İlqar Fəhmi — yağış kimi şair
Söz adamı 19 Avqust 2026, 13:05
440
İlqar Fəhminin doğum günüdür. Onu illərdir tanıyıram. “Vahid” Poeziya Evində, rəhmətlik qəzəlxan şair Həkim Qəninin rəhbərlik etdiyi poeziya dərnəyində tanış olmuşduq. Bir qrup bakılı gənc idi: Sərraf, Mahir Cürət, İlqar və digərləri. Adlarını unutduqlarım da var, adlarını heç yaddaşıma köçürmədiklərim də...
İlqar Fəhmi isə elə ilk gündən fərqli idi. Həm şeirləri, həm oxunan şeirlərə münasibəti, həm də məclisdəki şairlərlə qurduğu ünsiyyətlə seçilirdi. Arada çay süfrəsi arxasında oturub söhbətləşəndə özünəməxsus təbəssümü, şirin Bakı ləhcəsi və danışdığı lətifələrlə yaddaşıma köçürdü.
Onu əsl şair, qəzəlxan kimi tanıdım və yaradıcılığına ehtiramla yanaşdım. Bu, mənim daxilimdə baş verirdi və heç də özünə sezdirmirdim. Heç vaxt fikir ayrılığımız olmayıb. Əksinə, ortaq məxrəcə gəldiyimiz məqamlar yetərincə idi.
Doğrusu, mən ondan Bakı şeir ənənəsini əxz edirdim. Bakı şairlərini, xüsusilə də Hacı Maili əzbərdən bilirdi, onlardan misallar gətirirdi. Mən isə bütün bu müşahidələri onun xəbəri olmadan aparırdım. Sanki bir şairi tanımaqla yanaşı, onun yaddaşındakı Bakı ədəbiyyatını da öyrənirdim.
Sevdiyim şairlərin sevdiyim şeirlərini tez-tez yadıma salıram. Baxır məqamına. Bəzən İlqarın da şeirlərini, qəzəllərini yaddaşımın kitablaşmış səhifələrindən “vərəqləyirəm”, öz-özümə pıçıldayıram:
İnsan deyiləm, indi bunu anlamışam mən,
Eşq adlı buluddan süzülən bir yağışam mən,
Şıltaq yağışam mən.
Eşqli, sevdalı olmaq, vurulmaq, cünun gününə düşmək, bəlkə də bir az şıltaqlıq kimi xarakterizə oluna bilər. Necə ki, İlqar bunu “Yağışam mən” şeirində deyir: “İnsan deyiləm, indi bunu anlamışam mən...”
Bu şeiri dəlicəsinə sevirəm. Necə ki, müasirlərim olan şairlərin , bir az irəli getsək Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Vaqif Bayatlı Ödərin, Əjdər Olun, Saday Şəkərlinin və digərlərinin bəyəndiyim, əzbərimdə olan şeirləri var, eynən onlar kimi.
Bu misraları dəfələrlə özüm-özümə təskinlik verəndə, ətrafımdakı çamur xislətli insanların münasibətini görəndə təkrarlamışam:
Yağdırsa da çirkabə məni qarə buludlar,
Qəlbimdəki şəffaflığımı saxlamışam mən…
Bu şeirin hər misrası mənim taleyimdən keçib gedir desəm, heç şübhə olmasın:
Yox ayrı yolum ki, ona dərdim danışam mən,
Dilsiz yağışam mən.
Bəzən isə doğrudan da:
İsbat eliyə bilməyirəm eşqimi heç cür...
Necə də uşaqlıq, yeniyetməlik, gənclik xəyallarımın ifadəsi öz əksini tapır bu misralarda:
Yağsam da yerə, göylərə qaytar məni, ya Rəbb,
Torpaqlara biryolluğa qoyma qarışam mən…
Həmçinin oxuyun
Bəlkə də şair olmaq bir az yağış olmaqdır. Buluddan ayrılıb yerə düşmək, amma öz şəffaflığını itirməməkdir. Çirkaba qarışmamaq, çamura çevrilməmək, nə qədər yağdırılsan da içindəki saflığı qorumaqdır. İlqar Fəhminin şeirindəki yağış mənə görə elə bunun ifadəsidir.
İndi İlqar Fəhminin 50 yaşı tamam olur.
Ədəbiyyatımızda, əlbəttə, öz dəsti-xətti olan, yüksək intellekt və fəhm sahibi dostumu doğum günü münasibətilə təbrik edirəm, Çox yaşasın, xoş yaşasın!
Yenə də haqqında bəhs etdiyim şeirə dönürəm:
“Fəhmi, mənim sənin yaradıcılığına olan sevgim heç vaxt tükənməyəcək”. Bunu bil. Sənə yaradıcılığında daha böyük uğurlar, daha neçə-neçə yaddaşda qalacaq şeirlər, qəzəllər arzulayıram.
Qoy sözün həmişə öz yolunu tapsın.
Qoy yağışın heç vaxt dayanmasın, şair!
Hörmətlə,
Faiq Balabəyli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
BAHAR - Balayar Sadiqin şeiri
İstədim sənə üz tutum,Ürəyimə qubar gəlir.Allah,bu yurdun əyninəHaqqın köynəyi dar gəlir.Baş qalmayıb baş açmağa,Yer yox özündən qaçmağa.Halalllqdan söz açmağaDaha adama ar gəlir.Həqiqət tənha yalquzaq.Ömür qısa ,yolu uzaq.İlahi,gözündən uzaq,Hardan bu adamlar gəlir?Bu dünyanın o ucunda ,Ovdu ovun da, ovçun da.Payızı tutub ovcundaGöz yaşıma bahar gəlir.
19 Avqust 2026, 13:50
GÖSTƏR-Osman Fərmanoğlunun şeiri
Tanrım,bu dik,nə dik ola,Dolama yerini göstər.Məni bu dolama yolaSalana yerini göstər.Canını alıb ahudan,Kimdi belə qan axıdan?Günah dərib günahlıdan,Yalana yerini göstər...Bir gözlük yuxudu hərə,Bir kaman oxudu hərə...Özünü toxudu hərəTalana, yerini göstər.Əlindədi hər var olan,Dərdsə,dərdiylə oyalan;Ağanın əlində qalanQuluna yerini göstər.Osman,yükü daşdı,almaz,-Yolunu yoran yorulmaz.Gedəni saxlamaq olmaz,Qalana yerini göstər.--------YİYƏ----Nə uzaqların istisindən, nə yaxınların tüstüsündən yarıdım.His verən ocaqlargözlərimi dumanlandırdı,Buzlaqlardan gələn işartılarfikrimi sırsıralarda dolandırdı...İynəylə gor qazanları görəndəgözlərimdən düşdü cəhənnəmin qır qazanları.Əlində təsbeh dilənən gördümnə qədər talelərə əlavələr yazanları.Gözlərimdə gecələdiilmələri yarımçıq gəbələr, kəsilmədi xanaların qotazlı xalıları,sevindirmədi çeşniyə baxmaqdangözünün nuru getmiş qarıları...Yuxularda da qayıtmadıatla dönəsi kişilər,--axan ulduzların xofundan,bəlkə də, görməmişik,günün birində gəlib keçmişlər,Hə, belə-belə işlər...Bir də, sən kimi axtarırsan, könül,onsuz da...
18 Avqust 2026, 12:00
İctimai xadim Qafar Cəbiyevin 76 yaşı tamam olur
Tanınmış alim, tarix elmləri doktoru, professor, arxeoloq, jurnalist və ictimai xadim Qafar Cəbiyevin 76 yaşı tamam olur.Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə müəllim, jurnalist və elmi işçi kimi fəaliyyət göstərib.1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində çalışıb. 1985-ci ildə tarix elmləri namizədi, 2008-ci ildə isə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə edib. 1990–2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri, eyni zamanda BDU-nun Şəki filialında dosent kimi fəaliyyət göstərib. 2003–2013-cü illərdə...
18 Avqust 2026, 10:52
ŞAIR, SSENARİST İLQAR FƏHMININ DOĞUM GÜNÜDÜR
İlqar Fəhmi (İlqar Əli-Abbas oğlu Paşayev) Bakının Zirə kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb (1992-1996), sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib.“Axırıncı qatar” (“İtlər”) pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib (2002), şeirlərinə musiqilər bəstələnib. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?”, şeirləri, “Çənlibel tülküsü”, “Qarğa yuvası”, “Kölgəboğanlar”, “Akvarium”, “Aktrisa” romanları, “Karmen” povesti, “Bakı tarixindən kollaj” bədii-publisistik kitabı əsərlərindən bəziləridir. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007 2007-ci ildə...
18 Avqust 2026, 10:44
Atasının həsrət qaldığı Saraldan Zəngilan Zəfərinə – general-leytenant Babək Ələkbərovun Vətən yolu
Bəzən bir insanın həyatına baxanda yalnız onun öz ömrünü görmürsən. O ömrün arxasında bir ailənin taleyi, bir yurdun həsrəti, bir nəslin yaddaşı və illərlə ürəkdə daşınan bir qayıdış arzusu görünür. General-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Babək Mürsəl oğlu Ələkbərovun həyat yolu da belə bir yaddaşın içindən keçir. Onun hekayəsinin başlanğıcında Abşeronun Ceyranbatanda deyil, atasının doğulduğu Qərbi Azərbaycanın Saral kəndi, anasının doğma yurdu Molla Eyyublu dayanır. Bir gün həmin ailənin yaddaşında yaşatdığı yurd həsrəti başqa bir Azərbaycan torpağının azadlığı uğrunda döyüşən oğulun taleyinə çevriləcəkdi.Babək Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunda dünyaya gəlib. O, doğulduğu torpağın havasını, suyunu, küçələrini uşaqlıqdan tanıyıb. Amma...
18 Avqust 2026, 10:40
Siz kafirsiniz, biz mömin, gəlin dalaşaq - AQŞİN YENİSEY
Çoxtanrılığın bir işi yaxşı idi ki, tanrılar çox olanda öz bölgələrindən kənara çıxmazdılar. Şumerlilərin, assuriyalıların, yunanların, misirlilərin, fələstinlilərin və s. hərəsinin öz tanrıları vardı və heç biri iddia etmirdi ki, bizimkilər sizinkilərdən daha yaxşıdır. Çoxtanrılıq dövründə savaşlar olurdusa da qız-gəlin üstündə, mal-qara uğrunda, arpa, buğda kisələrinə görə olurdu. Heç kim də bir-birinə demirdi ki, siz kafirsiniz, biz mömin, gəlin dalaşaq. Tək tanrı dünyaya süvari olaraq gəldi, ata, dəvəyə minib dünyanın dörd bir tərəfinə çapdı, ona inanmayanları kafir elan edib öldürülməsini əmr etdi. İnsanları bir-birinə qarşı qoydu. İnsanlara metafizik ayın-oyun uğrunda bir-birilərinə hücum etməyi tək tanrı öyrətdi. İnsanlıq nağdı qoyub nisyə uğrunda savaşmağa başladı. Beş...
18 Avqust 2026, 10:25