Şahmar İbadov həbsdən çıxan oğluna bahalı restoran hədiyyə etdi
Cəmiyyət 17 Oktyabr 2024, 11:40
16612
Nərimanov rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov paytaxtın mərkəzində oğluna bahalı restoran alıb.
CityPost.az yerli mediaya istinadən xəbər verir ki, Bakıda və onun ətraf qəsəbələrində çoxsaylı ticarət və iaşə obyektlərinə sahib olan Şahmar İbadov paytaxtın Qış parkı ərazisində, Mirzəağa Əliyev 46 ünvanında növbəti “Paxlava” restoranını açıb.
Sözügedən restoranın yerləşdiyi obyekt Şahmar İbadovun oğlu Elmar İbadov tərəfindən 800 min dollara alınıb.
Qeyd edək ki, əvvəllər həmin obyekt “Mandarin Baku” adı ilə fəaliyyət göstərib.
Citypost.az xatırladır ki, Şahmar İbadovun oğlu Elmar İbadov gündəmə törətdiyi ağır avto qəza ilə gəlmişdi. 2017-ci ilin avqustunda Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçmışdı. Hadisə nəticəsində qadın vəfat etmişdi.
Şahmar İbadov hadisəyə münasibət bildirərkən demişdi ki,qadının ölümünə səbəb oğlunun törətdiyi qəza yox, onun ürək çatışmazlığından əziyyət çəkməsi olub. Guya qadın ağır xəsarətlərdən deyil ,həyəcandan ölüb.
Həmçinin oxuyun

Məhkəmənin hökmü ilə törətdiyi ağır cinayətə görə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilsə də, onun barəsindəki cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
Şahmar İbadova yaxın mənbələrdən aldığımız məlumata görə, O, oğlu Elmirə “Paxlava”restoranını həbsdən azad olunmasına rəğmən hədiyyə edib. Məsələ ilə bağlı Şahmar İbadovla əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab vermədi.
CityPost.az yaxın günlərdə geniş araşdırma aparmaqla, Ş.İbadova məxsus ticarət,iaşə və istehsalat obyektlərinin siyahısını təqdim edəcək.
CityPost.az qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.
Hazırladı: Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Evinizdə gizli su sızmalarını aşkar etməyin 3 sadə yolu
Evinizdə gizli su sızmalarının vaxtında aşkar edilməsi yüksək təmir xərclərinin, qonşulara dəyəcək ziyanın, bina konstruksiyasının zədələnməsinin qarşısını alan vacib məsələdir. Divar arxasında, döşəmə altında baş verən sızmalar uzun müddət diqqətdən yayınaraq rütubət və kif göbələyinin yaranmasına şərait yaradır. Peşəkar usta çağırmazdan öncə tətbiq olunacaq dörd sadə addımla evdə su sızmasının olub-olmadığını dəqiq müəyyənləşdirmək mümkündür.Citypost.az xəbər verir ki, birinci və ən etibarlı yol su sayğacının göstəricilərini yoxlamaqdır. Evdəki bütün krantları, məişət avadanlıqlarını, tualet çənini tam söndürdükdən sonra su sayğacına baxmaq lazımdır. Əgər bütün su nöqtələri bağlı olduğu halda sayğacın çarxı fırlanırsa, yaxud rəqəmlər artmağa davam edirsə, boru xəttində gizli sızmanın mövcudluğu...
19 Avqust 2026, 13:50
Məmməd İsmayıl şəxsiyyəti, yardıcılığı Azərbaycanın ədəbi mühitində bir hadisədir
Hər bir insanın dünyaya gəlişində bir missiya var. Lakin bəzi insanlar da var ki, onlar bu dünyaya sadəcə yaşamaq üçün gəlmir; onlar bir torpağın səsini, bir millətin ağrısını və sevgisini çiyinlərində daşımaq, misralara köçürmək üçün doğulurlar. Azərbaycan poeziyasının fədakarı, sözün bütövlüyünü canında yaşadan Məmməd İsmayıl məhz belə sənətkarlardan idi."Hərdən üz çevirib taleyə, baxta,Çıxdığı səfərdən qorxub qaçan var.Bir adam yol gedir bizdən qabaqda,Yaxşı ki, dünyaya cığır açan var." Ədəbiyyatımızda, poeziyamızda cığır açan kişilərdən biri də Tovuzda doğulmuş Azərbaycan şairi, 1989–1993-cü illərdə Xalq hərəkatının fəal iştirakçısı, 1992–1993-cü illərdə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsini tutmuş Məmməd İsmayıl idi. Sabah...
19 Avqust 2026, 13:23
Sosial şəbəkədə özlərini intellektual adlandıranlar fəlsəfi fikrin meyxanaçılarıdır
Sosial şəbəkədə özlərini intellektual adlandıranlar fəlsəfi fikrin meyxanaçılarıdır. Onlar fikrin səthində söz oyunları ilə məşğul olur, dərin düşüncədən keçməyən, anlayışların məna dəqiqliyinə varmadan bədahətən fəlsəfi "qafiyə tutan"lardır. Son zamanlar onlar müəyyən kütlə toplamalarından eyforiyaya qapılıb həqiqi elm adamlarına, alimlərə söz atırlar, sataşırlar, meyxanaçı tərzi ilə onları deyişməyə cəlb edirlər. İntellektualların içində olan həqiqi, istedadlı şairlər meyxanaçılara münasibətdə hansı tərzi göstərirdilərsə, alimləri məcbur edirlər ki, həmin alimlər o tərzi indi də onların özlərinə göstərsinlər. Kütlə toplamaq baxımından meyxanaçılara uduzan intellektuallar bunun acığını alimlərdən çıxırlar. Beləliklə, alimlər də getdikcə mübahisə və müzakirələrə qoşulur, ictimailəşirlər. Sənət aləmində meyxanaçılar həqiqi şairlərə uduzduqları kimi, intellektualların...
19 Avqust 2026, 13:09
"Təbiətcə özü-özünə aid olmayıb başqasına aid olan insan təbiətcə kölədir"
Dünən Karl Popperin "Açıq cəmiyyət" kitabının ikinci cildini yenidən vərəqləyəndə Aristoteldən gətirilən belə bir sitata rast gəldim: "Təbiətcə özü-özünə aid olmayıb başqasına aid olan insan təbiətcə kölədir". Təbiətcə özünə aid olmamaq nə deməkdir? Öz varlığını başqa birinin varlığı ilə təsdiqləmək və öz varlığını onu təsdiqlədiyi digər varlıqdan şüurlu, yaxud şüursuz şəkildə asılı hala gətirmək. Yəni kölə, sadəcə, ağası olan adam deyil, ağanın özü də öz varlığını başqa birinin varlığıyla təsdiqləyirsə, o da kölədir. "Divin canı şüşədədir" məsəli. İnsan niyə öz varlığını başqa birinin varlığıyla təsdiqləmək ehtiyacı duyur? Çünki tənbəldir, məsuliyyətdən qaçır. Ona onun yerinə var olan, düşünən, qərarlar qəbul edən biri lazımdır. Başqa birinin...
19 Avqust 2026, 13:07
TARİXİN və GÜNDƏMİN ŞAH İSMAYIL XƏTAİSİ
Akademik Nizami Cəfərovla bugünkü xoş ovqatlı görüşümüzdə çağdaş ədəbi dilimizin, ədəbiyyatımızın inkişaf və problemlərindən söhbət açdıq.Yeri gəlmişkən, son vaxtlar geniş müzakirələrin mövzusu olan Şah İsmayıl Xətai haqqında Nizami müəllimin fikirlərini də almaq istədim.O, cavabında bildirdi ki, Xətai Azərbaycan Milli Dövlətinin banisidir.Əvvəla onu deyim ki, kiçik xalqların, yaxud dövlətlərin böyük xalqlar və dövlətlər qarşısında öz tarixini daha da kiçiltməyə məcbur olması tarixşünaslığın orta əsrlərdən, hətta qədim dövrlərdən gələn ən böyük problemlərindən biridir...Şah İsmayıl Xətainin Azərbaycan tarixində əsas missiyası ondan ibarət idi ki, bu dahi şəxsiyyət ilk dəfə Azərbaycan xalqının etnocoğrafi hüdudlarını müəyyənləşdirməklə onun bütöv, az və ya çox dərəcədə təmərküzləşmiş bir...
19 Avqust 2026, 10:54
İş mühitində korporativ yazışma və email etiketi
İş mühitində effektiv kommunikasiyanın, peşəkar nüfuzun formalaşmasının əsas şərtlərindən biri korporativ yazışma, elektron poçt (email) etiketlərinə dürüst riayət olunmasıdır. Düzgün qurulmuş işgüzar yazışma tərəfdaşlar, həmkarlar arasında qarşılıqlı hörməti təmin edir, iş proseslərinin sürətlənməsinə, anlaşılmazlıqların aradan qalxmasına birbaşa şərait yaradır. Elektron məktub şirkətin vizit kartı rolunu oynadığı üçün yazışma zamanı dil qaydalarına, etik standartlara xüsusi həssaslıqla yanaşılmalıdır.Citypost.az xəbər verir ki, peşəkar elektron poçtun hazırlanması mövzu (Subject) hissəsinin dəqiq, məzmunlu yazılmasından başlayır. Məktubun məğzini bir neçə sözlə ifadə edən başlıq qarşı tərəfin məktubun vacibliyini anlamasına, axtarış zamanı onu rahat tapmasına kömək edir. Məktub mütləq rəsmi salamlaşma ("Hörmətli...", "Salam...") ilə başlamalı, ünvanlanan şəxsin...
18 Avqust 2026, 14:47