Bizə yazın

Baku

-°C

USD

-

Bakıda bu yollarda sıxlıq var 

Cəmiyyət 10 Aprel 2026, 08:25

283

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

16. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq 

Bu gün Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.Məlumata görə, Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

10 Aprel 2026, 11:15

Milli Məclisə Hesablama Palatasının fəaliyyəti haqqında Hesabat daxil olub 

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisə daxil olub.Citypost.az-ın xəbərinə görə, Hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

10 Aprel 2026, 11:10

Jurnalist Kənan Rövşənoğlu: “Valideynlər xəstəxanalar arasında avara qalır”  

Jurnalist Kənan Rövşənoğlu Səbail Səfərbərlik İdarəsi ilə bağlı yaşadığı narazılığı ictimailəşdirib.Citypost.az xəbər verir ki, bildirib ki, artıq bir aydır müxtəlif xəstəxanalar və Səbail Səfərbərlik İdarəsi arasında göndərişlər səbəbilə çətin vəziyyətdə qalıb:“İdarə hər dəfə bir xəstəxanaya göndərir ki, uşağın müxtəlif orqanları orada yoxlanılsın. Sonra yenidən başqa xəstəxanaya yönləndirirlər. Bu proses davamlı şəkildə təkrarlanır.”Kənan Rövşənoğlu qeyd edib ki, sistemdə ciddi koordinasiya problemi var və vətəndaşlar vaxt itkisi ilə üzləşirlər:“Gedirsən göndərilən xəstəxanaya, deyirlər adın sistemdə yoxdur. Beləliklə, yenidən geri qaytarılırsan.”O, mövcud vəziyyətin valideynlər üçün əlavə çətinlik yaratdığını vurğulayıb:“Bu prosesdə valideynlər günlərlə xəstəxanalar arasında qalır. Əgər əsgər dövlətə lazımdırsa, yoxlama prosesi də daha sistemli...

10 Aprel 2026, 11:09

Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilir 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, MN-in rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb.Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki...

10 Aprel 2026, 11:05

FHN “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirib 

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.Bu barədə Citypost.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.Növbəti belə maarifləndirmə tədbirləri Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında, Gəncə RM tərəfindən Gəncə şəhərində, Göygöl, Daşkəsən, Samux və Şəmkir rayonlarında, Muğan RM tərəfindən Şirvan şəhərində, Sabirabad, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında, Cənub RM tərəfindən...

10 Aprel 2026, 11:00

Mir Şahin Ağayev: “Məşhurluq məsuliyyəti artırmalıdır”  

REAL TV-nin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev mədəniyyət sahəsində müşahidə olunan bəzi mənfi hallarla bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, M.Ağayev bildirib ki, son dövrlərdə tanınmışlıq və məşhurluq bəzi hallarda dedi-qodu və təfriqəçilik kimi hallara səbəb olur:“Təəssüf edirəm ki, yaxşı tanınmaq və məşhur olmaq hissinin təsiri altında yaranan bu kimi hallar mədəniyyətimizin əsas sütunlarına qədər sirayət edir.”Mir Şahin Ağayev qeyd edib ki, səhnədə yaratdıqları obrazları real həyatlarına da daşıyan bəzi şəxslər bunu artıq fərdi xüsusiyyətə çevirirlər:“Səhnədə baş qəhrəman obrazında çıxış edən bəziləri rollarını səhnədən kənarda da davam etdirərək bunu xroniki xarakterə çevirirlər.”O, həmçinin Əzizə İsmayılova-nın Yusif Eyvazov ilə müsahibəsinə...

10 Aprel 2026, 10:54