Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq - SƏRƏNCAM

Cəmiyyət 11 Sentyabr 2026, 17:31

249

Azərbaycanda 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini göstərən “rəqabət xəritəsi” hazırlanacaq, bir sıra məhsul və xidmət bazarlarında isə mövcud tənzimləmələrə yenidən baxılacaq.

Citypost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Sənədə əsasən, bazar iştirakçılarının fəaliyyət imkanlarını genişləndirmək məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil ediləcək. Nəticələr əsasında onların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Bununla yanaşı, dövlətin müstəsna iştirak etdiyi, eləcə də xüsusi tənzimləmə tətbiq olunan bəzi infrastruktur və xidmət sahələrinin rəqabətli bazar modelinə mərhələli keçidi imkanları qiymətləndiriləcək. Zərurət yarandıqda xüsusi tənzimləməyə aid subyekt və fəaliyyət istiqamətləri üzrə mövcud siyahılara dəyişiklik layihələri hazırlanacaq.

Plan çərçivəsində 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini ölçən göstəricilər sistemi yaradılacaq. Bu göstəricilər əsasında Azərbaycanın rəqabət xəritəsi hazırlanaraq istifadəyə veriləcək.

Həmçinin dövlət müəssisələrində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq. Bu tədbir nəzarət zərfi dövlətə məxsus banklara şamil edilməyəcək.

Milli Fəaliyyət Planının əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaq, özəl investisiyaların artımını stimullaşdırmaq və dayanıqlı iqtisadi artımı dəstəkləməkdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səfir: Slovakiya Qarabağda yeni layihələr planlaşdırır 

Slovakiya Qarabağda yeni layihələr həyata keçirməyi planlaşdırır.Bu barədə "Report"a Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.Onun sözlərinə görə, hazırda Slovakiya Ağdamda "Ağıllı kənd" layihəsini həyata keçirir."Biz növbəti layihə olan Forest Park layihəsini də Ağdamda həyata keçirməyi planlaşdırırıq. Bu, daha çox sosial yönümlü bir proqram olacaq", - diplomat qeyd edib.O əlavə edib ki, Slovakiya Qarabağda kənd təsərrüfatı sahəsində əməkdaşlıqda da maraqlıdır."Bizi məhz Qarabağda kənd təsərrüfatı sahəsində müxtəlif proqramlar maraqlandırır. Biz öz şirkətlərimiz vasitəsilə iştirak etmək və bu sahədə öz təcrübəmizi bölüşmək istərdik", - E.Qasımov bildirib....

11 Sentyabr 2026, 18:00

Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Qarabağ küçəsi və “Sadıqcanın evi”ni ziyarət ediblər.Bu barədə Citypost.az  xəbər verir.Qeyd edək ki, iyulun 11-də Prezident İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib. “Sadıqcanın evi” ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.

11 Sentyabr 2026, 17:53

Fərid Qayıbov Xaçmaz və Şabran sakinlərini qəbul edib 

Gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.Citypost.az xəbər verir ki, Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

11 Sentyabr 2026, 17:41

İlham Əliyev bu şəxsləri müavin təyin etdi 

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mərkəzin İdarə Heyəti sədrinə 3 müavin də təyin edilib.Belə ki, Fərhad Məmməd oğlu Məmmədov, Cavid İsmayıl oğlu Vəliyev və Gülşən Məmmədəli qızı Paşayeva Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavinləri təyin ediliblər....

11 Sentyabr 2026, 17:39

İlham Əliyev Fərid Şəfiyevi bu mərkəzə sədr təyin etdi

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Xatırladaq ki, bu il fevralın 20-də Prezident İlham Əliyev "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Sənədə əsasən, "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" (BMTM) publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə qoşulub.

11 Sentyabr 2026, 17:37

"Elmlər Akademiyası"ndan "Həzi Aslanov"a ekspres marşrut fəaliyyətə başlayır

"Bakı Metropoliteni" QSC-də xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Məlumata əsasən, metronun "Elmlər Akademiyası" və "Nizami" stansiyalarından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.Bildirilib ki, avtobusların "Elmlər Akademiyası" metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, "Həzi Aslanov" metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.Avtobusların hərəkəti metronun iş...

11 Sentyabr 2026, 17:20