Bizə yazın

Baku

-°C

USD

-

Hitlerin ölüm əmrini verdiyi, Stalinin qoruduğu hipnozçu haqqında İlginc FAKTLAR  

Maraqlı 11 Sentyabr 2026, 10:36

309

Volf Messinqin ağılları oxuya bilən, başqasının düşüncələrini manipulyasiya edən bir telepat olub. O, eyni zamanda SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperimentlər ilə nümayiş etdirən estrada artisti idi.

Tam adı Wolf Gregorevich Messingdir. 10 sentyabr 1899-cu ildə Polşanın Qura Kalvariya şəhərində, yoxsul bir yəhudi ailəsində dünyaya gəlib. 8 noyabr 1974 -cü ildə Moskvada dünyasını dəyişib.

Messinqin ailəsi onu dini təhsil alaraq ravvin olması üçün məktəbə göndərir. Lakin o, bununla razılaşmayıb evdən qaçır.

Anadangəlmə əsəb xəstəsi olan Volf kənddə Fələstindəki yəhudilər üçün yığılan pulları oğurlayır. Volf qeyri-adi qabiliyyətini də ilk dəfə Berlinə getmək üçün mindiyi qatarda kəşf edir. 13 yaşlı Volf bilet əvəzinə bələdçiyə adi kağız parçası uzadır və sadəcə çox istəyir ki, bu kağızı bilet kimi qəbul edilsin. Bu onda alınır və Volf ilk dəfə anlayır ki, sirrini bilmədiyi qeyri-adi qabiliyyətə malikdir.

Berlinə qatarla gələn Messinq sirkdə işə düzələndən sonra məşhurlaşır. Sirkdə tapıla bilməyən müxtəlif əşyaları taparaq diqqət çəkən Messinq, getdikcə daha da məşhurlaşır. O, qastrol səfərlərində xeyli məşhurla tanış olur.

Volf Messinq qastrol səfərlərində Albert Eynşteyn, Ziqmund Freyd və Mahatma Qandi kimi məşhur insanlarla tanış olma fürsətini də yaxlaya bilib.

O, 1915 -ci illərdə cəmi 16 yaşında ikən Vyanada Eynşteynlə görüşüb və sonra onun vasitəsilə Ziqmund Freydlə əlaqə qurub. Bu ikisinin rəhbərliyi altında müxtəlif telepatiya təcrübələrinə qatılan Messinq, Freydlə də fərqli təcrübələr aparıb.

VolF Messinq 12 il sonra Qandi ilə tanış olub və onunla da təcrübələrdə iştirak edib.

İkinci dünya müharibəsinin başlanması ilə Messinqin də qara günləri başlayıb. Messinq 1937-ci ildə kütlə qarşısında çıxış edərkən çəkinmədən bəyan edib ki, bu qızğın silahlanmanın axırı növbəti dünya müharibəsi ilə başa çatacaq, son hədəf təbii ki, “kommunizmin yuvası” SSRİ-dir. Deyib ki, əgər Almaniya SSRİ-nin üzərinə hücum etsə, ilk qələbə eyforiyasına baxmayaraq, axırda görünməmiş miskinliklə məğlub olacaq.

Bu bəyanat ölkədə qalmaqal yaradıb. Hitler Messinqin həbs edilməsi üçün külli miqdarda mükafat təyin edib. Onu Reyxin və şəxsən özünün bir nömrəli düşməni adlandırıb. Hitler Messinqi öz əlilə kütlə qarşısında asacağına söz verib. Messinq ilk vaxtlar ustalıqla gizlənə bilsə də bir müddət sonra almanların əlinə keçir və onu həbsxanaya salıblar. Həbsxanada isə parapsixologiya tarixində ən unikal hadisə baş verib.

Messinq qüdrət və bəsirətində olan bütün ruhi qüvvəsini, hipnoz, təlqinetmə qabiliyyətini səfərbər edərək, nasist mühafizəçiləri növbə ilə kameraya çağırır, axırda özü çölə çıxır, kameranın ağzını bağlayır və heç nə olmamış kimi çıxıb gedir…

Qaçdıqdan sonra Sovet İttifaqına sığınan və bunu da təlqinetmə yolu ilə edən Messinq, Rusiyada da nümayişlərə başlayıb. Bir nümayiş zamanı Stalinin adamları Messinqi götürüb onun yanını gətiriblər.

Bu şou vasitəsilə Messinqlə Stalinin münasibətləri başlayıb.

Stalinin əmri ilə Messinq Moskvada yaxşı qorunan bir dövlət bankından yüz min rubl almağa çalışıb. Banka girən Messinq zabitə əlindəki kağızı uzadaraq ondan yüz min rubl istəyib.

Sonra yüz min rubl olan çanta Messinqə verilib. Bunun üzərinə Stalin Messinqə daha bir neçə tapşırıq verib və onları yerinə yetirməsini xahiş edib.

Digər hökumətlər tərəfindən sevilməyən Messinq artıq bir çoxunun qara siyahısında olub. Bir çox ölkə başçıları onun ölməsini istəyib. Başqa ölkələrin hökumətləri tərəfindən qorxu ilə yanaşılan Messinq öldürmək istənilsə də, Stalin buna icazə verməyib və Messinqi qoruyub.

Ölümünə qədər Rusiyada yaşayaraq böyük bir nüfuz qazanan Messinq, 1974 -cü ildə vəfat edib. Əvvəldən anadan yetim qalan Volfun atası, qardaşları, ümumiyyətlə, bütün yaxın qohum-əqrəbası müharibənin ikinci ilində ölüm düşərgəsi Maydanekdə həlak olublar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sovet repressiyası Zivər bəyi necə ölümə apardı?

“Millətin gələcəyini və mədəniyyətini rusun ruhsuz kərpicində görmürəm. Biz öz milli memarlığımızla binalar ucaltmalıyıq”Zivər bəy Əhmədbəyov 1873-cü il Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.O yalnız ilk azərbaycanlı baş memar deyil, həm də ilk ali təhsilli azərbaycanlı memar olub və Avropa ənənələri əsasında təhsil alıb. Onun gördüyü işlər barədə internetdə və mediada kifayət qədər yazılar var. Mən bu böyük şəxsiyyəti intihara aparan səbəblər barədə...

11 Sentyabr 2026, 09:22

Bal niyə uzun illər xarab olmur? – Maraqlı fakt

Balın uzun müddət xarab olmadan qala bilməsi onun ən maraqlı xüsusiyyətlərindən biridir. Bunun əsas səbəbi balın tərkibində suyun az, şəkərin isə yüksək miqdarda olmasıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, balın yüksək şəkər konsentrasiyası və aşağı su aktivliyi bakteriya və kiflərin inkişafını çətinləşdirir. Bu səbəbdən düzgün şəkildə, quru və yaxşı qapalı qabda saxlanılan bal uzun illər öz xüsusiyyətlərini qoruya bilər.Balın minilliklər boyu xarab olmadığı ilə bağlı Misir piramidalarında nümunələrin tapılması barədə geniş yayılmış məlumatlar da var. Lakin bu məlumatlar çox vaxt şişirdilmiş formada təqdim edilir. Arxeoloji qazıntılar zamanı qədim bal nümunələrinin aşkar edilməsi mümkün olsa da, onların tam olaraq minilliklər...

11 Sentyabr 2026, 09:17

Milçəklərin dişləri yoxdur, bəs qidanı necə yeyirlər? – Maraqlı FAKT

Heç fikir vermisinizmi, milçəklərin dişləri olmadığı halda onlar bərk qidaların üzərinə qonaraq necə qidalana bilirlər? Əslində, milçəklər qidanı insanların və digər heyvanların etdiyi kimi çeynəmirlər. Onların qidalanma üsulu olduqca fərqlidir.Citypost.az xəbər verir ki, xüsusilə ev milçəklərinin ağız quruluşu bərk qidanı dişləyib parçalamağa deyil, mayeləşmiş qidanı sormağa uyğunlaşıb. Onların ağız aparatında süngərə bənzər xüsusi quruluş var və bu quruluş qidanın maye hissəsini qəbul etməyə imkan verir.Bəs bərk qida necə yeyilə biləcək vəziyyətə gətirilir? Milçək qidanın üzərinə qonduqda onu birbaşa ağzına götürmür. Qidanı yumşaltmaq və həll etmək üçün mədəsindən maye xaric edir. Bu maye qidanın müəyyən hissələrini parçalayaraq onu mayeləşdirir. Daha sonra...

10 Sentyabr 2026, 11:28

Stalinin qızı Svetlananın ABŞ-a qaçışının ilginc hekayəsi

Stalin qızı Svetlananı çox sevirdi. Svetlana kinodramaturq Aleksey Kapler ilə sevgili olur. Bunu bilən Stalin Kapleri 10 illik Sibirə sürgün edir.1960-ci ildə Svetlana hindistanlı kommunist Brajeş Sinqə aşiq olur. Sovet rəhbərliyi (xüsusilə Aleksey Kosıgin) onların evlənməsinə icazə vermir. Sinq bir müddətdən sonra vəfat edir.Svetlana sovet hökumətindən onun külünü vətəni Hindistana, Qanq çayına sovurmaq üçün xüsusi icazə alır. 1967-ci ildə o, Hindistanda gizlicə Amerika səfirliyinə gedir. Onlardan sığınacaq istəyir. Səfirlik onu həmin gecə dərhal ölkədən çıxarır və İtaliyaya (Romaya), oradan İsveçrəyə, bir müddət sonra isə ABŞ-a göndərir.Svetlananın ABŞ-a qaçışı SSRİ üçün böyük bir rüsvayçılıq, Qərb üçün isə böyük bir təbliğat qələbəsi...

10 Sentyabr 2026, 11:07

Əncir yeyərkən ağlınıza gəlməyəcək fakt: İçində arı ola bilərmi?

Yediyiniz əncirin içində kiçik bir arının “həbs” olmuş ola biləcəyini desək, yenə də onu yeyərdinizmi?Bəzi əncir növlərinin tozlanması üçün əncir arısı adlandırılan olduqca kiçik arılara ehtiyac var. Dişi əncir arısı əncirin alt hissəsində yerləşən, gözlə çətin görünən kiçik dəlikdən içəri daxil olur. Burada əncirin çiçəklərinin tozlanmasında mühüm rol oynayır. Lakin arı bəzən bu dar dəlikdən yenidən çıxa bilmir və həyatını əncirin daxilində başa vurur.Citypost.az-ın məlumatına əsasən, bundan sonra təbiətin olduqca maraqlı mexanizmi işə düşür. Əncirin tərkibindəki fermentlər üzvi qalıqların parçalanmasında rol oynayır. Buna görə də əncir yeyərkən arının bütöv şəkildə ağzımıza gəldiyini düşünmək doğru deyil.Bəs ənciri çeynəyərkən hiss etdiyimiz xırda,...

10 Sentyabr 2026, 10:28

Tetanoza pas səbəb olmur: Əsl təhlükə haradadır?

Uşaqlıqdan bəri çoxumuz “paslı mismara batsa, tetanoz olarsan” xəbərdarlığını eşitmişik. Bu fikir müəyyən mənada insanları diqqətli olmağa sövq etsə də, elmi baxımdan tam doğru deyil. Çünki tetanoza birbaşa pas səbəb olmur. Əsas təhlükə torpaqda, tozda və heyvanların nəcisində rast gəlinə bilən Clostridium tetani bakteriyasının sporlarıdır.Citypost.az-ın məlumatına görə, bu bakteriyanın sporları ətraf mühitdə geniş yayılıb. Dərinin bütövlüyü pozulduqda, xüsusilə də çirkli, dərin və deşici yaralar zamanı bakteriyanın sporları orqanizmə daxil ola bilər. Məsələn, mismarın ayağa batması, tikanın dərini deşməsi, çirkli alətlə yaranan kəsik və ya torpaqla çirklənmiş yara tetanoz baxımından risk yarada bilər.Bəs niyə məhz paslı mismar daha çox xatırlanır? Çünki...

09 Sentyabr 2026, 10:45