Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı
Sənət aləmi 19 Avqust 2026, 08:02
272
Müğənni Dəniz Firudinli çıxış etdiyi məkanlardan birində lentə alınan görüntüləri ilə diqqət çəkib.
Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, ifaçının son görüntülərində əvvəlki görünüşündən xeyli fərqlənməsi, xüsusilə sürətlə çəki atması izləyicilərin diqqətindən yayınmayıb.
Dənizin kəskin şəkildə dəyişən görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin yeni görünüşü ilə bağlı müxtəlif fikirlər bildiriblər.
Həmçinin oxuyun
Sənətçinin sözügedən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil etdi
Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı keçirilib.Citypost.az xəbər verir ki, qurultayın açılış mərasimində TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Budapeştdəki diplomatik korpusun təmsilçiləri və Türk dünyasından incəsənət nümayəndələri, elm adamları və folklor biliciləri iştirak ediblər.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə ölkəmizi “Qorqud” folklor ansamblı təmsil edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova, solist Çilənay Hüseynova bəstəkar və xalq mahnılarımızı səsləndiriblər. Onları Əməkdar artistlər Təranə Əliyeva (qanun), Fəzilə Rəhimova (çəng), eləcə də Rüstəm Müslümov (tar),...
18 Avqust 2026, 21:17
Əməkdar artist: "Gəlin niyə mənə çay gətirməlidir?"
Əməkdar artist Çingiz Əhmədov gəlinə münasibətdən danışıb.Citypost.az xəbər verir ki, aktyor bu barədə "Baku TV"yə müsahibəsində açıqlama verib. O, gəlinin evdə işlədilməsinin doğru olmadığını bildirib:"Gəlin niyə mənə çay gətirməlidir? Köhnə qadınlar gəlini gətirib işlədirlər. Olmaz. Əl-ayağım yerindədir, özümə çay süzüb qoyuram. Mən gəlinin əlindən çay içmişəm. Çay süzəndə deyir, ata, sənə də süzüm? Deyirəm ki, istəyirəm. Belə olar".Aktyor gənclərin məcbur yox, sevdikləri şəxslə ailə qurmasının tərəfdarı olduğunu deyib:"Əgər sevib ailə qurursansa, heç vaxt pozulmur. Amma qızını məcbur edirsənsə ki, filankəsə get, oğluna deyirsənsə ki, filankəsi al, bu, ailə dağılır. Heç kimə zamin dura bilməzsən".Qeyd edək ki, Çingiz Əhmədovun aktyor oğlu...
18 Avqust 2026, 08:55
"Faytonçu Nazim"in səhhəti necədir?
"Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm".Citypost.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni “Faytonçu Nazim” kimi tanınan müğənni Nazim Pişiyari deyib. O, sentyabrın 4-də “Fayton-latiNos music bond”un bir yaşının olacağını bildirib:"Neçə aydır qala gecəsinə hazırlıq gedir. Çalışırıq ki, gecəni yaddaqalan edək. Bütün günü proqramla bağlı məşqlər edirik. Səhhətimlə bağlı heç bir problemim yoxdur".Qeyd edək ki, mətbuatda müğənni “Faytonçu Nazim"in səhhətində problem olduğu ilə bağlı məlumatlar yayılıb. Məlumatda onun həddindən artıq çəki itirdiyi qeyd edilib....
17 Avqust 2026, 18:00
Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib
14 avqust 2026-cı il tarixində “Yaşıl Teatr”da müğənni Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib.CityPost.az xəbər verir ki,konsert proqramı ərzində sənətçi repertuarında yer alan sevilən mahnılarını səsləndirib. İfaçını Rəvan Qarayevin rəhbərliyi ilə fəaliyyət göstərən “RG Music Band” orkestri müşayiət edib. Konsertin musiqi rəhbəri bəstəkar və aranjimançı Emin Nəbiyev olub.Gecənin aparıcısı Əməkdar artist Əkbər Əlizadə, quruluşçu rejissoru Elməddin Dadaşov, art direktoru Ramiz Alışov, prodüseri Rövşən Cəfərov, meneceri Ramiq Şərifov, təşkilatçısı isə Tuqay Vəlizadə olub.Konsertin diqqətçəkən məqamlarından biri Rəvan Qarayevin ailə üzvləri ilə səhnəni bölüşməsi olub. Sənətçi bacısı Həcər Abdullayeva və atası Elşad Qarayevlə duet ifa edib.Musiqi proqramı xüsusi rəqs...
17 Avqust 2026, 12:59
Xuraman Şuşalı - “Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“
Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin ilə münasibətlərindən danışıb.Citypost.az Yenilik.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Etiraf" verilişində qonaq olarkən söz açıb."Mən corab geyindirən xanım deyiləm. Daha çox sevgi görmək istəyirəm. Həyat yoldaşımın əli-ayağı var. Vaxtım yoxdur ki, corabını geyindirim. Xoşlayıram ki, sevgi və qayğı mənə göstərilsin. Özüm də qayğı göstərirəm, amma sevgi tələb edirəm" deyə, Xuraman bildirib.Sənətçi həyat yoldaşının ona sənətlə ailəsi arasında seçim qoyacağı təqdirdə ailəsini seçəcəyini də vurğulayıb....
17 Avqust 2026, 09:04
Qəşəm İsabəyli – sözə, şeirə və doğma yurda bağlı yaradıcılıq
14 avqust Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq yolu olan şair, nasir, tərcüməçi və uşaq ədəbiyyatı müəllifi Qəşəm İsabəylinin doğum günüdür.Qəşəm İsa oğlu İsabəyli 1948-ci il avqustun 14-də Kürdəmir rayonunun Xəlsə kəndində ziyalı ailəsində anadan olub. İlk təhsilini doğma kəndində alıb, orta məktəbi isə qonşu Axtaçı kəndində bitirib. Sonralar Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alıb.Onun həyat və yaradıcılıq yolunda doğma Kürdəmirin, xüsusilə Xəlsənin mühüm yeri var. Bu bağlılıq yalnız bioqrafik fakt olaraq qalmayıb. Qəşəm İsabəylinin yaradıcılığında uşaqlıq xatirələri, kənd həyatı, insan münasibətləri və doğma yurda bağlılıq müxtəlif formalarda öz əksini tapıb. “Ömrün Xəlsə çağları” əsərinin adında belə bu bağlılığı görmək mümkündür.Ədəbi...
14 Avqust 2026, 23:46