ABŞ-da ICE agentləri 5 yaşlı uşağı saxlayıb
Dünya 23 Yanvar 2026, 14:05
243
ABŞ-ın Minnesota ştatında Göçmenlik və Gömrük Mühafizəsi (ICE) agentlərinin ən azı dörd uşağı saxladığı bildirilib. Saxlanılan uşaqlar arasında 5 yaşlı Liam Conejo Ramos da var.
Citypost.az ABŞ mediasına istinadən xəbər verir ki, hadisə, bir ICE əməkdaşının bir qadını öldürməsindən sonra bölgədə gərginliyin artdığı vaxt baş verib. ICE bildirib ki, uşağın təhlükəsizliyi üçün bir agent onun yanında qalıb, digər agent isə atasını saxlayıb.
Məktəb rəhbərliyi isə bildirir ki, agentlər Liam-dan evdə başqa kimsə olub-olmadığını yoxlamasını istəyiblər ki, bu da “uşağın yem kimi istifadə edilməsi” hesab olunub.
Həmçinin oxuyun
Ailənin vəkili Marc Prokosch bildirib ki, ata və oğul hazırda Daxili Təhlükəsizlik Nazirliyinin nəzarətindədir və ABŞ vətəndaşı deyillər, lakin qanuni prosesləri tam şəkildə izləyiblər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Asiyanın ən zəngin adamının oğlu $1,5 milyonluq saat alıb: Saatın üzərində özünün kiçik fiquru var
Milyarder Mukesh Ambanının ən gənc oğlu Anant Ambani şəxsi maraqlarını bir addım irəli apararaq $1,5 milyon dəyərində Jacob & Co. Opera Vantara Green Camo saatını əldə edib. Saat təkcə vaxt göstərmir, həm də onun missiyası — heyvanların qorunması və 3,000 akrlıq Vantara vəhşi təbiət sığınacağının yaradılmasını əks etdirir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, saatın üzərində Anantın kiçik fiquru qızıl taxt üzərində əyləşmiş şəkildə təsvir olunub və ətrafı 397 nadir qiymətli daşlarla bəzədilib ki, bu daşlar sığınacağın yaşıllığını əks etdirir. Saatın dialında həmçinin Aslan və Bengal pələngi fiqurları da yer alıb.49 mm-lik qızıl korpus nadir daşlardan ibarət yaşıl “kamuflyaj”la örtülüb....
23 Yanvar 2026, 16:49
Yeni Zelanda’da torpaq sürüşməsi: 2 nəfər VƏFAT ETDİ
Yeni Zelanda'nın Şimali Adası’nda, Bay of Plenty bölgəsindəki Maunganui Dağı eteklerinde bir kamp sahasında torpaq sürüşməsi baş verib. Hadisə yerli vaxtla saat 09:30-da qeydə alınıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi qurumlardan verilən məlumata görə, bölgədə bir neçə itkin şəxs var. Polis Papamoa bölgəsində də torpaq sürüşməsinin baş verdiyini və iki nəfərin həyatını itirdiyini açıqlayıb.Yeni Zelanda Baş Naziri Christopher Luxon isə hökumətin, təbii fəlakətdən təsirlənənlərə dəstək olmaq üçün tədbirləri davam etdirdiyini bildirib.Əli...
23 Yanvar 2026, 16:23
Türkiyədə İŞİD əməliyyatı: 5 nəfər saxlanıldı
Türkiyənin Aydın şəhərində 4 rayonunda keçirilən əməliyyat zamanı Əl-Qaide və IŞİD silahlı terror təşkilatları ilə əlaqəsi olduğu və sosial mediada yazdığlarına görə 5 şübhəli saxlanılıb. Citypost.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, , şübhəlilərin evlərində aparılan axtarışlarda materiallar götürülüb və istintaq davam edir.Yeganə
23 Yanvar 2026, 15:32
Türkiyənin sabiq deputatı VƏFAT EDİB
Türkiyə Böyük Millət Məclisinin 22-ci çağırışında CHP-dən İzmir millət vəkili olmuş, Aliağa şəhərində üç müddət bələdiyyə sədri vəzifəsində çalışmış Hakkı Ülkü 80 yaşında vəfat edib.Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddət müalicə aldığı xəstəxanada dünyasını dəyişən Hakkı Ülkü üçün Karşıyaka Beşikçioğlu məscidində günorta namazından sonra cənazə mərasimi keçirilib. Mərasimdə ailə üzvləri ilə yanaşı, CHP və AKP-dən olan siyasətçilər, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və çoxsaylı vətəndaşlar iştirak ediblər.Hakkı Ülkü cənazə namazından sonra Karşıyakadakı Örnekköy qəbiristanlığında torpağa tapşırılıb....
22 Yanvar 2026, 16:47
Temu-nun Türkiyə ofisinə basqın: kompüterlər müsadirə edildi
Çin mərkəzli elektron ticarət platforması Temunun Türkiyədəki ofisinə Rekabet Qurumu əməkdaşları tərəfindən səhər saatlarında basqın edilib.Citypost.az Reuters agentliyinə istinadən xəbər verir ki, basqın zamanı ofisdən noutbuklar və digər kompüter avadanlıqlarının götürüldüyü qeyd olunub.Dünyada çox ucuz qiymətli məhsulları ilə tanınan Temu-nun Çinli e-ticarət nəhəngi PDD Holdings-ə məxsus olduğu bildirilir. Platformada geyimdən tutmuş smartfonlara qədər geniş məhsul çeşidi təqdim olunur.Reuters yazır ki, Türkiyədəki bu əməliyyat Temu-nun Avropa mərkəzi olan Dublin ofisində Avropa İttifaqı tənzimləyicilərinin “Çinin ədalətsiz dövlət subsidiyaları” şübhəsi ilə apardığı araşdırmadan sonra baş verib.Əli...
22 Yanvar 2026, 15:44
ABŞ-dan Kuba üçün rejim dəyişikliyi ssenarisi
ABŞ-da Donald Tramp administrasiyasının Kubada kommunist hakimiyyətin devrilməsi üçün yeni ssenari üzərində çalışdığı iddia olunur. Wall Street Journal qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton Havana rəhbərliyi daxilində “razılaşmaya meylli” şəxsləri müəyyənləşdirməyə çalışır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun “zərərsizləşdirilməsi”ndən sonra Kuba rejiminin əvvəlki dövrlərlə müqayisədə daha zəif və kövrək vəziyyətə düşdüyü düşünülür. ABŞ administrasiyası Kubanın iqtisadiyyatının çökmə həddinə yaxınlaşdığını hesab edir.ABŞ prezidenti Donald Trampın yanvarın 11-də sosial şəbəkədə Kubaya sərt mesajlar göndərdiyi, “çox gec olmadan razılaşma” çağırışı etdiyi və Havanaya neftlə maliyyə axınının dayandırılacağını bildirdiyi vurğulanır.WSJ yazır ki, ABŞ rəsmiləri Miami və Vaşinqtonda kubalı mühacirlərlə...
22 Yanvar 2026, 15:39