Bizə yazın

Baku

-°C

USD

-

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Cəmiyyət 11 Sentyabr 2026, 16:56

213

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vətən müharibəsi qazisi direktor müavini təyin olundu

44 günlük Vətən müharibəsi qazisinə vəzifə verilib. "Unikal"ın məlumatına görə, Sərxan Yaşar oğlu Abbasov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində olan Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, S.Abbasov ehtiyatda olan gizirdir. 

11 Sentyabr 2026, 17:06

Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.Bu barədə "Report"a Dövlət Komitəsindən bildirilib.Müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, Böyük Qayıdış prosesində ictimai nəzarətin və iştirakçılığın təmin edilməsi, vətəndaşların müraciətlərinin cavablandırılması və digər məsələlər iclasda ətraflı müzakirə olunub.Müzakirəyə çıxarılan məsələlərlə bağlı İctimai Şuranın sədri Anar Xəlilovun məlumatı dinlənilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbir Planına əsasən, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində daimi məskunlaşdırılması uğurla həyata keçirilir.Dövlət Komitəsinin sədri Rövşən Rzayev İctimai Şuranın üzvləri ilə görüşərək, onlarla...

11 Sentyabr 2026, 17:03

Mənim qəlb ağrımın öz həkimi var

Görkəmli şair Çingiz Əlioğlu ötən ay bizi tərk etdi. Aeroportda eşitdim bu acı xəbəri, dəfnində iştirak edə bilmədim.Çingiz Əlioğlu ədəbi aləmdə inandığım, sevdiyim və həmişə xoş ovqatla xatırladığım az saylı şairlərdəndir. Onunla təsadüfən rastlaşanda özümdən asılı olmadan əhvalım yüksəlirdi: qarşımda sözün qədrini bilən, yaxşını pisdən ustalıqla seçməyi,  öz taleyini yaşamağı bacaran, bəsirətli və son dərəcə nikbin bir insanın, Azərbaycan şairinin durduğunu hiss edirdim. Onun ədəbiyyat haqqında fikir və mülahizələri adama ləzzət verirdi. Mühitimizdə Çingiz istedadı, böyük mütaliəsi və zəngin ədəbi təcrübəsilə seçilirdi. Onun bütün həyatı ədəbiyyata, kitaba, sözə həsr olunmuşdu.O, böyüklüyündən və kiçikliyindən, mövzusundan asılı olmayaraq, iştirak etdiyi bütün məclislərə...

11 Sentyabr 2026, 16:48

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib 

Qazaxıstanlı həmkarının dəvəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərə gəlib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, Qazaxıstan Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi, ticari, nəqliyyat, mədəni və digər sahələrdə ardıcıl şəkildə...

11 Sentyabr 2026, 16:35

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.Bu barədə Citypost.az DİM-dən məlumat verilib.Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində təqdim olunacaq. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə...

11 Sentyabr 2026, 16:24

2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq 

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari iqtisadi vəziyyət və 2026-2030-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2027-2030-cu illərdə büdcə siyasətinin əsas məqsəd və hədəfləri, Ortamüddətli Xərclər Çərçivəsi, maliyyə-bank sektorunda cari vəziyyət və siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın...

11 Sentyabr 2026, 16:07