Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Cəmiyyət 11 Sentyabr 2026, 16:35
212
Qazaxıstanlı həmkarının dəvəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərə gəlib.
Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Qazaxıstan Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.
Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi, ticari, nəqliyyat, mədəni və digər sahələrdə ardıcıl şəkildə inkişaf etdiyini vurğulayıb.
Baş prokuror bildirib ki, iki ölkə rəhbərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətləri dövlətlərimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan, 24 avqust 2022-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Bu prosesin Prokurorluq orqanları arasında əməkdaşlığa da münbit zəmin yaratdığını qeyd edən Kamran Əliyev həm ikitərəfli münasibətlər, həm də çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamış, iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın gələcəkdə də davamlı şəkildə inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Baş prokuror, həmçinin, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinə qardaş Qazaxıstanın verdiyi dəstəyi xüsusi vurğulayıb. O, Qazaxıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olaraq Füzuli şəhərində inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin 12 mart 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılışını ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qeyd edib.
Eyni zamanda, həmin tarixdə dövlət başçılarının Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olmalarını və bu layihənin icrasında Qazaxıstan şirkətinin də iştirakını iki ölkə arasında əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində də uğurla davam etdirilməsinin göstəricisi kimi dəyərləndirib.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, əməkdaşlığın perspektiv istiqamətləri və gələcək fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi keçirilib.
Həmçinin oxuyun
Daha sonra Baş prokuror Kamran Əliyev sentyabrın 11-də Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 5-ci iclasında iştirak edib.
Baş prokuror çıxışında mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılova minnətdarlığını bildirib. O, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhərsalma və memarlıq sahəsində qanunçuluğun təmin edilməsində prokurorluq orqanlarının rolu mövzusunda çıxış edib.
Baş prokuror qeyd edib ki, ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə şəhərlərimizin siması da dəyişərək modernləşmişdir. Bununla paralel olaraq, Azərbaycan öz tarixi memarlıq mirasının və ənənələrinin qorunmasına da xüsusi həssaslıqla yanaşır.
Bunun bariz nümunəsi kimi işğaldan azad edilmiş torpaqlarımızda mədəni tarixi abidələrimizin bərpası, eləcə də inşa edilən yeni infrastrukturun memarlıq irsimizin tələblərini rəhbər tutmaqla həyata keçirilməsini göstərmək olar. Xüsusi qeyd edilmişdir ki, Qarabağın şəhərləri qardaş türk dövlətlərinin də yaxından iştirakı ilə müasir standartlar səviyyəsində yenidən qurulur. Bundan əlavə, ölkəmiz bu təcrübəni beynəlxalq miqyasa da daşıyır.
Belə ki, cari ildə paytaxtımızda keçirilmiş BMT Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına ev sahibliyi etmiş və digər sahələrdə olduğu kimi bu sferada da qlobal səylərin dəstəklənməsinə öz sadiqliyini göstərmişdir. Şəhərsalma sahəsində qəbul edilən qərarların uzunmüddətli və çox tərəfli təsirlərindən bəhs edən Baş prokuror bu prosesdə prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Tədbir çərçivəsində, həmçinin Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi heyətlə ikitərəfli görüş keçirilmişdir. Görüşdə ölkələrimiz arasında tarixi qardaşlıq münasibətlərinin, xüsusilə dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Erdoğan arasındakı dostluq əlaqələrinin türk dünyasının birliyinin möhkəmlənməsinin təməlində durması vurğulanmışdır. Daha sonra prokurorluq arasında əməkdaşlıqla bağlı qarşılıqlı maraq kəsb edən məsələlər, eyni zamanda birgə beynəlxalq tədbirlərin təşkili ətrafında fikir mübadiləsi aparılmışdır.
Nümayəndə heyətinin səfəri davam edir. Tədbir çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.Bu barədə Citypost.az DİM-dən məlumat verilib.Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində təqdim olunacaq. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə...
11 Sentyabr 2026, 16:24
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari iqtisadi vəziyyət və 2026-2030-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2027-2030-cu illərdə büdcə siyasətinin əsas məqsəd və hədəfləri, Ortamüddətli Xərclər Çərçivəsi, maliyyə-bank sektorunda cari vəziyyət və siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın...
11 Sentyabr 2026, 16:07
Orxan Saffari: “Əli Tağızadənin xatirəsinin yaşadılması kimə lazımdır?”
Baxmayaraq ki, Azərbaycan müstəqildir, sovetlər kimi mənfur bir rejim, sistem dağılıb, ancaq hələ də o sistemə aid olan bolşevik tör-töküntülərinin xatirələri yaşadılır.Əlbəttə, bu yaşadılan xatirələr müxtəlif cürdür. Məsələn, əzəmətli heykəllər, iri hərflərlə hazırlanmış barelyeflər, kitablarda yazılar və s. vasitələr ilə. Heç uzağa getməyə ehtiyac yoxdur. 28 May ərazisində qatı və mənasız bolşevik Əli Tağızadənin barelyefi də adamın gözünə girir. Maraqlıdır, kimdir adına küçə olan, barelyefi saxlanılan Əli Tağızadə?Əli Tağızadə 1905–1907-ci illərin Birinci Rus İnqilabında fəal iştirak etdiyi, o cümlədən inqilabi xidmətlərinə görə "Qırmızı əmək bayrağı" və Ermənistan SSR-in "Qırmızı bayraq" ordenləri, eləcə də medallarla təltif edilmişdi. Əslində isə, o, bolşeviklərin təbliğat maşını idi. Oktyabr...
11 Sentyabr 2026, 15:56
Dövlət qurumu adından saxta sənədlə 250 min manatlıq dələduzluq
Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250 000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
11 Sentyabr 2026, 15:19
İftixar Piriyev Vəfa Novruzovadan üzr istədi
Əməkdar mədəniyyət işçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq direktoru İftixar Piriyev Mədəniyyət Nazirliyinin əməkdaşı Vəfa Novruzovadan üzr istəyib.Citypost.az xəbər verir ki, bu barədə İxtixar Piriyevin özü sosial şəbəkədə məlumat yayıb.Sabiq direktorun Vəfa Novruzovadan üzr istəməsinə səbəb 2023-cü ildə aralarında yaranmış gərginlik olub."2023-cü ildə Vəfa Novruzova ilə aramızda yaranmış gərginliyə görə üzrlü hesab etməsini xahiş edirəm! Atası, mərhum rejissorumuz Məmmədkamal müəllimə Tanrıdan rəhmət diləyirəm!”, deyə İftixar Piriyev qeyd edib.Qeyd edək ki, 2023-cü ildə Vəfa Novruzova İftixar Piriyevin sosial şəbəkə hesabında onu təhqir etdiyini iddia edərək Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib. O, Piriyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və...
11 Sentyabr 2026, 14:55
Ramidə Yaqubqızı: “Şəfiqə Məmmədova Azərbaycan qadınının əzəmətini yaşadıb”
Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. Bu, hamımızın tanıdığı, müxtəlif səpkili rollar yaradıcısı Xalq artisti Şəfiqə Məmmədovadır. İlk olaraq tamaşaçı, vətəndaş kimi işində uğurlar arzulayıram. İnanıram ki, son nəfəsini yaşayan, son işartılarda közərən Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsinə qovuşacaq. Yaxın keçmişdə olduğu kimi keyfiyyətli, milli dəyərlərə söykənən, adət-ənənələrimizi, kimliyimizi əks etdirən filmlər araya-ərsəyə gələcək, ekran əsərləri yaranacaq. Peşəkarlar iş başında olanda ümidlər də işıqlı sonluqla nəticələnir. İnşəallah kino tariximizdə yeni bir səhifə açılmaqla yanaşı, yeni uğurlara da imza atılacaq. Bütün bunlar öz yerində. Və yeni təyinatın vəzifə borcları kimi dəyərləndirib, qiymətləndirirəm. Amma Şəfiqə Məmmədova mənim uşaq yaddaşımdan ta bu günə...
11 Sentyabr 2026, 14:45