Apteklər icbari tibbi sığortada iştirak edəcək
Cəmiyyət 29 Noyabr 2024, 14:42
22462
Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.
Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
Həmçinin oxuyun
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.
İcbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları sırasına isə aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından tələb etmək, o cümlədən aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini aptek təşkilatından tələb etmək daxil edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sumqayıt 11 uşaq allergiya oldu, araşdırma aparılır
TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası hadisəsi ilə bağlı araşdırma aparır.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.Bildirilib ki, istifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb."Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.Qeyd edək ki, həmin uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbi ilə xəstəxanada müalicə alıblar....
09 Oktyabr 2026, 19:32
Bu ərazilərdə su olmayacaq
Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-si saat 21:00-dan etibarən bir sıra ərazilərdə suyun verilişində müvəqqəti fasilə yaranacaq.Citypost.az xəbər verir ki, fasilə şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrini, 6, 11, 58, 59 və 61-ci məhəllələri, Hərbi şəhərcik 2 ərazisini, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərini əhatə edəcək.Suyun oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə verilməsi bərpa olunacaq....
09 Oktyabr 2026, 19:07
Azərbaycanın buz üstündə rəqs cütlüyü beynəlxalq yarışda bürünc medal qazanıb
Azərbaycanıın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyü Qazaxıstandakı beynəlxalq yarışda bürünc medal qazanıb.Citypost.az Azərbaycan Qış İdman Növləri Federasiyası xəbər verir ki, onlar Almatı şəhərində keçirilən turnirdə fərqləniblər.Təmsilçilərimiz ritm və sərbəst rəqs üzrə çıxışların yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yeri tutublar.Qeyd edək ki, beynəlxalq yarış oktyabrın 7-dən 11-dək keçirilir.
09 Oktyabr 2026, 18:17
Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Xankəndi şəhərləri, Lənkəran və Şamaxı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.Araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonu Havzava və Şamaxı rayonu Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 32 min 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib....
09 Oktyabr 2026, 18:00
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb."Report" Belarus mediasına istinadən xəbər verir ki, bu barədə brifinqdə XİN-in mətbuat katibi Ruslan Varankov məlumat verib.Çağırışın səbəbi RF-nin Bryansk vilayətində Belarus avtomobilinə edilən növbəti dron hücumudur."Avtomobilin mənsubiyyəti aydın idi və Belarus tərəfinin bu hücumu qəsdən edilmiş kimi qiymətləndirmək üçün əsasları var", - o bildirib.
09 Oktyabr 2026, 17:50
Hicablı qadınlara cəmiyyətdə heç bir ayrı- seçkiliyin kiçik bir elementi belə yoxdur
Hicab problemini böhran həddinə gətirmək Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı planlaşdırılan ideoloji təxribatlar silsiləsində bir halqadır.Bunu Oxu24.com-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı bildirib."Öncələr də belə aksiyalar, çağrışlar olub, hay- küy yaradılıb , amma qısa bir vaxtda vəziyyət normallaşıb. İndi vəziyyət bir qədər fərqlidir.Məsələni böhran həddinə gətirib, vətəndaş itaətsizliyi yaratmaq yalnız ölkə daxilindəki xarici təsir agentlərinin, Qumdan təlimat alan qüvvələrin tək işi deyil , Azərbaycanı şəriət dövlətinə çevirmək niyyəti güdən və vaxtaşırı bu yöndə çəhdlər edən İranın niyyətidir. Bilinməlidir ki, Azərbaycanda hicab qadağası yoxdur, vahid məktəbli formasının tətbiq olunması tələbi var və bu normal qarşılanmalıdır. Küçədə, iş...
09 Oktyabr 2026, 17:45