Bizə yazın

Baku

-°C

USD

-

“Zevs”in qardaşı hakim qarşısına çıxır- 12 ilə kimi həbs!

Cəmiyyət 04 Fevral 2025, 20:34

6613

“Farmaniya.com” dələduzluq piramidasının idarəçisi Hüseyn Quliyevin cinayət işi üzrə aparılan ibtidai istintaq yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sosial şəbəkələrdə populyar olan “Zevs”in (Ruslan Quliyev) qardaşı Hüseynə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə yekun ittiham elan edilib. O bu maddə ilə təqsirli bilinərsə, əmlakı müsadirə edilməklə 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Hüseyn 4 ay əvvəl  Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, həmin vaxtdan da həbsdədir.

İş üzrə ilk iclas fevralın 17-si başlayacaq. Prosesə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.

Qeyd edək ki, 19 yaşlı Hüseyn zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini deyib. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə nail olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq 

Sabah Sabunçu, Xətai, Binəqədi və Nərimanov rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə  CityPost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Belə ki, Pirşağı qəsəbəsinin, Nərimanov rayonu, Ə.Əliyev, Y.V.Çəmənzəmənli, A.Nemətulla, F. Yusifov, V.Əmirsayadov, H.Mirzəyev, R.Şıxəliyev və Z. Yusifzadə küçələrinin, Xətai rayonu, M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Binəqədi rayonu, Xocahəsən və Biləcəri qəsəbələrinin, R.İsmayılov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.Məhdudiyyətlər aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədardır....

18 Dekabr 2025, 22:27

Adnan Əhmədzadə azadlığa çıxır?

Citypost.az  xəbər verir  ki,Musavat.com Azərbaycanın tanınmış iş adamı, SOCAR-ın İnvestisiya departamentinin keçmiş rəis müavini Adnan Əhmədzadənin yaxın vaxtlarda həbsdən azad edilə biləcəyi ilə bağlı rəsmi olmayan mənbələrdən məlumat əldə edilib.Həmin məlumata görə, məsələ ilə bağlı hazırda hüquqi və siyasi müstəvidə son qiymətləndirmələr aparılır. Onun işi məhkəməyə getmədən, istintaq mərhələsində xətm olina bilər. A. Əhmədzadənin barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri yanvar ayında bitir.Musavat.com-a çatan məlumata görə, aparılmış araşdırmaların yekun mərhələsində Adnan Əhmədzadə barəsində irəli sürülən ittihamların bir qisminin sübut bazasının zəiflədiyi, xüsusilə Azərbaycan əleyhinə mümkün sui-qəsd və təhlükəsizlik riskləri ilə bağlı ehtimalların öz təsdiqini tapmadığı qeyd olunur. Həmçinin Ramiz...

18 Dekabr 2025, 22:15

Qırğızıstanlı səfirin Ağdamda səmimi görüntüləri: Bulaqdan su içdi,şəhidlərin ruhuna dualar oxudu — FOTOLAR  

Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab  Maksat  Mamıtkanov Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfərə  gedib.Bu barədə  СityPost.az-a  Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı  Səfirliyindən məlumat daxil olub.Səfər çərçivəsində  Ağdam rayonunda  yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində  Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin  birgə tədbirinin keçirilməsi nəzərdə tutulur.19 dekabr 2025-ci il tarixdə baş tutacaq görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov,Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab  Maksat  Mamıtkanov, Türk Ticarət Mərkəzinin (TTM) direktoru  cənab  Yılmaz Okuklu, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev, Ağdam Rayon...

18 Dekabr 2025, 20:22

Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildə son iclası keçirilib - FOTO 

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib.Bu barədə  Oxu24.com-a Mətbuat Şurasından məlumat verilib.Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul olunub.İclasda müzakirəyə çıxarılan məsələlərdən biri Mətbuat Şurasına şikayətlərlə bağlı olub. MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədova bildirib ki, rəhbərlik etdiyi komissiya İH-nin iclasından əvvəl öz iclasını keçirib. O, həmin toplantıda 6 şikayətin nəzərdən keçirildiyini bildirib və deyib ki, şikayətlərdən biri bilavasitə Mətbuat Şurasının səlahiyyət dairəsinə aid olmasa da, Şuranın Katibliyi tərəfindən orada adları çəkilən jurnalistlərlə söhbət aparılb və problem yoluna qoyulub, bununla bağlı müvafiq məlumatlandırma işi aparılıb.Mətbuat...

18 Dekabr 2025, 18:29

Şahruddin Məhəmmədəliyev əməliyyat olunub 

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.CityPost.az  xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

18 Dekabr 2025, 17:58

Kamran Əliyev Qətərdə beynəlxalq tədbirdə iştirak edir 

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, tədbir çərçivəsində Baş prokuror BMT-nin Korrupsiyaya qarşı Mübarizə aparan hüquq mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) Panel müzakirələrinə qatılıb. Şəbəkənin rəhbərliyi Azərbaycanın qurumun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib.Baş prokuror çıxış edərək bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində BMT və digər beynəlxalq təşkilatların layihələrinin aktiv iştirakçısı olmaqla xarici tərəfdaşlarla əməkdaşlığa mühüm əhəmiyyət verir. Qlobal Əməliyyat Şəbəkəsinin cari ilin may ayında Bakı şəhərində baş tutmuş 6-cı Plenar Sessiyası...

18 Dekabr 2025, 16:34