Bizə yazın

Baku

-°C

USD

-

Maqnit qasırğaları zamanı sağlam qidalanmanın yolları

Cəmiyyət 05 Oktyabr 2024, 13:12

30246

"Maqnit qasırğaları zamanı məhsuldar həyat tərzini qorumaq üçün düzgün istirahəti təmin etmək və həddindən artıq gərginlikdən çəkinmək vacibdir".

Citypost.az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına müsahibəsində rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin danışıb.

O, qidalanmaya diqqət yetirməyi, yağlı, qızardılmış və hisə verilmiş qidalardan uzaq durmağı tövsiyə edib. Maqnit qasırğalarının müşahidə olunduğu günlərdə çay və qəhvədən imtina etmək, tərəvəz, meyvə, dovşan və quş əti ilə qidalanmaq, həmçinin bol su içmək məsləhətdir.

Kondraxin düzgün yuxunun vacibliyini də xatırladıb - gündə ən azı səkkiz saat yatmaq lazımdır. O xəbərdarlıq edib ki, yuxusuzluq stres hormonlarının toplanmasına səbəb olur və xroniki yorğunluğa yol açır.

"Maqnit qasırğaları ilə birlikdə bu, iş qabiliyyətini azaldaraq, stresi artıra bilər" , - deyə əlavə edib.

Həkim idmanla məşğul olmağın mümkün olduğunu, lakin həddindən artıq fiziki fəaliyyətdən çəkinməyin vacib olduğunu da vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun mətbuat xidmətinin məlumatına görə, oktyabrın 4-dən 5-dək güclü maqnit qasırğası gözlənilir.(oxu.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda üçəm doğulub 

Babək rayonunda üçəm doğulub.Citypost.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə müraciət edən qadın hamiləliyinin 30-cu həftəsində üçəm dünyaya gətirib.Körpələrdən ikisi oğlan, biri isə qızdır. Onlardan biri 1100 qram, digəri 900 qram, üçüncüsü isə 800 qram çəki ilə doğulub.Hamiləliyin vaxtından əvvəl başa çatması ilə əlaqədar hər üç körpədə ekstremal az doğum çəkisi, ağciyərlərin və həzm sisteminin gestasion yetişməməsi müşahidə olunub. Bu səbəbdən körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə yerləşdirilərək müvafiq müayinə, müalicə və xüsusi qulluqla təmin ediliblər.Aparılan müalicə və intensiv qulluq nəticəsində hər üç körpənin klinik vəziyyətində stabilləşmə əldə olunub. Hazırda körpələrin vəziyyəti kafi və stabildir.Bu...

12 Oktyabr 2026, 16:26

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib 

Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

12 Oktyabr 2026, 15:56

İlham Əliyev Slovakiya ilə bağlı sazişi TƏSDİQLƏDİ

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb....

12 Oktyabr 2026, 15:52

Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI 

Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.APA xəbər verir ki, Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək:Abdullayeva Nəzrin Vüsal qızıAbduzadə Nihad Ehtiram oğluAğazadə Xədiceyi-Kübra Cəmaləddin qızıAlmazov Ayxan Xəqani oğluAslanova Gülay İlkin qızıBabayev Ravil Ramin oğluBabazadə Ayan Vilayət qızıBabazadə Ayxan Asiman oğluBayramlı Cəmilə Elşən qızıBayramlı Halə Zəfər qızıBayramzadə Məhəmməd Altay oğluCamalov Tunar Anar oğluCəbizadə Sinavər Vahab qızıDadaşov Kamal Ceyhun oğluƏfəndiyev Elvin Elnur oğluƏhmədli Leyla Əflatun qızıƏhmədov Fərəc...

12 Oktyabr 2026, 15:15

“Məktəbin öz qaydaları var” – Fazil Mustafadan AÇIQLAMA

Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər  üçün vahid geyim formasının tətbiqi və müəllimlər üçün geyim qaydalarını müəyyənləşdirməsi manipulyasiya edilərək hicabla əlaqəli müzakirələrə çevrilib. Qərarın bəzi çevrələr tərəfindən dini azadlıqlara məhdudiyyət kimi təqdim edilməsi və müzakirə mövzusunun fərqli istiqamətə yönəldilməsi fikir ayrılıqlarına səbəb olub.Citypost.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, dini inanc ilk növbədə insanın öz daxilində, ikinci olaraq evinin içində, üçüncü isə məscidin, kilsənin, yaxud sinaqoqun içində olmalıdır:“Digər məkanlarda nümayiş etdirilən inanc və ya inanc formatı daha çox ideoloji mahiyyət daşımağa başlayır. Buna görə də Azərbaycanda dindarlar iki...

12 Oktyabr 2026, 15:07

Şəmsi Vəfadar: "Nazirlər Kabinetinin məlum qərarı dinə qarşı deyil"

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var. İnanclı insanlara və dinə münasibət heç kimə sirr deyil ki, bir mənalıdır. Azərbaycan cəmiyyətində inanclı insanlar ən ali təbəqənin nümayəndələri hesab edilməklə bütün məclislərdə və ümumi toplantılarda rəğbətlə qarşılanıblar. Dinə və onun daşıyıcılarına hörmət və ehtiramdan kimlərinsə sui-istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmaq istəməsi, ictimai narazılıq yaratmaq cəhdləri yol verilməzdir. Bunu CityPost.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü,jurnalist və tanınmış şair  Şəmsi Vəfadar bildirib.Şəmsi Vəfadarın bildirdiyinə görə,Nazirlər Kabinetinin 06.10.2026-cı il tarixli, 325 nömrəli Qərarında hicab sözü yer almayıb. Həmin Qərarın 1.6-cı bəndində isə deyilir ki, təhsil verənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsiplərinə...

12 Oktyabr 2026, 14:47