İşdən qanunsuz çıxarılan işçi nə etməlidir? – Hüquqşünaslardan AÇIQLAMA
Hüquq 11 Sentyabr 2026, 10:00
201
Əmək müqaviləsinə işçinin iradəsi və razılığı olmadan xitam verildikdə, işçi hüquqlarının pozulduğunu hesab edirsə, qanunvericiliklə müəyyən edilmiş qaydada işə bərpa olunmasını və pozulmuş hüquqlarının təmin edilməsini tələb edə bilər. Hüquqşünasların sözlərinə görə, belə hallarda ən vacib məqamlardan biri qanunla müəyyən edilmiş müraciət müddətini ötürməməkdir.
Citypost.az xəbər verir ki,mütəxəssislər bildirirlər ki, işçi işdən azad edilməsinin qanunsuz və ya əsassız olduğunu düşünürsə, işə bərpa tələbi ilə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisələri üzrə, qanunda ayrıca müddət nəzərdə tutulmuş hallar istisna olmaqla, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət etməlidir. Hüququn pozulduğu gün işçiyə müvafiq əmrin verildiyi və ya əmrin elektron informasiya sistemində yaradılan elektron kabinetə göndərilərək işçinin bu barədə məlumatlandırıldığı gün də hesab edilə bilər.
Hüquqşünaslar qeyd edirlər ki, işdən çıxarılan şəxslərin yol verdiyi əsas səhvlərdən biri yalnız Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib məhkəməyə müraciət müddətinin keçməsini gözləməkdir. İşçi əmək qanunvericiliyinin pozulduğunu düşünürsə, dövlət orqanına şikayət etməsi məhkəməyə müraciət hüququnu avtomatik olaraq əvəz etmir. Buna görə də şikayətə cavabın gəlməsini gözləyərək qanunda nəzərdə tutulan bir aylıq müddəti ötürmək risklidir.
Mütəxəssislərin sözlərinə görə, işçi əvvəlcə əmək müqaviləsinə xitam verilməsi barədə əmri və digər sənədləri əldə etməli, xitamın hansı maddə və əsasla rəsmiləşdirildiyini yoxlamalıdır. Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürənin əmək müqaviləsinə xitam verə biləcəyi əsaslar müəyyən edilib. Bu əsaslardan hər hansı birinin işçiyə münasibətdə düzgün tətbiq edilmədiyi və ya qanunun tələblərinin pozulduğu hesab edilirsə, həmin xitamın mübahisələndirilməsi mümkündür.Əgər məhkəmə işçinin işdən qanunsuz və ya əsassız çıxarıldığı qənaətinə gələrək iddianı təmin edərsə, işçinin əvvəlki vəzifəsinə bərpa olunması məsələsi gündəmə gəlir. Hüquqşünaslar bildirirlər ki, belə hallarda işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməlidir.Bununla yanaşı, işçi yalnız işə bərpa tələbini deyil, konkret vəziyyətdən asılı olaraq əməkhaqqı və digər pul tələbləri ilə bağlı hüquqlarını da müdafiə edə bilər. Qanunvericilikdə pul və digər əmlak tələbləri ilə bağlı əmək mübahisələri üçün ayrıca müddət nəzərdə tutulub və bu cür tələblər üzrə məhkəməyə müraciət müddəti hüququn pozulduğunun aşkar edildiyi gündən bir il təşkil edir.
Həmçinin oxuyun
Hüquqşünaslar onu da vurğulayırlar ki, qanunda müəyyən edilən müddətin üzrlü səbəbdən buraxıldığı hallarda həmin müddətin bərpası məsələsi də mümkündür. Lakin bunun üçün müddətin niyə ötürüldüyünü təsdiqləyən üzrlü səbəblər məhkəməyə bildirilməli və qiymətləndirilməlidir. Buna görə də işdən azad edilən şəxsin “əvvəlcə müfəttişliyə müraciət edim, sonra məhkəməyə gedərəm” yanaşması ilə hərəkət etməsi düzgün strategiya sayılmır.
Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, əmək müqaviləsinə onların iradəsi əleyhinə xitam verildiyini düşünürlərsə, ilk növbədə xitamın hüquqi əsasını və sənədləri yoxlasınlar, daha sonra isə qanunla müəyyən edilmiş müddəti nəzərə alaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etsinlər. Dövlət Əmək Müfəttişliyi Xidmətinə edilən müraciət isə əmək qanunvericiliyinin pozulması ilə bağlı əlavə hüquqi müdafiə vasitəsi kimi nəzərdən keçirilə bilər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çıxarışı olmayan evə əmlak vergisi tələb edilə bilərmi? – Hüquqşünasdan açıqlama
Bələdiyyələr tərəfindən vətəndaşlardan torpaq və əmlak vergisinin alınması ilə bağlı müəyyən məqamlar tez-tez qarışdırılır. Hüquqşünasların sözlərinə görə, torpaq vergisi ilə əmlak vergisi fərqli vergilərdir və onların hesablanması üçün fərqli hüquqi əsaslar mövcuddur.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, torpaq vergisi torpağın mülkiyyətində və ya istifadəsində olmasından asılı olaraq hesablanır. Torpaq vergisi torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində müəyyən edilir və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaqlar vergitutma obyektidir. Bu baxımdan torpaq sahəsi ilə bağlı vergi öhdəliyi yalnız həmin ərazidə evin və ya digər tikilinin olub-olmaması ilə müəyyənləşmir.Bununla yanaşı, torpaq vergisinin hesablanması üçün torpaq üzərində mülkiyyət və...
11 Sentyabr 2026, 09:00
Məhkəməsiz kredit borcuna görə maaşdan pul tutula bilər?
Bankdan kredit götürən şəxslər arasında belə bir vəziyyətlə qarşılaşanlar var: kredit borcu yaranır, bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməyib, lakin müəyyən müddət sonra şəxsin iş yerinə icra orqanından məktub daxil olur və əməkhaqqından borcun tutulması tələb edilir. Bu zaman haqlı olaraq sual yaranır: məhkəmə qərarı olmadan əməkhaqqından pul tutulması necə mümkündür?Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, Azərbaycan qanunvericiliyində müəyyən hallarda borcun məhkəmə qərarı olmadan da məcburi qaydada tutulmasına imkan verən mexanizm mövcuddur. Belə hallardan biri notarius tərəfindən aparılan icra qeydidir. Qanunvericiliyə əsasən, notarius müəyyən şərtlər daxilində borclunun pul öhdəliyi ilə bağlı icra qeydi apara və həmin sənədin...
10 Sentyabr 2026, 11:00
Nikah pozulmayıb, amma ər-arvad ayrı yaşayır: Bu halda alınan əmlak bölünürmü?
Ər-arvad arasında rəsmi nikah hələ pozulmayıb, lakin tərəflər uzun müddətdir ayrı yaşayır, ailə təsərrüfatı faktiki olaraq ayrılıb. Belə vəziyyətdə tərəflərdən birinin nikah davam etdiyi müddətdə öz adına mənzil, ev, avtomobil və ya digər əmlak alması həmin əmlakın boşanma zamanı mütləq şəkildə bölünməsi deməkdirmi?Citypost.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyində ümumi qayda ondan ibarətdir ki, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak, əgər nikah müqaviləsində və ya tərəflər arasında başqa razılaşmada fərqli qayda müəyyən edilməyibsə, onların ümumi birgə mülkiyyəti hesab olunur. Əmlakın yalnız ər və ya arvadın adına rəsmiləşdirilməsi də onu avtomatik olaraq həmin şəxsin şəxsi mülkiyyətinə çevirmir. Lakin qanunvericilikdə ayrıca mühüm istisna da...
10 Sentyabr 2026, 10:00
Vəkil Azər Hüseynli: “Mediasiyada tərəflərin azadlığı mütləq deyil”
Mediasiya könüllülük və sərbəstlik prinsipləri üzərində qurulsa da, tərəflərin azadlığı mütləq deyil və qanunla müəyyən edilmiş çərçivələrlə məhdudlaşır.Citypost.az xəbər verir ki, Vəkil Azər Hüseynli bu sahədə mediator və vəkillərin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib.Onun sözlərinə görə, barışıq sazişi qanuni olmalı, tərəflər razılaşmaya istədikləri hər hansı şərti daxil edə bilməməlidirlər. Sazişin şərtləri imperativ qanun normalarına zidd olmamalı, ictimai qaydaya və mənəviyyata zidd fəaliyyətləri ehtiva etməməli, üçüncü şəxslərin hüquq və qanuni mənafelərini pozmamalıdır.Vəkil qeyd edib ki, mediator yalnız tərəfləri dinləyən şəxs deyil, həm də prosesin qanuniliyinin qorunmasına cavabdeh olan tərəfdir. Mediator tərəflərin razılaşdığı şərtlərin qanuna uyğun və icra edilə bilən olub-olmadığını qiymətləndirməli,...
10 Sentyabr 2026, 09:38
Ərinin pensiyası tənha həyat yoldaşına qala bilərmi? – Hüquqi AÇIQLAMA
Həyat yoldaşını itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri mərhum ər və ya arvadın pensiyasından yararlanmağın mümkün olub-olmamasıdır. Qanunvericilikdə bu məsələ “ailə başçısını itirməyə görə əmək pensiyası” anlayışı ilə tənzimlənir. Lakin həyat yoldaşının vəfat etməsi avtomatik olaraq onun pensiyasının digər həyat yoldaşına keçməsi demək deyil. Bunun üçün qanunda müəyyən edilmiş şərtlər mövcud olmalıdır.Citypost.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vəfat etmiş şəxsin əri və ya arvadı müəyyən hallarda ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə hüquq ər və ya arvad pensiya yaşına çatdıqda, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən...
10 Sentyabr 2026, 09:00
Mərhumun bank borcu qalıbsa, ölüm pulunu alan övlad borclu sayılır? – Hüquqşünaslar açıqlayır
Vətəndaşları maraqlandıran hüquqi məsələlərdən biri də yaxınını itirmiş şəxsin bank borcu olduğu halda ailə üzvlərinin mərhumun ölümü ilə əlaqədar nəzərdə tutulan ödənişi almasının hansı hüquqi nəticə doğurmasıdır.Bəzən ailə üzvləri mərhumun bank qarşısında borcu olduğunu bildikdə, ölümə görə nəzərdə tutulan ödənişi almaqdan çəkinirlər. Onların əsas narahatlığı bundan ibarətdir ki, həmin vəsaiti qəbul etdikdən sonra bank onları mərhumun vərəsəsi hesab edə və kredit borcunun ödənilməsini tələb edə bilər.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, burada ilk növbədə “ölüm pulu”nun hansı hüquqi əsasla ödənildiyini müəyyənləşdirmək lazımdır. Çünki şəxsin ölümü ilə əlaqədar ailə üzvünə və ya digər şəxsə ödənilən vəsaitlə mərhumun mirasına daxil olan...
09 Sentyabr 2026, 11:15