Tingçilər Assosiyasının İdarə Heyətinin sədri, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

R.Əzməmmədov həm də “Grand-Agro İnvitro” MMC-nin rəhbəridir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb 

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramları Azərbaycan və rus dillərində təqdim edib.Citypost.az  xəbər verir ki, 2027-ci il qəbul imtahanlarında 2026-cı ildəki imtahan modeli tətbiq olunacaq.Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlarla Azərbaycan və rus bölmələri üzrə DİM-in təqdim etdiyi keçidlər vasitəsilə tanış olmaq mümkündür.Belə ki, test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən, seçim, hesablama və uyğunluğu müəyyən etmək) tipli, həmçinin I ixtisas qrupu üzrə riyaziyyat, fizika, kimya və informatika fənlərindən 3 açıq tipli cavabı yazı ilə ifadə olunan sərbəst tapşırıq daxil ediləcək. Riyaziyyat fənnindən 1 tapşırıq...

10 Sentyabr 2026, 16:30

İlham Mirzəyev evə buraxıldı  

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.Citypost.az  xəbər verir ki, bu barədə Mərkəzi Klinikadan məlumat verilib.Bildirilib ki, İham Mirzəyevin vəziyyəti qənaətbəxşdir və klinikadan evə göndərilib.Qeyd edək ki, o, bir neçə gün öncə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində klinikaya qəbul olunub.Angioplastika icra olunub və stent implantasiya edilib.\\milli.az

10 Sentyabr 2026, 16:03

“Qarabağ” saxlayanlara 1000 manat veriləcək 

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək.Citypost.az  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.  Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq....

10 Sentyabr 2026, 15:59

Maliyyə Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdırılıb

Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, yığıncaqda çıxış edən qurumun Aparat rəhbəri Xalıq Rəhmanov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini yüksək qiymətləndiriblər.Qeyd olunub ki, Komitə əmək hüquqlarının və qanuni mənafelərinin qorunması, kollektivdə sağlam və əlverişli iş mühitinin yaradılması, əməkdaşların sosial rifahının və asudə vaxtının səmərəli təşkilinin dəstəklənməsi, həmçinin onların sanatoriya və istirahət mərkəzlərinə yollayışlarla təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.Daha sonra təşkilati məsələlərə baxılıb, nizamnamə qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının...

10 Sentyabr 2026, 15:31

Adil Kərimli ICESCO Baş Konfransının növbədənkənar sessiyasında

Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş Konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.Bildirilib ki, mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli sessiyada iştirak edib.Sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və inzibati tədbirlər müzakirə olunub. Baş Direktorluğun hesabatında bir sıra üzv dövlətlərin 2025–2026-cı illər üzrə üzvlük haqlarını ödəməməsi və əvvəlki dövrlərdən yığılmış borcların təşkilatın maliyyə imkanlarına təsiri barədə məlumat verilib.İclasda həmçinin üzvlük haqlarının ödənilməsi və borcların bağlanması yolu ilə ICESCO-nun fəaliyyətinin davamlılığının təmin edilməsinə dair fövqəladə...

10 Sentyabr 2026, 15:15

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib 

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Hörmətli həmvətənlər!Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır.Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni...

10 Sentyabr 2026, 14:57