FHN: Ötən sutka 33 yanğına çıxış olub, 15 nəfər xilas edilib
Cəmiyyət 11 Fevral 2025, 10:47
11450
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qalmaqallı prokuror işdən çıxarıldı
Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə, Əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.Qeyd edək ki, H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb. O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn Yusifzadə keçmiş mərhum prokuror Vəli Yusifovun oğludur. ...
25 Mart 2026, 22:51
Sabiq nazirin Bakıdakı obyekti 600 minə satıldı
Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.Citypost.az xəbər verir ki, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.Səbail rayonunun Azadlıq prospektindəki həmin obyekt 50, 6 kv.metr ərazidə yerləşir. İcra məmuru əmlakı ilk hərracda satıb.Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib. (Qafqazinfo)...
25 Mart 2026, 17:18
DYP yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Hazırda paytaxt Bakı şəhərində, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.Citypost.az xəbər verir ki, bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir.Sürücülərdən xahiş olunur:• Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;• Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar;• Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər;• Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət...
25 Mart 2026, 16:15
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 13:57-də və 13 km dərinlikdə baş verib.
25 Mart 2026, 14:05
Sabahın hava proqnozu açıqlanıb
Martın 26-na gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər...
25 Mart 2026, 13:40
İran Ərbil hava limanına zərbə endirib
İran İraqın Ərbil hava limanında ABŞ qüvvələrinin və kürd silahlı dəstələrinin mövqelərinə raket zərbəsi endirib."Report" xəbər verir ki, bu barədə İran KİV-i ölkənin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb."Bir neçə saat əvvəl İran ordusu davam edən əməliyyat tədbirləri çərçivəsində Ərbil hava limanında ABŞ qoşunlarının və separatçı qruplaşmaların toplanma yerinə "yer-yer" tipli raketlərlə zərbə endirib", - bildirilib.Bəyanatda qeyd olunub ki, hədəf zonası ABŞ əməliyyatlarının əsas təminat və idarəetmə mərkəzlərindən biri olub və İran tərəfinin iddiasına görə, orada hərbi texnika yerləşirdi....
25 Mart 2026, 13:20