Bizə yazın

Baku

-°C

USD

-

Xankəndidə avtobus marşrutları üzrə müsabiqə qalibləri müəyyənləşib

Cəmiyyət 11 Sentyabr 2026, 18:06

307

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz şəhərlərarası, həmçinin Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.

Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata əsasən, Lənkəran-Masallı və Masallı-Lənkəran marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC; Bakı-Xaçmaz marşrutu üzrə fiziki şəxs Əkbərova Mehriban Telman qızı; Xankəndi şəhərində 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ Universitetinin Klinikası – şəhər mərkəzi) marşrutlar üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunublar.

Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səfir: Slovakiya Qarabağda yeni layihələr planlaşdırır 

Slovakiya Qarabağda yeni layihələr həyata keçirməyi planlaşdırır.Bu barədə "Report"a Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.Onun sözlərinə görə, hazırda Slovakiya Ağdamda "Ağıllı kənd" layihəsini həyata keçirir."Biz növbəti layihə olan Forest Park layihəsini də Ağdamda həyata keçirməyi planlaşdırırıq. Bu, daha çox sosial yönümlü bir proqram olacaq", - diplomat qeyd edib.O əlavə edib ki, Slovakiya Qarabağda kənd təsərrüfatı sahəsində əməkdaşlıqda da maraqlıdır."Bizi məhz Qarabağda kənd təsərrüfatı sahəsində müxtəlif proqramlar maraqlandırır. Biz öz şirkətlərimiz vasitəsilə iştirak etmək və bu sahədə öz təcrübəmizi bölüşmək istərdik", - E.Qasımov bildirib....

11 Sentyabr 2026, 18:00

Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Qarabağ küçəsi və “Sadıqcanın evi”ni ziyarət ediblər.Bu barədə Citypost.az  xəbər verir.Qeyd edək ki, iyulun 11-də Prezident İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib. “Sadıqcanın evi” ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.

11 Sentyabr 2026, 17:53

Fərid Qayıbov Xaçmaz və Şabran sakinlərini qəbul edib 

Gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.Citypost.az xəbər verir ki, Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

11 Sentyabr 2026, 17:41

İlham Əliyev bu şəxsləri müavin təyin etdi 

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mərkəzin İdarə Heyəti sədrinə 3 müavin də təyin edilib.Belə ki, Fərhad Məmməd oğlu Məmmədov, Cavid İsmayıl oğlu Vəliyev və Gülşən Məmmədəli qızı Paşayeva Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavinləri təyin ediliblər....

11 Sentyabr 2026, 17:39

İlham Əliyev Fərid Şəfiyevi bu mərkəzə sədr təyin etdi

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Xatırladaq ki, bu il fevralın 20-də Prezident İlham Əliyev "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Sənədə əsasən, "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" (BMTM) publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə qoşulub.

11 Sentyabr 2026, 17:37

Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq - SƏRƏNCAM

Azərbaycanda 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini göstərən “rəqabət xəritəsi” hazırlanacaq, bir sıra məhsul və xidmət bazarlarında isə mövcud tənzimləmələrə yenidən baxılacaq.Citypost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.Sənədə əsasən, bazar iştirakçılarının fəaliyyət imkanlarını genişləndirmək məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil ediləcək. Nəticələr əsasında onların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.Bununla yanaşı, dövlətin müstəsna iştirak etdiyi, eləcə də xüsusi tənzimləmə tətbiq olunan bəzi infrastruktur və xidmət sahələrinin...

11 Sentyabr 2026, 17:31