Xalq artisti:Tərbiyəsinə görə bəzi tələbələri sinifdən çıxarıram"
Sənət aləmi 23 Yanvar 2026, 14:15
177
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Nəzakət Teymurova ARB TV-nin “Günəbaxan” verilişinin canlı efirində tələbələrin davranışı, ədəb-ərkan və muğam sənətində ənənələrin rolu ilə bağlı fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, aparıcı İlqar Mikayıloğlunun tələbələrin özünü aparması barədə sualını cavablandıran Xalq artisti bildirib ki, bu dəyərlər ustadlardan görülən nümunə əsasında formalaşır. Onun sözlərinə görə, tələbəlik illərində müəllimlərinə göstərilən hörmət bu gün də onun üçün əsas meyardır:“Biz ustadlarımızı necə görmüşüksə, elə də davranmışıq. Arif Babayev gələndə ayağa qalxırdıq, Əlbaba müəllim, Canəli müəllim, Ağaxan müəllim gələndə də eyni hörmət göstərilirdi. Allah hamısına rəhmət eləsin, ruhları şad olsun. Yadıma gəlir Süleyman Ələsgərov akademiyaya gələndə, tələbə idik, bir tikə çörək yesək belə, çalışırdıq ki, görməsin. Bu, bizim gördüyümüz adət-ənənə idi”.
Nəzakət Teymurova vurğulayıb ki, bu ənənələri bu gün də tələbələrinə aşılamağa çalışır. Onun sözlərinə görə, bəzi tələbələr bu qaydalara riayət etmir və bu, artıq onların vicdanına buraxılır:“Sözə qulaq asmayan tələbə də olmalıdır, yoxsa sinfin nə ləzzəti olar? Amma elələrinin sayı çox olmur. Əgər tərbiyəsi nizamda olmayan tələbədirsə, birinci semestrdən sonra onu sinifdən uzaqlaşdırıram. Bu məsələdə qətiyyətliyəm”.
Professor qeyd edib ki, muğam təkcə səs və ifa tərzi deyil, eyni zamanda yüksək ədəb-ərkan tələb edən bir sənətdir:“Muğam elə bir istiqamətdir ki, orada təkcə səs yox, davranış da önəmlidir. Elə tələbə var ki, səsi zəifdir, keçid dövründədir, amma tərbiyəsi, böyüyə-kiçiyə hörməti var. Onu sona qədər aparıram. Amma eləsi də var ki, bu çərçivələrə sığmır. O zaman deyirəm ki, Allah canını sağ eləsin, mən səninlə bacara bilmərəm”.
Xalq artistinin bu fikirləri verilişdə geniş müzakirə olunaraq muğam sənətində ustad–şagird ənənəsinin və mənəvi dəyərlərin əhəmiyyətini bir daha gündəmə gətirib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gənc aktyordan maraqlı fotosessiya
Səməd Vurğun adına Akademik Rus Dram Teatrının gənc aktyoru İbrahim Çingiz maraqlı yeni fotosessiya etdirib.Citypost.az xəbər verir ki, aktyorun bu şəkilləri izləyiciləri tərəfindən xoş şərhlər alıb.Əli
23 Yanvar 2026, 15:46
Bəhram Bağırzadədən Qusmana AD GÜNÜ təbriki
Əməkdar artist Bəhram Bağırzadə tanınmış jurnalist, politoloq və beynəlxalq media məkanında nüfuzlu simalardan biri olan Mixail Qusmanı doğum günü münasibətilə “Facebook” səhifəsində təbrik edib.Citypost.az xəbər verir ki, Bəhram Bağırzadə təbrikində Mixail Qusmanın beynəlxalq münasibətlər və diplomatiya sahəsində dərin analitik düşüncəsi, yüksək peşəkarlığı və sözə məsuliyyətli yanaşması ilə seçildiyini vurğulayıb. Bildirib ki, Mixail Qusman uzun illər ərzində dünya siyasətində baş verən mürəkkəb prosesləri obyektiv və yüksək səviyyədə təhlil etməsi ilə tanınıb və müasir media tarixində özünəməxsus mövqeyə malikdir.Əməkdar artist Mixail Qusmanın “Dostluq” və “Şərəf” ordenlərinə, eləcə də “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülməsini onun zəngin peşəkar fəaliyyətinə verilən yüksək qiymət kimi...
23 Yanvar 2026, 14:00
Nurlan Əzizbəyli həyat yoldaşından YAZDI:"Nə yaxşı ki, varımsan"
Müğənni Nurlan Əzizbəyli həyat yoldaşı Nərminlə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, sənətçi xanımının ad günü olduğunu bildirib.Müğənni "Həyatımın mənası, ömrüm, günüm Nərminim, dünyaya gəldiyin günün mübarək olsun. Nə yaxşı ki, varımsan, 100 yaşa. Xoşbəxt, bəxtəvər yaşa. Mehranımın anası, döyünən ürəyim, doğum günün, yubileyin mübarək" sözləri ilə təbrik edib.Turan
23 Yanvar 2026, 10:00
Xalq artistindən qızına TƏBRİK - FOTO
Xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov qızı Sevillə bağlı instagram hesabından paylaşım edib. Citypost.az xəbər verir ki, nağara ifaçısı övladının ad günü olduğunu yazaraq, bunları əlavə edib: "Canım qızım, ad günün mübarək! Sənin dürüstlüyün və gözəl tərbiyən mənim üçün ən böyük fəxrdir. Səni çox sevirəm". YTuran
23 Yanvar 2026, 08:00
Hacı Nuran dünyaca məşhur opera müğənnisini təbrik etdi - FOTO
Aparıcı Hacı Nuran sosial şəbəkə vasitəsilə Dünya şöhrətli ispan tenoru, opera müğənnisi Plasido Dominqonu təbrik edib.Citypost.az xəbər verir ki, aparıcı İnstaqram səhifəsində bu gün doğum gününü qeyd edən Plasido Dominqo ilə birgə çəkdirdiyi şəklini və videoları bölüşübTuran
22 Yanvar 2026, 14:02
Hikmət Rəhimov: “Səkkiz” serialının yayımı bərpa olundu
Aktyor və prodüser Hikmət Rəhimov sosial şəbəkə hesabında “Səkkiz” serialının yayımının bərpa olunduğunu açıqlayıb.Citypost.az xəbər verir ki, Hikmət Rəhimov bildirib ki, dövlət həm yaradıcı heyətin, həm də tamaşaçıların maraq və istəklərinə müsbət cavab verib:"Buna görə həm öz adımdan, həm də yaradıcı heyət adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və seriallarının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına mane olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq."Hikmət Rəhimov əlavə edib ki, ona ilk gündən inanan və işin həyata keçirilməsi üçün şərait yaradan prodüser İslam Ağayevə xüsusi təşəkkürünü bildirir.Serialın ikinci bölümü yanvarın 24-ü, şənbə...
22 Yanvar 2026, 13:30