Bizə yazın

Baku

-°C

USD

-

Uqandada Ebola səbəbindən 100-dən çox şəxs karantinə alınıb

Dünya 20 May 2026, 09:00

368

Uqanda hakimiyyəti Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə 100-dən çox şəxsi karantinə yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə "Africanews" məlumat yayıb.

Məlumata görə, karantinə alınan şəxslər izolasiya şəraitində saxlanılır və tibb işçiləri onlarda infeksiya simptomlarının olub-olmamasını mütəmadi yoxlayırlar.

Uqanda rəsmiləri vəziyyətin nəzarət altında olduğunu bildirərək qeyd ediblər ki, ölkənin əvvəlki Ebola epidemiyaları ilə mübarizə təcrübəsi bu cür təhlükələrə qarşı reaksiya imkanlarını gücləndirib.

Hazırkı Ebola yayılmasının episentri Konqo Demokratik Respublikasının Uqanda ilə həmsərhəd İturi əyalətində yerləşir. Konqo səhiyyə xidməti ilk həyəcan siqnallarını mayın 5-də qeydə alıb. Bununla belə, mütəxəssislər virusun bundan əvvəl bir neçə həftə ərzində yerli əhali arasında yayıldığını istisna etmirlər.

Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə ictimai səhiyyə vəziyyəti elan edib.

Hazırda Konqo Demokratik Respublikasında 500-dən çox ehtimal olunan yoluxma halı aşkarlanıb, azı 131 nəfər ölüb. Uqandada isə bir yoluxma və bir ölüm faktı qeydə alınıb. Hər iki şəxsin yaxın zamanda Konqo Demokratik Respublikasından ölkəyə gələn vətəndaşlar olduğu bildirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Media: ABŞ Avropadakı hərbi ehtiyatlarını azaltmağı planlaşdırır

Tramp administrasiyası NATO-dakı müttəfiqlərini böhran vəziyyətində Avropaya kömək etmək üçün yerləşdirilə biləcək hərbi qüvvələrin azaldılması barədə məlumatlandırmağı planlaşdırır."Report"un "Reuters"ə istinadən məlumatına görə, bunu üç məlumatlı mənbə təsdiqləyib.Onların sözlərinə görə, Vaşinqton qərarı cümə günü Brüsseldə keçiriləcək görüşdə elan etmək niyyətindədir. Amerika tərəfini ABŞ-nin müharibə naziri Elbric Kolbinin köməkçisi Aleks Velez-Qrinin təmsil edəcəyi gözlənilir.Agentlik qeyd edir ki, yeni NATO modeli çərçivəsində ittifaq ölkələri böhrana cavab vermək üçün ehtiyat qüvvələr yaradırlar, lakin ABŞ bu sahədəki öhdəliklərinin bir hissəsini azaltmağı planlaşdırır. Bununla yanaşı ehtiyat qüvvənin dəqiq sayı açıqlanmayıb....

20 May 2026, 09:18

Ukraynanın bir çox bölgəsi Rusiya ordusunun hücumuna məruz qalıb

May ayının 19-dan 20-nə keçən gecə Ukraynanın bir neçə bölgəsi Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb.Citypost.az xəbər verir ki, hücumlar nəticəsində bir çox bölgədə dağıntılar olub, yaralananlar var.Rusiyanın hücumları nəticəsində Dnepr şəhərində ərzaq anbarları dağılıb. Hücumlar nəticəsində iki nəfər ölüb, altı nəfər isə yaralanıb.Xarkov vilayəti də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Nəticədə 16 yaşlı qızı yaralanıb.Rusiya ordusunun hücumları Odessa da evlərə və avtomobillərə ziyan vurub.Konotop şəhərində də bir xəstəxana binası zədələnib....

20 May 2026, 09:03

Putin Si Cinpinlə görüşdü 

Rusiya Prezidenti Vladimir Putin Pekində yerləşən Çin Xalq Nümayəndələri Evinə gəlib. Burada Rusiya-Çin danışıqları keçiriləcək.Teleqraf TASS-a istinadən xəbər verir ki, Tiananmen meydanının qərb hissəsində yerləşən binada Rusiya və Çin nümayəndə heyətləri arasında həm məhdud, həm də geniş tərkibdə görüşlər planlaşdırılıb. Səfər çərçivəsində Putinin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə də görüşü nəzərdə tutulur.Diplomatik protokola uyğun olaraq, danışıqlardan əvvəl rəsmi qarşılama mərasimi keçirilib.Si Cinpin qonağını Tiananmen meydanında fəxri qarovul dəstəsinin qarşısında qarşılayıb. Putin meydana “Aurus” markalı avtomobillə gəlib. Liderlər səmimi şəkildə əl sıxıblar və Çin hərbi orkestrinin ifasında səslənən “Podmoskovnıye Veçera” mahnısının sədaları altında onları salamlayan uşaqların yanına yaxınlaşıblar.Bundan...

20 May 2026, 08:48

Britaniyanın ABŞ-dəki diplomatı məxfi məlumatların sızmasına görə işdən çıxarılıb

Böyük Britaniyanın ABŞ-dəki səfir müavini Ceyms Rosko qəfil vəzifəsindən azad edilib.AZƏRTAC xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.Məlumata görə, Vaşinqtondakı ikinci rütbəli britaniyalı diplomatın işdən çıxarılması Milli Təhlükəsizlik Şurasının iclaslarında müzakirə edilən məxfi məlumatların mediaya sızması ilə bağlı araşdırma ilə əlaqələndirilir. Bildirilir ki, sızdırılan məlumatlar son həftələrdə Britaniya nazirlərinin İranla bağlı müharibə məsələlərinə dair açıqlamalarını əhatə edib.Qəzet yazır ki, Roskonun istefası gözlənilməz olub və mayın 19-da səfirlik əməkdaşlarına göndərilən elektron məktubda qərarın səbəbi açıqlanmayıb.Rosko 2025-ci ilin sentyabrında Britaniyanın ABŞ-dəki səfiri Peter Mandelson vəzifədən uzaqlaşdırıldıqdan sonra beş ay diplomatik missiyaya rəhbərlik edib. O, həmçinin Donald Trampın Böyük Britaniyaya dövlət...

20 May 2026, 08:36

Qara dənizdə "müharibə oyunları" keçirilir

Qara dənizdə NATO-nun altı üzv-dövlətinin hərbi dənizçilərinin iştirakı ilə "Opex-26" (Operational Experimentation - operativ sınaq) adlı beynəlxalq hərbi təlimlər keçirilir. Təlimlərdə avtonom pilotsuz dəniz aparatlarından istifadə olunur.Citypost.az xəbər verir ki, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahı məlumat yayıb.Bildirilir ki, məqsədi dəniz pilotsuz aparatlarının sınaqdan keçirilməsi olan beynəlxalq manevrlər mayın 18-dən 29-dək Manqaliya hərbi limanında və Qara dənizin bir sıra bölgələrində keçirilir.Təlimlərdə Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və Türkiyə, həmçinin dəniz pilotsuz aparatları istehsal edən mülki şirkətlərin nümayəndələri iştirak edirlər....

20 May 2026, 08:16

İrana qarşı hərbi əməliyyatın variantları Trampa təqdim edilib

ABŞ prezidenti Donald Tramp 18 may axşamı milli təhlükəsizlik qrupunun iclasını çağırıb və orada ona İrana qarşı hərbi güc tətbiq etməyin variantları təqdim edilib.Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat verib.Məlumata görə, görüş əvvəlcə 19 maya planlaşdırılıb və bəzi administrasiya üzvləri Trampın İrana qarşı əməliyyat barədə qərar qəbul edəcəyini düşünüb.Lakin görüş ABŞ liderinin İrana hücumu təxirə saldığını elan etməsindən bir neçə saat sonra keçirilib. Görüşdə vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Pentaqon rəhbəri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff iştirak ediblər."İrana qarşı...

20 May 2026, 08:00