Bizə yazın

Baku

-°C

USD

-

Ramidə Yaqubqızı: “Şəfiqə Məmmədova Azərbaycan qadınının əzəmətini yaşadıb”

Cəmiyyət 11 Sentyabr 2026, 14:45

435

Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. Bu, hamımızın tanıdığı, müxtəlif səpkili rollar yaradıcısı Xalq artisti Şəfiqə Məmmədovadır. İlk olaraq tamaşaçı, vətəndaş kimi işində uğurlar arzulayıram. İnanıram ki, son nəfəsini yaşayan, son işartılarda közərən Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsinə qovuşacaq. Yaxın keçmişdə olduğu kimi keyfiyyətli, milli dəyərlərə söykənən, adət-ənənələrimizi, kimliyimizi əks etdirən filmlər araya-ərsəyə gələcək, ekran əsərləri yaranacaq. Peşəkarlar iş başında olanda ümidlər də işıqlı sonluqla nəticələnir. İnşəallah kino tariximizdə yeni bir səhifə açılmaqla yanaşı, yeni uğurlara da imza atılacaq. Bütün bunlar öz yerində. Və yeni təyinatın vəzifə borcları kimi dəyərləndirib, qiymətləndirirəm. 

Amma Şəfiqə Məmmədova mənim uşaq yaddaşımdan ta bu günə kimi əzəmətli Azərbaycan qadını obrazında qalıb. Nədənsə, söhbət açacağım filmdəki rolunu qadınlarımızın qürurunun, əyilməzliyinin təcəssümü kimi bilmişəm. Elə o vaxtdan da bu aktrisa yaddaşımda "Qaraca qız" filmində yaratdığı Pəricahan xanım kimi qalıb. Bu onun kinoda ilk obrazı olsa da, kifayət qədər uğurlu alınıb. Xatırlayırsınızsa əgər, filmin sonlarına yaxın, bəyin evində qonaqlıq təşkil edilir. Həmin məclisdə Qaraca qızın qaraçı rəqsi öyrətdiyi Ağca ilə bərabər rəqs etdiyi məqamda xanım içəri daxil olur. Doğrudur, burada o, biraz hikkəli obrazda olsa da, duruşunda, yerişində bir qadın qüruru, əzəməti var. Mənə elə gəlir ki, həmin baxışlarda azərbaycanlı xanımlarının mübarizlik görkəmi yaşayır. 

Şəfiqə Məmmədova xarakterik və çoxqütblü aktrisadır. Bir-birinə bənzəməyən obrazları hərəsi ayrıca bir aləmdir. Məsələn, "Dədə Qorqud" dakı Burla Xatun da Azərbaycan xanımının ləyaqət, mərdlik və mübarizlik göstəricisidir. Yaxud da, "Bizim Cəbiş müəllim" filmindəki Cəbiş müəllimin həyat yoldaşı. "Pəncəyimiz yoxdur, amma, yağımız, çörəyimiz var" deyimi bir ananın övladları üçün hər əziyyətə qatlaşmasına misaldır. "Allah səni də öldürsün, Hitleri də" desə də, həyat yoldaşına dayaq olmaqla öz sədaqətini nümayiş etdirir. 

"İstintaq" filmindəki Gülya obrazı isə yenə də ailəsi, uşaqları üçün hər əziyyətə qatlaşan, biraz şıltaq, biraz kövrək, biraz da dəli-dolu Azərbaycan qadınıdır. 

Onun yaratdığı daha bir fərqli obraz isə, "Ad günü" filmindəki Fəridə roludur. Nə qədər sərt olsa da, bir o qədər də ürəyi yumşaq, mərd xanımdır. Bütün bunlar Şəfiqə Məmmədova yaradıcılığının ayrılmaz, şöhrətli hissəsidir. 

Elə ona görə də zəhməti, əməyi dövlət tərəfindən "Şöhrət", "Şərəf", və "İstiqlal" ordenləri ilə qiymətləndirilib. 

Ramidə Yaqubqızı

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İftixar Piriyev Vəfa Novruzovadan üzr istədi 

Əməkdar mədəniyyət işçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq direktoru İftixar Piriyev Mədəniyyət Nazirliyinin əməkdaşı Vəfa Novruzovadan üzr istəyib.Citypost.az xəbər verir ki, bu barədə İxtixar Piriyevin özü sosial şəbəkədə məlumat yayıb.Sabiq direktorun Vəfa Novruzovadan üzr istəməsinə səbəb 2023-cü ildə aralarında yaranmış gərginlik olub."2023-cü ildə Vəfa Novruzova ilə aramızda yaranmış gərginliyə görə üzrlü hesab etməsini xahiş edirəm! Atası, mərhum rejissorumuz Məmmədkamal müəllimə Tanrıdan rəhmət diləyirəm!”, deyə İftixar Piriyev qeyd edib.Qeyd edək ki, 2023-cü ildə Vəfa Novruzova İftixar Piriyevin sosial şəbəkə hesabında onu təhqir etdiyini iddia edərək Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib. O, Piriyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və...

11 Sentyabr 2026, 14:55

Nazir mərhum prokurorun general oğlunu rəis təyin etdi 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb.Citypost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir.Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək, Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub. pizza sifarişiQeyd edək ki, 2020-ci ilin 15 dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Adıgözəlova general-mayor rütbəsi verilib. O, bir sıra rayonlarda prokuror vəzifəsində işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur....

11 Sentyabr 2026, 14:38

Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək

SOCAR və Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) Azərbaycan və Türkiyədə, eləcə də üçüncü ölkələrdə yeni birgə neft-qaz layihələrinin həyata keçirilməsini müzakirə edir.“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun yekunlarına dair çıxışı zamanı bildirib.Onun sözlərinə görə, SOCAR və TPAO arasında kəşfiyyat və hasilat sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.“Ötən il “Şəfəq-Asiman”da başlayan əməkdaşlığımızın, inşallah, “Qarabağ”la davam etməsini istəyirik. SOCAR-la həm Türkiyədə, həm Azərbaycanda, həm də üçüncü ölkələrdə birgə həyata keçirə biləcəyimiz kəşfiyyat layihələrini müzakirə edirik və bu istiqamətdə konkret layihələr ortaya qoyacağıq”, – Alparslan Bayraktar bildirib.O əlavə edib ki, TPAO ötən il Xəzərin...

11 Sentyabr 2026, 14:13

Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb 

Bu ilin birinci yarısında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 223 nəfər təşkil edib.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.Ötən ilin eyni dövrü ilə müqayisədə təbii artım 4 nəfər və yaxud 1,83% artıb.Son üç ildə soydaşlarımız arasında doğum səviyyəsində azalma müşahibə olunur. Bu ilin ilk yarısında Kvemo Kartlidə 1 982 doğum qeydə alınıb, bu isə 2025-ci ilin eyni göstəricisindən 19 nəfər, 2024-cü ilin eyni göstəricisindən isə 192 nəfər azdır.Bölgədə nikahların sayı 1 302, boşanmaların sayı isə 674 təşkil edib.Hesabat dövründə ümumilikdə Gürcüstan üzrə təbii artım azalaraq mənfi 4 715 nəfər...

11 Sentyabr 2026, 14:05

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə 10 il həbs

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Eldar Cəlilov və Samir Şeydayev 10 il müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.Qeyd edək ki, DTX tərəfindən saxlanılan Eldar Cəlilov və Samir Şeydayev AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunurlar. İttihama əsasən, Eldar Cəlilov və Samir Şeydayevin 2021-ci ildən etibarən müxtəlif vaxtlarda xarici ölkələrdəki üçüncü şəxslərin adına sürətli pulköçürmə sistemləri vasitəsilə müxtəlif...

11 Sentyabr 2026, 12:57

Sabah 31 dərəcə isti olacaq 

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq...

11 Sentyabr 2026, 12:54